Dünya mediası Azərbaycanın qələbəsi və hərbi gücündən nələr yazdı?
Icma.az, Baku.ws saytına istinadən bildirir.
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, İsveçin "Agenda Nexus" analitik platformasında Azərbaycanın Zəfər Gününə və onun Cənubi Qafqazda yeni reallıqların formalaşmasındakı roluna həsr edilmiş "Qafqazı dəyişdirən qələbə" başlıqlı məqalə dərc olunub.
Müəllif qeyd edir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi 30 illik işğala son qoyaraq sülh, enerji əməkdaşlığı və regional inteqrasiya dövrünün başlanğıcını qoyub.
Vurğulanır ki, Azərbaycan hərbi üstünlüyü diplomatik çevikliklə birləşdirərək öz ərazi bütövlüyünü bərpa edib və regionda sabitliyin möhkəmlənməsini təmin edib.
Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etməsinin ildönümünü qeyd edərək Cənubi Qafqazda yeni sülh mərhələsinin əsasını qoydu ki, bu da həm ölkə, həm də bütün region üçün tarixi bir məqamdır.
Bu barədə "Euronews" televiziya kanalının internet səhifəsində dərc olunan məqalədə qeyd olunub.
"Azərbaycanın Hərbi paradı Cənubi Qafqazda yeni tarixi mərhələnin başlanğıcıdır" sərlövhəli xəbərdə bildirilib ki, hərbi paradda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın qazandığı Zəfərin regionun inkişafı üçün yeni perspektivlərin açdığını, ölkənin isə strateji və iqtisadi inkişafında böyük rol oynayacağını vurğulayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 17 Noyabr 2025 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















