Dünya yeni nüvə silahlanması yarışı təhlükəsi KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi dünyanı sarsıdacaq xəbərdarlıqla çıxış edib. “The Telegraph” qəzetinə müsahibə verən Qrossi bildirib ki, qlobal münaqişələr və artan qeyri-sabitlik 20-yə yaxın ölkəni öz nüvə bombasını yaratmağa sövq edə bilər.
KONKRET.az xəbər verir ki, Agentlik rəhbəri mövcud gərginliyin nüvə silahlarının yayılmaması sistemində ciddi “çat” yaradacağını və “domino effekti” verəcəyini vurğulayıb. Onun sözlərinə görə, Polşa, Cənubi Koreya və Yaponiya kimi ölkələrin nüvə silahına sahib olmaq barədə yenidən başlayan müzakirələri dünyanı “çox, çox kövrək” bir vəziyyətə sala bilər.
Ekspertlər qeyd edirlər ki, beynəlxalq təhlükəsizlik arxitekturasının zəifləməsi bir çox dövləti öz müdafiəsini təmin etmək üçün kütləvi qırğın silahlarına yönəlməyə məcbur edir.
Qrossi xəbərdarlıq edib ki, əgər nüvə ambisiyalarının qarşısı alınmazsa, bəşəriyyət idarəolunmaz bir silahlanma yarışı ilə qarşılaşacaq və bu, qlobal sülhü tamamilə təhlükə altına atacaq.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 21 Aprel 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















