Icma.az
close
up
RU
Dünya mətbuatının diqqəti Azərbaycan Prezidentinin Şuşa forumundakı çıxışına yönəlib

Dünya mətbuatının diqqəti Azərbaycan Prezidentinin Şuşa forumundakı çıxışına yönəlib

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunmuş çıxışı, eləcə də jurnalistlərin suallarına cavabları dünya xəbər agentliklərinin və nəşrlərinin diqqətini cəlb edib.

Xarici KİV-lər Azərbaycan dövlət başçısının Rusiyada AZAL-a məxsus təyyarənin qəzaya uğraması, həlak olanların və yaralananların ailələrinə təzminat ödənilməsi tələbi ilə bağlı açıqlamalarına xüsusi diqqət yetirib.

Polşanın "Viadomosci" nəşri qeyd edir: "Azərbaycan tərəfi təqsirkarların məsuliyyətə cəlb edilməsində və dəymiş ziyanın ədalətli şəkildə ödənilməsində israrlıdır. Prezident İlham Əliyev bildirdi ki, Moskva hələlik dəqiq cavablar verməyib və ölkə beynəlxalq məhkəmə orqanlarına müraciət etmək niyyətindədir".

Ukrayna KİV-ləri – "Ukrinform", "RBC-Ukrayna", "İnterfaks-Ukrayna" və "Azadlıq" radiosu dövlət başçısının Qafqaz və Ukraynadakı münaqişələrlə bağlı mövqeyini vurğulayan sitatlarla materiallar dərc ediblər. Xüsusilə, "Qordon" nəşri Prezident İlham Əliyevdən sitat gətirir:

"İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük".

Məqalələrdə birinci Qarabağ müharibəsinin Azərbaycan üçün ağır nəticələri, o cümlədən milyonlarla insanın didərgin düşdüyü, iqtisadiyyatın bərbad vəziyyətdə olduğu və beynəlxalq dəstəyin çatışmadığı vurğulanır. Prezident qeyd edib:

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri şəxsi səbəblərə görə Ermənistanın tərəfində idi və hər biri bu vəziyyətin əbədi davam etməsinə çalışırdı. Ona görə də bu status-kvo dəyişmirdi. Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq".

Azərbaycan Prezidentinin çıxışı Rusiyanın TASS, "İnterfaks", "RİA Novosti", "Lenta.ru", "Gazeta.Ru", "Moskovski Komsomolets", "Vestnik Kavkaza" və digər media orqanlarında işıqlandırılıb. TASS xəbər verir ki, İlham Əliyev deyib:

"Bakı və İrəvan "sülh sazişi imzalamağa çox yaxındır". Sazişin mətni əvvəlcədən paraflana bilər, lakin yekun imza yalnız Ermənistan konstitusiyasına dəyişiklik edildikdən və ATƏT-in Minsk Qrupunun buraxılmasından sonra mümkündür".

"Gazeta.ru" nəşri və "RİA Novosti" agentliyi Prezident İlham Əliyevin ABŞ-la qarşılıqlı fəaliyyətə dair bəyanatını ön plana çıxarıb. O, Bakı ilə Vaşinqton arasında münasibətlərdə müsbət dinamikaya diqqət çəkib və qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin təşviqi istiqamətində göstərdiyi səylərə görə Donald Trampa təşəkkür edib.

Gürcüstanın "Publica.ge", "Formula", "Press.ge", "İnterpress" mətbuat orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərinə geniş yer ayrılıb. Özbəkistanın "Zamin", "Kun", Qazaxıstanın "Kazinfo" rəsmi agentliyi, "Tengri", "Orda", "Ulısmedia" qəzetləri də Azərbaycan Prezidentinin çıxışına geniş yer ayırıb.

İspaniyanın geniş oxucu kütləsinə malik "Europapress", "Democrata", Teleprensa", "Upday" mətbuat orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin AZAL-ın təyyarəsi ilə bağlı insident, Ermənistanla sülh prosesi, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması və kommunikasiyaların açılması ilə bağlı fikirləri yer alıb. İspan mediası diqqətə çatdırıb ki, Azərbaycanın dövlət başçısı ölkəsinin Ermənistan ilə sülhə yaxın olduğunu bildirib, amma İrəvanın bu prosesdə daha konstruktiv rol oynamasının, eyni zamanda, kommunikasiyaların açılması istiqamətində müsbət addımlar atmasının zəruriliyini vurğulayıb.

Beləliklə, Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı aparıcı xarici mediada geniş işıqlandırılaraq, Azərbaycanın regional təhlükəsizlik, beynəlxalq hüquq və rəqəmsal inkişafla bağlı əsas mövqelərini vurğulayan beynəlxalq ictimaiyyət üçün mühüm hadisəyə çevrilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 İyul 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri