Icma.az
close
up
RU
“Azərbaycanın müasir tarixinin böyük qadını” Dünya mediası nələr yazır?

“Azərbaycanın müasir tarixinin böyük qadını” Dünya mediası nələr yazır?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Globalinfo.az bu münasibətlə Mehriban Əliyeva haqqında dünyanın nüfuzlu nəşrlərində müxtəlif vaxtlarda yayımlanmış fikirlərdən bəzilərini təqdim edir:

Dünyaca məşhur “The Washington Times” qəzetində Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən yazıda sadəliyinə, səmimiyyətinə və nəcibliyinə diqqət çəkilib. Onun müsəlman qadınlar üçün nümunəvi obraz olduğu vurğulanıb.

İtaliyanın “L’Opinione” nəşri yazır ki, Azərbaycan xalqının sevimlisi Mehriban Əliyeva ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Bildirilir ki, o, yüksək intellektini hər zaman öz xalqının, xüsusilə də qadınların rifahına həsr edib. Məqalədə Mehriban Əliyevanın ixtisasca həkim olması da diqqətə çatdırılıb.

Brüsseldə nəşr olunan “Diplomatic World” jurnalında Mehriban Əliyeva “Azərbaycanın müasir tarixinin böyük qadını” kimi təqdim olunub.

Həmçinin oxuyun:

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Çində və xaricdə çoxsaylı oxucusu olan ingilisdilli “China Daily” qəzeti “Mehriban Əliyevanın yorulmaz fəaliyyəti Azərbaycan xalqının dərin hörmət və məhəbbətini qazanıb” sərlövhəli məqalə yayıb. Ümumilikdə 100 milyondan çox abunəçisi olan nəşrdə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, xeyirxah əməllərindən, ölkəsinin, onun mədəniyyətinin dünyada tanıdılması istiqamətindəki işlərindən söz açılıb. Bildirilib ki, o, Prezident İlham Əliyevlə çiyin-çiyinə ölkənin tərəqqisi üçün səylə çalışır. Azərbaycanı beynəlxalq aləmdə sidq-ürəkdən təbliğ edən, siyasəti mərhəmət və şəfqət kimi bəşəri dəyərlərlə zənginləşdirən, hər bir sahədə xoş məramı ilə fərqlənən Mehriban Əliyeva Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır.

“HorraPress”:Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkənin xaricdə populyarlaşmasına, habelə sosial siyasətin həyata keçirilməsinə, elmin, təhsilin, mədəniyyətin və idmanın inkişafına mühüm töhfələr verir. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli dəyərlərin qorunub saxlanmasına və möhkəmlənməsinə, humanizm prinsiplərinin təbliğinə yönəlib”.

Ərəb dünyasında nüfuzlu “Əl-Mənərə” jurnalında Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında məqalə dərc edilib. Onun ziyalı ailədən olduğu vurğulanıb. Ziyalı ailə mühitinin Mehriban Əliyevada mərhəmət, xeyirxahlıq, insan sevgisi kimi nəcib hisslərin, o cümlədən incəsənətə marağın əsasını təşkil edən dünyagörüşünün formalaşmasına təsiri barədə söhbət açılıb. Azərbaycanın birinci xanımının həm milli, həm qlobal səviyyələrdə gördüyü işlər barədə məlumat verilib, həmin işlərin onun haqqında mütərəqqi müsəlman qadını imicini yaratdığı vurğulanıb.

Nüfuzlu “Vyetnam qadını” jurnalı Mehriban Əliyevanın bu ölkəyə səfərini “2014-cü ilin ən nüfuzlu xanımının Vyetnama səfəri” sərlövhəsi ilə təqdim edib. Dünyanın 135 ölkəsinə yayılan jurnalda Mehriban Əliyevanın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı rolundan bəhs olunur:

Küveytin geniş oxucu kütləsinə malik “Əl-Nahar” qəzetində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc olunub. Məqalədə Mehriban Əliyevanın həyatı, milli-mənəvi irsimizin qorunub saxlanılmasında və dünyada təbliğində rolu, Azərbaycanda və ölkə xaricində nəcib xeyriyyəçilik fəaliyyəti, elmə, təhsilə, səhiyyəyə, idmana və cəmiyyətin inkişafı üçün stimul yaradan digər mühüm sahələrə göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verib.

Globalinfo.az kollektivi olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Avqust 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri