Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dünya riyaziyyat elmində yeni istiqamət formalaşdıran azərbaycanlı

Dünya riyaziyyat elmində yeni istiqamət formalaşdıran azərbaycanlı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanı tanıdanlar

Türkiyənin Əskişəhər Texniki Universitetində çalışan azərbaycanlı professor Rəfail Qasımbəyli riyazi optimallaşdırma nəzəriyyəsinə gətirdiyi yenilikçi yanaşmalar və orijinal elmi nəticələrlə dünya elmi ictimaiyyətinin diqqətini cəlb etməyi bacarmışdır. Onun formalaşdırdığı nəzəri istiqamətlər bu gün müxtəlif ölkələrdə tədqiqat obyektinə çevrilmiş, elmi ideyaları beynəlxalq akademik əməkdaşlığın genişlənməsinə zəmin yaratmışdır. 

Riyaziyyat elminə qazandırdığı fundamental yeniliklər dünyanın nüfuzlu universitetlərində və tədqiqat mərkəzlərində maraqla öyrənilir, elmi ideyaları isə yeni araşdırmaların istiqamətini müəyyənləşdirir. Bu yüksək elmi nüfuzun göstəricisi olaraq Çin Xalq Respublikasının Çunçin Pedaqoji Universiteti (Chongqing Normal University) 2024-cü ildə azərbaycanlı alimi “Fərqlənən Professor” (bu universitetdə professor vəzifəsindən daha üstün bir vəzifədir) vəzifəsinə layiq görmüş, Çin Xalq Respublikasının ən önəmli elmi layihələrindən birində 1 milyon yuan (təxminən 148 min dollar) məbləğində büdcə təhsis etmiş, 2025-ci ildə professor Rəfail Qasımbəylinin 65 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil etmişdir. Çin, ABŞ, Kanada, Almaniya, İspaniya, Norveç, Avstriya, Rumıniya, Hindistan, Viyetnam, Tayvan və digər ölkələrdən tanınmış alimlərin bir araya gəldiyi bu mötəbər tədbir yalnız bir riyaziyyatçının yubileyi deyil, həm də Azərbaycan elmi düşüncəsinin dünya elmi məkanında qazandığı nüfuzun və azərbaycanlı alimin beynəlxalq elmdə tutduğu mövqenin təsdiqi idi.

O, hələ gənc tədqiqatçı olduğu dövrdə riyazi optimallaşdırma sahəsində mövcud nəzəriyyələrin əsasən qabarıq çoxluqlar ve qabarıq funksiyalar üzərində qurulduğunu müşahidə edib və fərqli bir sual üzərində düşünməyə başlayıb: “Əgər problem qabarıq deyilsə, onu necə həll etmək olar?” Bu sual sonradan dünya elminə yeni istiqamət qazandıran tədqiqatların başlanğıcı oldu. Uzun illər ərzində riyazi optimallaşdırmanın əsas alətlərindən biri hesab olunan Hahn-Banach ayırma teoremi yalnız qabarıq strukturlar üçün tətbiq edilirdi. Professor Qasımbəyli isə qabarıqlıq şərtini aradan qaldıran yeni nəzəri yanaşma formalaşdırdı və qeyri-xətti ayırma teoremini isbat etdi. 

Bu nəticə 2010-cu ildə dünyanın ən nüfuzlu elmi nəşrlərindən olan “SIAM Optimallaşdırma Jurnalı” (SIAM Journal on Optimization) jurnalında dərc edildi və elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. ABŞ-da Sənaye və Tətbiqi Riyaziyyat Cəmiyyəti (SIAM) tərəfindən nəşr olunan bu jurnal optimallaşdırma nəzəriyyəsi və onun tətbiqləri üzrə fundamental tədqiqatların yayımlandığı ən nüfuzlu elmi platformalardan biri hesab olunur və  həm nəzəri, həm də tətbiqi aspektlərinə dair orijinal elmi məqalələr dərc edir. Tədqiqatın burada dərc edilməsi onun elmi əhəmiyyətini və beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiq edən mühüm göstəricilərdən idi. Qeyd edək ki, bu jurnalda professor Qasımbəyli daha öncə də (2009-cu ildə) Qabarıq olmayan və məhdudiyyətli problemlərin optimal həlləri üçün yeni zəruri və kafi şərt açıqlayan məqalə dərc etdirmişdi. 

Əslində bütün bunlar riyazi optimallaşdırma sahəsində tamamən yeni bir nəzəriyyənin yaradılmasını zəruriləşdirirdi. Bu nəzəriyyə bir çox komponentlerden ibarət idi: qabarıq olmayan çoxluqların qeyri xətti səthlərlə ayrılması, klassik mənada törəməsi olmayan funksiyalar üçün yeni törəmə anlayışlarının (Radial Epiderivative, Weak Subdifferential) tərif olunması, bunların yardımıyla optimal həllər üçün yeni zəruri ve kafi şərtlərin isbat olunması və nəhayət  daha əvvəl həll oluna bilməyən problem sinifləri üçün yeni həll metodlarının ve algoritmaların icad edilməsi, və s.  Bütün bunlar, çoxusu Q1 və Q2 sinifindəki SCI (SCIE) indeksli elmi jurnallarda dərc olunmuş 100-dən çox elmi məqalədə öz əksini tapdı. 

Rəfail Qasımbəylini elmə aparan yol Siyəzəndə təhsil aldığı məktəbdən başlayıb. Bu barədə söhbətində deyir:

- Siyəzən şəhərində anadan olmuşam və orta təhsilimin ilk səkkiz ilini Siyəzən şəhər 2 nömrəli məktəbdə almışam. Həmin dövrdə məktəbə rəhbərlik edən Akif Hacızadənin yaratdığı yüksək təhsil mühiti mənim formalaşmağımda mühüm rol oynayıb. Məktəb fənn kabinetləri, laboratoriyalar və digər tədris avadanlıqları ilə yaxşı təmin olunmuşdu, müəllimlər isə öz peşəkarlıqları ilə seçilirdilər. Bu gün də Akif müəllimi və uzun illər mənə riyaziyyat fənnini tədris edən Həsənbala Adıgözəlovu dərin hörmət və minnətdarlıqla xatırlayıram.

 Məktəb illərindən riyaziyyata olan xüsusi marağı və araşdırma həvəsi onu yaşıdlarından fərqləndirirdi. Sonralar Bakıdakı Respublika 1 Nömreli Fizika-Riyaziyyat Təmayüllü İnternat Məktəbində aldığı təhsil bu marağın daha da dərinləşməsinə mühüm təsir göstərdi. Riyazi təfəkkürün, elmi düşüncənin və axtarış ruhunun möhkəmləndiyi həmin illər onun gələcək uğurlarının təməlini qoydu. 

- Bu məktəb də mənə güclü elmi baza qazandırdı. Təsadüfi deyil ki, bu məktəbin məzunları arasında çoxlu sayda tanınmış alim və mütəxəssis var. Sonra Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində ali təhsil aldım, aspiranturanı bitirdim və namizədlik dissertasiyamı müdafiə etdim.

Rəfail müəllim Bakı dövlet Universitetini bitirdikden sonra fəaliyyətini önce Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda, daha sonra ise Bakı Dövlət Universitetinin  Tətbiqi Riyaziyyat Fakültesinde davam etdirir. Namizədlik dissertasiyasını müdafiə etdikden bir neçə il sonra Əskişəhər Osmangazi Universitetinin professoru İmdat Karanın dəvəti ilə Türkiyədə də müqaviləli müəllim kimi çalışır...

- Türkiyəni hər zaman ikinci vətənim kimi görmüşəm. Universitet rəhbərliyinin, həmkarlarımın və tələbələrimin göstərdiyi hörmət, eləcə də yaradılan əlverişli elmi mühit, fəaliyyətimi burada davam etdirməyimdə mühüm rol oynadı. Bu dövrdə “Qabarıq olmayan optimizasiya” sahəsində araşdırmalarımı genişləndirərək mühüm elmi nəticələr əldə etdim və onların əsasında doktorluq dissertasiyası hazırladım.

1999-cu ildə müdafiəyə hazırlaşdığım vaxt Əskişəhər Osmangazi Universitetinin rektoru  Necat Akdeniz Akgün professor vəzifəsinə təyinatım üçün Türkiyə Ali Təhsil Şurasına (YÖK) müraciət etdi. Prosedurları tamamladıqdan sonra professor elmi adına layiq görüldüm və 2001-ci ildən universitetdə müqaviləli professor doktor kimi fəaliyyətimi davam etdirdim. 2007-ci ildə İzmir İqtisad Universitetindən aldığım dəvət əsasında bu universitetdə fəaliyyətə başladım. 2012-ci ilə kimi burada kafedra müdiri olmaqla yanaşı, universitetin İdarəetmə Heyəti və Senatının üzvü kimi də çalışdım. Bu dövr həm elmi, həm də akademik idarəetmə baxımından mənim üçün məhsuldar illər oldu.

2012-ci ildə Anadolu Universitetinin rektoru professor Davut Aydının dəvəti ilə təkrar Əskişəhərə köçdüm. Həmin vaxt İzmir İqtisad Universitetində elmi fəaliyyətim uğurla davam edir, universitet rəhbərliyi və həmkarlarım tərəfindən yüksək qiymətləndirilirdim. Buna görə də universitet dəyişmək planım yox idi. Lakin Anadolu Universitetində həyata keçirilməsi nəzərdə tutulan yeni layihələr və gələcək inkişaf perspektivləri məni bu təklifi qəbul etməyə sövq etdi.

Anadolu Universitetində Sənaye Mühəndisliyi kafedrasının professoru və rəhbəri kimi fəaliyyət göstərdim. 2018-ci ildə universitetin bir sıra fakültələrinin bazasında Əskişəhər Texniki Universiteti yaradıldıqdan sonra fakültəmizin müəllim heyəti ilə birlikdə yeni universitetə keçdik. Həmin vaxtdan elmi-pedaqoji fəaliyyətimi Əskişəhər Texniki Universitetində davam etdirirəm.

Professor Qasımbəylinin irəli sürdüyü bir sıra elmi ideyalar və riyazi modellər və həll metodları artıq beynəlxalq elmi dövriyyənin ayrılmaz hissəsinə çevrilmiş və beynəlxalq elmi ədəbiyyatda geniş istifadə olunur. Onun araşdırmaları yalnız nəzəri riyaziyyatın inkişafına xidmət etmir, eyni zamanda istehsalatın təşkili, iqtisadi qərarların qəbulu, logistika sistemlərinin optimallaşdırılması və idarəetmə proseslərinin təkmilləşdirilməsi kimi praktik sahələrdə də geniş tətbiq olunur. 

Professor Rəfail Qasımbəylinun elmi fəaliyyəti Azərbaycanın hüdudlarını çoxdan aşaraq beynəlxalq akademik mühitdə də geniş tanınıb. Onun elmi əsərləri dünya üzrə tədqiqatçılar tərəfindən geniş istinad olunan mənbələr sırasındadır və irəli sürdüyü nəzəri yanaşmalar müxtəlif ölkələrin universitetlərində aparılan araşdırmalarda tətbiq edilir. ABŞ, Almaniya, Avstraliya, İspaniya, Çin, Tayvan, Çili və digər ölkələrin aparıcı elm mərkəzləri ilə qurulan əməkdaşlıqlar onun beynəlxalq elmi nüfuzunun göstəricisidir. 

Türkiyədə fəaliyyət göstərdiyi illərdə o, yalnız alim kimi deyil, həm də uğurlu elm təşkilatçısı kimi tanınıb. Əskişəhər Texniki Universitetində rəhbərlik etdiyi bölümdə tədris proqramlarının yenilənməsi, müasir laboratoriyaların yaradılması, sənaye müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi və beynəlxalq seminarların təşkili onun təşəbbüsləri sırasında yer alır. Bu fəaliyyət nəticəsində universitetin sənaye mühəndisliyi bölümü qısa müddətdə Türkiyənin aparıcı akademik mərkəzlərindən birinə çevrilib.

Alimin elmi fəaliyyətində beynəlxalq əməkdaşlıq xüsusi yer tutur, həyat və fəaliyyətində də öz əksini tapır. Almaniyadan Avstraliyaya, Çindən Pakistana qədər müxtəlif ölkələrdə keçirilən konfrans və elmi tədbirlərdə iştirak edən professor öz adından çox, Azərbaycan elmini uğurla təmsil edib. Çinin Çunsin Pedaqoji Universiteti ilə qurduğu əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə tədqiqatlar və beynəlxalq elmi tədbirlərdəki iştirakı adını dünya elmi dairələrində daha yaxından tanıdıb. Universitet tərəfindən ona verilən “Fərqlənən Professor” vəzifəsi  bu fəaliyyətin yüksək qiymətləndirilməsinin göstəricisidir. 2025-ci ildə alimin 65 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın təşkili isə onun elmə verdiyi töhfələrin və qazandığı nüfuzun beynəlxalq miqyasda qəbul olunduğunu bir daha təsdiqləyib.

Professor Rəfail Qasımbəyli dogma Vətəni Azərbaycanla əlaqələrini heç vaxt kəsməyib. O, ölkəmizdə keçirilən beynəlxalq konfranslarda mütəmadi iştirak edir, yerli alimlərlə əməkdaşlığa və gənc tədqiqatçıların yetişməsinə dəstək verir. 2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində onun rəhbərliyi ilə Riyazi Modelləşdirmə və Optimallaşdırma Tədqiqat Mərkəzinin yaradılması da bu fəaliyyətin mühüm nümunələrindəndir.

Professorun gənclərə tövsiyələri də diqqət çəkir. O hesab edir ki, elmə gələn gənclər böyük hədəflər qoymalı, çətin problemlərdən qorxmamalı və daim öz üzərlərində çalışmalıdırlar. Onun fikrincə, böyük kəşflər yalnız böyük məqsədlərin ardınca gedən insanların zəhməti nəticəsində yaranır.  Rəfail Qasımbəylinin həyat yolu sübut edir ki, onun uğurları təkcə şəxsi nailiyyət deyil, həm də Azərbaycan elminin beynəlxalq nüfuzunun artmasına xidmət edən mühüm hadisədir. Elm isə sərhəd tanımır. Professor Rəfail Qasımbəylinin həyatı və fəaliyyəti də bu həqiqətin ən parlaq nümunələrindəndir. Bu gün onun adı dünya riyaziyyat elmində yeni istiqamətin yaradıcılarından biri kimi çəkilir.

Namiq Qədimoğlu,

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyun 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri