Icma.az
close
up
RU
Dünya Trampdan gözləyirdi, Stevanoviç açıqladı NATO ilə bağlı sensasion proses

Dünya Trampdan gözləyirdi, Stevanoviç açıqladı NATO ilə bağlı sensasion proses

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sloveniya Dövlət Məclisinin yeni spikeri və Avroskeptik Pravda Partiyasının lideri Zoran Stevanoviç ölkəsinin NATO-dan çıxması üçün səsvermə keçiriləcəyini açıqlayıb.

O, Sloveniyanın öz siyasətini müstəqil və suveren şəkildə aparmalı olduğunu bildirib. Stevanoviç ölkəsinin hərbi və diplomatik mübahisələrə müdaxilənin qəti əleyhinə olduğunu, Alyansdan çıxılması üçün səsvermənin keçiriləcəyinə dair xalqa söz verildiyini qeyd edib.

Maraqlıdır ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin bu ittifaqa ehtiyacı olmadığını demişdi.

Globalinfo.az-a danışan siyasi şərhçi Tamilla Qulami deyib ki, Sloveniyanın NATO-dan çıxmaqla bağlı referendum keçirmək niyyəti Avropa təhlükəsizlik arxitekturası baxımından ciddi rezonans doğura biləcək bir addımdır:

“Bu məsələni həm daxili siyasi dinamika, həm də beynəlxalq kontekst çərçivəsində qiymətləndirmək vacibdir.

Öncəliklə xatırlayaq ki, Sloveniya 2004-cü ildən NATO üzvüdür və bu müddət ərzində alyansın kollektiv təhlükəsizlik sisteminin bir hissəsi kimi fəaliyyət göstərib. NATO üzvlüyü bu ölkəyə həm hərbi təhlükəsizlik zəmanəti, həm də siyasi inteqrasiya baxımından mühüm üstünlüklər verib. Ona görə də bu tip təşəbbüs ölkənin strateji kursunda ciddi dəyişiklik anlamına gələ bilər.

Zoran Stevanoviç kimi siyasətçilərin irəli sürdüyü arqumentlər əsasən milli suverenlik, xarici münaqişələrdən uzaq durmaq və neytrallıq ideyasına söykənir. Bu yanaşma müəyyən seçici qrupları üçün cəlbedici olsa da, reallıqda NATO-dan çıxmaq Sloveniyanın təhlükəsizlik zəmanətlərini zəiflədə, onu regional və qlobal risklər qarşısında daha həssas vəziyyətə sala bilər. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avropada təhlükəsizlik məsələləri daha da aktuallaşıb və bir çox ölkə NATO ilə əməkdaşlığı gücləndirməyə çalışır.


Tamilla Qulami

Digər tərəfdən, bu təşəbbüsün daxili siyasi məqsədlər daşıması ehtimalı da yüksəkdir. Referendum ideyası çox zaman populist ritorikanın bir hissəsi kimi istifadə olunur və adətən seçicilərin diqqətini sosial-iqtisadi problemlərdən yayındırmaq məqsədi güdür. Xüsusilə də Avropa İttifaqı (Aİ) ilə sıx inteqrasiya nəzərə alınarsa, Sloveniya kimi kiçik və açıq iqtisadiyyata malik ölkə üçün Qərb strukturlarından uzaqlaşmaq iqtisadi risklər də yarada bilər,”.

Ekspert hesab edir ki, Donald Trumpın NATO ilə bağlı səsləndirdiyi tənqidi fikirlər yeni deyil və daha çox ABŞ-ın Alyans daxilində yük bölgüsü ilə bağlı narazılıqlarını əks etdirir:

“Lakin ABŞ-ın NATO-dan real çıxışı hələlik institusional və siyasi baxımdan çox mürəkkəb və aşağı ehtimallı ssenari olaraq qalır.

Düşünürəm ki, Sloveniyada NATO-dan çıxmaqla bağlı referendum təşəbbüsü daha çox siyasi mesaj xarakteri daşıyır və onun reallaşması bir sıra daxili və xarici maneələrlə üzləşə bilər. Hətta referendum keçirilsə belə, nəticənin Alyansdan çıxışla yekunlaşması üçün həm ictimai dəstək, həm də hüquqi-prosedur baxımından mürəkkəb proseslər tələb olunur. Bu isə yaxın perspektivdə Sloveniyanın NATO-dan faktiki ayrılmasını az ehtimallı ssenari kimi göstərir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri