Icma.az
close
up
RU
Dünya şöhrətli plastik cərrah İbrahim Yıldırım vəfat edib FOTOLAR

Dünya şöhrətli plastik cərrah İbrahim Yıldırım vəfat edib FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədəki Azərbaycan diasporuna ağır itki üz verib.

"Unikal" xəbər verir ki, İstanbul Universitetinin professoru, dünya şöhrətli plastik cərrah İbrahim Yıldırım vəfat edib.

Əslən Azərbaycanın Qazax rayonundan – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlunun nəslindən olan İbrahim Yıldırım 1936-cı il noyabrın 20-də Türkiyədə – Amasya vilayətinin Merzifon rayonunda dünyaya gəlib.

İstanbul Universitetinin Tibb fakültəsini bitirdikdən sonra ABŞ, Avropa və Asiyanın müxtəlif ölkələrində plastik cərrahiyyə üzrə ixtisasartırma kurslarında təcrübə keçib, konfrans və seminarlarda iştirak edib. Dünyanın tanınmış plastik cərrahlarından biri olaraq müxtəlif ölkələrdə qonaq professor kimi mühazirələr oxuyub. Tibb sahəsində ixtisaslaşmış bir sıra cəmiyyət və təşkilatların, o cümlədən Azərbaycan Cərrahiyyə Cəmiyyətinin və Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin üzvü olub. Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Fiqən xanımla ailə quran İbrahim Yıldırım Azərbaycanla bağlılığını heç vaxt unutmayıb. Azərbaycanın elmi mühiti ilə yanaşı, ədəbi mühitini də yaxından tanıyıb. Vaxt məhdudiyyətinə baxmayaraq mütəmadi olaraq Azərbaycana gəlib, ədəbi məclislərdə, tədbirlərdə böyük həvəslə iştirak edib.

Ümummilli lider Heydər Əliyevlə görüşüb. O, müstəqilliyimizin ilk illərində Birinci Qarabağ müharibəsində yaralanmış döyüşçülərimizin müalicəsinə, dərmanların gətirilməsinə, ağır yaralıların xarici ölkələrə aparılmasına, azərbaycanlıların Türkiyədə ali tibb təhsili almasına köməkliklər göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildə İbrahim Yıldırımı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edib. Ölkəmizin inkişafı, tərəqqisi onu qəlbən sevindirib. Daim Azərbaycanı dünyaya təqdim və təbliğ edən professor tibbə dair bir sıra əsərlərlə yanaşı, “Azərbaycandan Amasyaya daşınan türk kültürü və şirvanlılar”, “Baş üstündə bir kitabın olması”, “Türkiyədə Azərbaycan kültürü”, “İstanbul Universitetini bitirmiş azərbaycanlılar”, “Amasya araşdırmaları” və digər tarixi-etnoqrafik kitabları da qələmə alıb.

Vətən müharibəsi zamanı və ondan sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xidmətlərini əsirgəməyib. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Türkiyədəki Azərbaycan icmasının fəal üzvü, professor İbrahim Yıldırımın vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.  


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri