Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin "Access Opera" agentliyi amerikalı reper Kanye Uestin Sankt-Peterburqda (Rusiya) planlaşdırılan konsertlərinin ləğv edilməsi ilə bağlı şayiələri təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fontanka" nəşri tədbirə biletlərin pulunu geri qaytarmaq istəyən Sankt-Peterburq sakinlərindən birinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, şəxs agentliyin sosial şəbəkələrdəki rəsmi hesabına yazıb. Agentliyin nümayəndələri rusiyalıya şounun baş tutmayacağını və pulunu geri qaytarmaq üçün yerli təşkilatçıya ("Say Agency") müraciət etməli olduğunu bildiriblər.
"Access Opera"ya müraciət edən rusiyalının sözlərinə görə, biletləri geri qaytarmaq istəyən pərəstişkarlar artıq sənədləri toplayıb məbləğin geri qaytarılması üçün banka müraciətlər göndəriblər, lakin demək olar ki, hamı imtina cavabı alıb.
Reperin çıxışının oktyabrın 10-u və 11-də "Qazprom Arena"da keçirilməsi planlaşdırılırdı, lakin arena təşkilatçı ilə müqavilənin olmaması səbəbindən konsertin ləğv edildiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Sentyabr 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















