Icma.az
close
up
RU
Dünya yeni bölgüyə hazırlaşır: Sərhədlər yenidənmi çəkiləcək?

Dünya yeni bölgüyə hazırlaşır: Sərhədlər yenidənmi çəkiləcək?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Ukrayna cəbhəsində Rusiyanın son hücumları yalnız hərbi vəziyyəti deyil, eyni zamanda beynəlxalq siyasi mühiti də yenidən gərginləşdirib. Döyüş xəttində yaranan yeni reallıq böyük güclər arasında onsuz da həssas olan münasibətləri daha da kəskinləşdirir, xüsusilə NATO ilə Rusiya arasında qarşıdurmanın növbəti mərhələyə keçə biləcəyi ehtimalını gücləndirir.

Bu proses fonunda həm hərbi ritorikanın sərtləşməsi, həm də diplomatik kanalların daralması diqqət çəkir və mövcud vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi sualını daha da aktuallaşdırır.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Tofiq Abbasovun sözlərinə görə, indi müşahidə etdiyimiz proseslər birmənalı şəkildə göstərir ki, Amerika Birləşmiş Ştatları özünün ən əzəli müttəfiqi İsrail ilə birlikdə Körfəzdə müharibəyə qatılıb, Avropa ölkələri isə Rusiya ilə qarşıdurmadadır. Bu qarşıdurma hələlik Ukrayna zəminində davam edir. Belə təxminlər də var ki, bu prosesdə Almaniya önə çıxacaq və Almaniya ilə Rusiyanın toqquşması baş verə bilər. Ola bilsin ki, Britaniya və Fransa da bu prosesdə iştirak etsin, amma hələ ki Ukrayna Qərbi Avropa ilə Rusiya arasındakı mübarizənin əsas teatrı və səhnəsi kimi istifadə olunur:

"Əlbəttə, burada ən çox itirən Ukrayna xalqıdır. Çünki, birincisi, ölkənin parçalanma perspektivi qaçınılmaz görünür; digər tərəfdən, 10 milyondan artıq vətəndaş faktiki olaraq miqranta çevrilib. Əgər Donbas bölgəsi itirilərsə, Ukrayna ərazisinin demək olar ki, üçdə biri əldən çıxmış olacaq. Bu isə ukraynalılar üçün yaxşı bir gələcək vəd etmir. Ümumiyyətlə, müharibələrdən sonra yeni bölgülərin aparılması, sərhədlərin yenidən çəkilməsi tarix boyu baş verən proseslərdir və biz buna bələdik".

Ekspertə görə, gərginlik şübhəsiz ki, artacaq. Çünki faktiki olaraq Donald Tramp bildirib ki, Körfəzdəki müharibə onun prioritetidir və İsraillə birlikdə orada fəaliyyət göstərir. Ukrayna məsələsini isə Avropanın problemi kimi təqdim edir və onların Rusiya ilə münasibətləri özlərinin həll etməli olduğunu vurğulayır. Yəni görürük ki, burada müəyyən hərbi-siyasi bölünmə və faktiki bir “paylaşım” prosesi gedir.

"Bu prosesdə Amerika Avropadan müəyyən mənada uzaqlaşır, Avropa da Amerikanın bəzi logistik tələblərini qarşılamaqdan imtina edir. Məsələn, Fransa Körfəzdə İsrailin xeyrinə yükdaşımalar üçün öz dəhlizlərindən istifadə olunmasına dair sorğunu rədd edib. Rəsmi Paris bildirib ki, nə silah-sursat verəcək, nə də logistik imkanlarını təqdim edəcək".

Tofiq Abbasov: Rusiyanın geri çəkiləcəyi gözlənilmir

T.Abbasov bildirib ki, beləliklə, artıq ənənəvi müttəfiqlər arasında, xüsusilə NATO çərçivəsində, müəyyən məsafələşmə müşahidə olunur. Qərbi Avropa ölkələri Amerikaya qarşı daha soyuq siyasət yürütməyə başlayıb və müəyyən narazılıqlarını ifadə edirlər. Nəticədə, Amerika ilə Avropa arasında uzaqlaşma, Avropanın isə həm Amerikadan, həm də İsraildən müəyyən dərəcədə məsafə saxlaması prosesi gedir. Hər tərəfin öz maraqları və cəbhə xətti formalaşır:

"Rusiya da bu prosesi anlayır. Onsuz da NATO ilə qarşıdurmanın qaçınılmaz olduğunu düşünürdü və bu qarşıdurma faktiki olaraq 2022-ci ilin fevralından davam edir. Artıq bir neçə ildir ki, bu mübarizə gedir. Rusiyanın da öz maraqları var və geri çəkiləcəyi gözlənilmir".

Müsahibimizin sözlərinə görə, hazırda belə fikirlər səslənir ki, sərt qışdan sonra Ukrayna cəbhədə təşəbbüsü ələ ala bilər. Bunun baş verib-verməyəcəyini demək çətindir. Əgər belə imkan yaranarsa, əlbəttə ki, bundan istifadə ediləcək. Amma Rusiyanın buna imkan verib-verməyəcəyi sual altındadır. Böyük ehtimalla mövqe müharibələri davam edəcək:

"Mənim qənaətimcə, ilin sonuna qədər, bəlkə də daha tez - yay aylarının sonuna doğru Ukrayna ilə bağlı yeni bir situasiya formalaşa bilər. Hər halda, NATO ölkələri Avropada Rusiyanı sıxışdırmağa çalışdığı kimi, Rusiya da onlara qarşı problemlər yaratmağa çalışır. Bu prosesdə isə hansı tərəfin daha çox strateji resurs və ehtiyatı varsa, o tərəf müəyyən bəlkə də nisbi üstünlük əldə edə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Aprel 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri