Icma.az
close
up
RU
Dünya yeni təhlükəli dövrə qədəm qoyub Bizi nə gözləyir?

Dünya yeni təhlükəli dövrə qədəm qoyub Bizi nə gözləyir?

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Soyuq müharibənin sonunda dünyanın aparıcı dövlətləri nüvə silahlarının azalmasının planeti daha təhlükəsiz edəcəyinə dair razılığa gəlmişdilər. Lakin bu dövr artıq sona çatıb.
Demokrat.az
xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
Silahlanma üzərində nəzarətə dair müqavilələr pozulur, nüvə dövlətləri arsenalını gücləndirir və bu silahların yayılması riski artır. Döyüş meydanında üstünlük qazanmaq məqsədilə taktiki nüvə silahlarından istifadə ehtimalı daha çox müzakirə olunur.
Nüvə müharibəsi qorxusunun təməli 1945-ci ildə, Nyu-Meksikoda yerləşən "Trinity" poliqonunda ilk nüvə partlayışının həyata keçirilməsi ilə qoyulub. 1963-cü ildə ABŞ prezidenti Con Kennedi Soyuq müharibə dövründə nüvə silahının onlarla ölkənin əlinə keçməsinin mümkünlüyündən narahatlığını ifadə edərək bunu ən böyük təhlükə adlandırıb.
Onilliklər ərzində silahlanmaya nəzarətə dair müqavilələr, texnoloji baryerlər və qarşılıqlı zəmanətli məhvolma prinsipi ən pis ssenarilərin həyata keçməsinin qarşısını alırdı.
Qlobal nüvə silahı ehtiyatları 1980-ci illərin ortalarında zirvəyə çatmış, lakin sonradan tədricən azalmağa başlamışdı. 1991-ci ildə ABŞ və Sovet İttifaqı arasında strateji silahların ixtisarına dair ilk müqavilə imzalanmışdı.
Lakin hazırda Rusiya ilə ABŞ arasında mövcud olan mühüm razılaşmalar təhlükə altındadır. Orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair müqavilə ləğv edilib, döyüş başlıqlarının sayını məhdudlaşdıran müqavilənin isə müddəti gələn ilin əvvəlində sona çatacaq.
Vaşinqton Rusiyanın və Çinin artan təhlükələrinə qarşı çıxmaq üçün nüvə potensialını genişləndirməyin vacibliyini daha çox vurğulayır ki, bu da yeni silahlanma yarışına səbəb ola bilər.
Hesablamalara görə, Çin 2035-ci ilə qədər nüvə ehtiyatlarını üç dəfə artırmağı planlaşdırır. Artıq Pekinin arsenalında ABŞ ərazisinə çata biləcək təxminən 600 qitələrarası raket var. Bununla yanaşı, Çin, nüvə güclərinin məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ ilə danışıqlara başlamaq təkliflərini rədd edir.
ABŞ və Rusiya strateji ehtiyatları azaltdıqları halda, taktiki nüvə silahı ilə bağlı narahatlıqlar artır. Bu silahların daha az gücü və qısa mənzili onların adi hərbi münaqişələrdə istifadə edilməsini mümkün edir. Moskva dəfələrlə bu silahların Ukraynada tətbiq edilə biləcəyi ilə bağlı işarələr verib. Noyabr ayında Rusiya hətta doktrinasını yeniləyərək bu silahlardan istifadə hallarını genişləndirib.
1970-ci ildə qəbul edilmiş Nüvə Silahlarının Yayılmamasına dair Müqavilə (NPT) ilə təmin olunan nüvə silahlarının yayılmasının qarşısını almaq səyləri təzyiq altındadır. Müqaviləni 191 dövlət imzalasa da, üç nüvə ölkəsi ona qoşulmayıb və Şimali Koreya 2003-cü ildə ondan çıxıb.
İran NPT-nin iştirakçısı olsa da, nüvə silahı yaratmağa bir neçə ay məsafədədir. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, əgər İran buna nail olarsa, onlar da eyni yolu tutacaqlar.
Jalə
Demokrat.az

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Yanvar 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri