Icma.az
close
up
RU
Dünya Okeanının səthinin istiləşmə sürəti son 10 ildə dörd dəfə artıb ARAŞDIRMA

Dünya Okeanının səthinin istiləşmə sürəti son 10 ildə dörd dəfə artıb ARAŞDIRMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Beynəlxalq iqlim alimləri qrupu 1980-ci illərin sonundakı məlumatlarla müqayisədə son illərdə dünya okeanlarının səthinin temperaturunun artmasının dörd dəfə sürətləndiyinə dair sübutlar aşkar edib. İndi bu, hər on ildə 0,06 dərəcədən 0,27 dərəcə təşkil edir. 

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın Ridinq Universitetinin mətbuat xidməti məlumat yayıb.

“Əgər Dünya Okeanının isti su hamamı olduğunu təsəvvür etsək, yaxın keçmişdə o, yavaş-yavaş axan isti su axını ilə doldurulub, qızdırılıb və bu “hamam” sürətlə isinməyə başlayıb. Bu istiləşməni dayandırmağın yeganə yolu antropogen istixana qazı emissiyalarını sıfırlamaqla kranı bağlamaqdır”, - deyə professor Chris Merchant bildirib. 

Alimlər Dünya Okeanının səthinin temperaturunun 1985-2024-cü illər arasında necə dəyişdiyini hərtərəfli araşdırmadan sonra bu qənaətə gəliblər. Bunun üçün alimlər Yer kürəsinin müxtəlif dənizlərində və okeanlarında avtonom şamandıralardan və izləmə stansiyalarından istifadə etməklə aparılmış peyk ölçmələri və müşahidələrinin bütün mövcud məlumatları təhlil etmiş və onlardan müxtəlif onilliklərdə Dünya Okeanının temperatur xəritələrini tərtib etmək üçün istifadə etmişlər.

Alimlərin bu iqlim göstəricisinə marağı onunla əlaqədardır ki, hidrosfer istixana qazlarının konsentrasiyasının artması nəticəsində Yerdə yığılan izafi istiliyin əhəmiyyətli hissəsini udur. Son bir neçə ildə dünya okeanlarının səthinin temperaturu daim rekordlar vurub və bu da klimatoloqları son dörd onillikdə bu göstəricinin artım sürətinin necə dəyişdiyini öyrənməyə məcbur edib.

Professor Merchant və onun həmkarları bu hesablamaları apararkən okean səthinin temperaturunun Sakit okean El Nino və La Nina kimi müxtəlif dövri iqlim hadisələrinin necə təsir etdiyini nəzərə alıblar. Məlum olub ki, bu hadisələrin suyun temperaturunun dəyişməsinə töhfəsi nəzərə alınmadan belə, Dünya Okeanının səthinin istiləşmə sürəti son on ildə 1985-ci illə müqayisədə təxminən dörd dəfə artıb.

O zaman okeanın səthi hər on ildə 0,06 dərəcə istilənirdisə, indi onun temperaturu hər on ildə 0,27 dərəcə yüksəlir. Bu sürətlənmə tendensiyası davam edərsə, dünya okeanının səthi növbəti iki onillikdə əlavə olaraq 0,53 dərəcə Selsi istiləşəcək ki, bu da onun temperaturunun 20-ci əsrin ortalarından indiki vaxta qədər nə qədər artdığı ilə müqayisə edilə bilər. Alimlərin fikrincə, bu, həm planetin iqliminə, həm də sahil infrastrukturuna əhəmiyyətli təsir göstərəcək.

Bənövşə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Yanvar 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri