Krımda Putinin “vacib qonaqları” məhv edilib Ukrayna PUA ları Putinin obyektini hədəf alıblar
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünən axşam saatlarında Rusiya tərəfindən işğal olunmuş Krım yarımadasında güclü partlayış səsləri eşidilib.
“AzPolitika” xəbər verir ki, Rusiya tərəfi Ukrayna PUA-larının Forosdakı pansionatı və bir neçə başqa obyekti “vurulduqlarını” bildirib. Hücum zamanı xüsusilə Foros sanatoriyasının ciddi zədələndiyi qeyd olunur.
İlhaq edilmiş Krımın qondarma “rəhbəri” Sergey Aksyonov bildirib ki, PUA hücumu nəticəsində ölən və yarlananlar var. Son məlumatlarda 3 nəfərin öldüyü, 16 nəfərin yaralandığı qeyd olunur.
Rusiya mətbuatının yazdığına görə, hücumun hədəfi Vladimir Putinin vaxtilə tez-tez istirahət etdiyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin elit daçası olub. Bu mülk şəxsən Putinin obyekti kimi tanınır.
Bundan əlavə, həmin gün Foros sanatoriyasındakı restoranın xüsusi sifarişlə digər müştərilər üçün bağlandığı barədə məlumatlar yayılıb. Rusiya mətbuatının yazdığına görə, buna səbəb orada “Putinin vacib qonaqları”nın istirahət etməsidir.
"Krımskiy veter" Telegram kanalının mənbəyə istinadla verdiyi məlumata görə, PUA Foros sanatoriyasına axşam saat 19:30 radələrində düşüb. Mənbənin sözlərinə görə, “sanatoriyada çox önəmli qonaqlar olub”.
Qonaqların kimliyi hələlik açıqlanmır. Ukrayna mediası isə xüsusi qeyd edir ki, belə bir əməliyyat, şübhəsiz ki, yerli partizanlar olmadan mümkün olmazdı. Çünki dronun Ukraynadan Foros şəhərinə çatması üçün xeyli vaxt lazımdır. Deməli, mötəbər qonaqlarla bağlı məlumat əvvəlcədən Ukrayna tərəfinə çatdırılıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 22 Sentyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















