Icma.az
close
up
RU
Dünya milyarderlərinin ümumi sərvəti bir ildə 17 faiz artıb 14 trilyon dollar

Dünya milyarderlərinin ümumi sərvəti bir ildə 17 faiz artıb 14 trilyon dollar

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Son bir ildə dünyada milyarderlərin sayı 2544-dən 2682-yə yüksəlib, onların ümumi sərvəti isə 17% artaraq 14 trilyon dollara çatıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat UBS tərəfindən tərtib edilən illik "Billionaire Ambitions" (Milyarder Ambisiyaları) hesabatında verilir.

"Billionaire Ambitions" hesabatı onuncu dəfə dərc olunub. UBS-in qeyd etdiyi kimi, on il ərzində dünyada milyarderlərin sayı 50%-dən çox, onların ümumi sərvəti isə 121% artıb. 

2015-ci ildə dünyada 1757 milyarder var idi və onlar birlikdə 6,3 trilyon dollara sahib idilər. Bu illər ərzində qadın milyarderlərin sayı da artıb - 190-dan 344-ə (81%). Və onların ümumi sərvəti 153% artaraq 1,7 trilyon dollara çatıb.

Hesabatda milyarderlərin ən çox sayının 2686 nəfərlə 2021-ci ildə olduğu və sonrakı illərdə də böyük ölçüdə dəyişməz qaldığı qeyd edilir. Gözlənildiyi kimi, texnoloji milyarderlərin sərvəti son on ildə ən sürətlə artaraq 789 milyard dollardan 2,4 trilyon dollara çatıb. Onların ən yaxın rəqibləri milyarder sənayeçilər çox irəlidədir: onların ümumi sərvəti 480 milyard dollardan 1,3 trilyon dollara qədər artıb. 2024-cü ildə 1877 milyarder öz sərvətlərini yaradanlar, qalan 805-i isə miras alanlardır.

Son on ildə Şimali Amerikadan olan milyarderlər sərvətlərini ən sürətlə artırıblar. 2015-2020-ci illər arasında Şimali Amerika zənginlərinin ümumi sərvəti 52,7% artaraq 3,8 trilyon dollara, 2020-ci ildən 2024-cü ilə qədər isə 58,5% artaraq 6,1 trilyon dollara çatıb. Bu məbləğin 5,8 trilyon dolları son bir ildə ümumi sərvətlərini 27,6% artıran amerikalı milyarderlərə məxsusdur. Beləliklə, dünyanın bütün milyarderlərinin ümumi sərvətinin 40%-dən çoxu onların payına düşür. 

Qərbi Avropa milyarderlərinin sərvətlərinin artım tempi, Şimali Amerika milyarderlərindən fərqli olaraq, yüksək faiz dərəcələri fonunda 2020-ci ildən aşağı düşüb. Əgər 2015-2020-ci illərdə onların sərvəti 43,6% artaraq 2,1 trilyon dollara çatıbsa, 2020-ci ildən 2024-cü ilə qədər cəmi 29% artaraq 2,7 milyard dollara çatıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri