Icma.az
close
up
RU
Dünyada bal ayı üçün 5 ən yaxşı məkanı FOTO

Dünyada bal ayı üçün 5 ən yaxşı məkanı FOTO

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səyahət etməyi özlərinin əsas sevgi dili hesab edən cütlüklər üçün bal ayı məkanının seçilməsi toy məkanının seçilməsi qədər həyəcanlı və məsuliyyətli bir prosesdir. Dünyanın nüfuzlu səyahət platforması “TripAdvisor”, planetin müxtəlif guşələrindən olan yeni evlilərin milyonlarla rəyini və məlumatlarını təhlil edərək ən yaxşı romantik istiqamətlərin reytinqini tərtib edib.
Bizim.Media xəbər verir ki, müasir gənclər bal ayında daha çox lüks otelləri, gözgörünməz villaları, su üzərindəki bunqaloları və sahildə yerləşən spa kompleksləri olan qapalı çimərlik məkanlarına üstünlük verirlər.
“Travelers' Choice Best of the Best” qlobal səyahətçilər icmasının rəyləri əsasında dünyanın ən romantik 5 məkanı müəyyənləşib:
1. Mavriki


Hind okeanında yerləşən və özünün ağappaq qumlu çimərlikləri, lüks kurortları ilə tanınan bu ada-dövlət toy səyahəti üçün dünya reytinqinə başçılıq edir.
Birlikdə nə etməli: Ailə albomu üçün unikal fotolar çəkdirmək istəyirsinizsə, Şamarelin yeddirəngli qumlarına yollanın. Burada torpaq qatları qırmızı, qəhvəyi, bənövşəyi, yaşıl və sarı çalarlarla bərq vurur. Aktiv istirahət sevənlər isə adadakı məşhur qolf klublarında vaxt keçirə bilərlər.
2. Bali (İndoneziya)


Bali aşiqlərə sıx tropik cəngəlliklərdən və əzəmətli vulkanlardan tutmuş mənzərəli çimərliklərə qədər inanılmaz təbiət müxtəlifliyi təklif edir.
Birlikdə nə etməli: "Cənnət qapıları" adlandırılan məşhur Lempuyanq məbədini ziyarət edin, Ayunq çayında ekstremal raftinq sifariş edin və uçurum üzərində qurulmuş məşhur Bali yellənçəklərində unudulmaz fotolar çəkdirin.
3. Maldiv adaları


Dünyanın hər yerindən yeni evlənənlər su üzərindəki izolyasiya olunmuş villalar və sanki bir sənət əsərini xatırladan qürub mənzərələri üçün ənənəvi olaraq Maldiv adalarına üz tuturlar.
Birlikdə nə etməli: Maksimum lüks mühitə qərq olmaq üçün yerli ekoloji kurortların okean villalarında yer bron edə bilərsiniz. Burada cütlüklər üçün kimsəsiz sahildə xüsusi barbekü və okean mənzərəli studiyada fərdi yoqa dərsləri təşkil olunur.
4. Hoyan (Vyetnam)


Əgər Paris "İşıqlar şəhəri" adlandırılırsa, qədim Vyetnam şəhəri olan Hoyan da haqlı olaraq "Kağız fənərlər şəhəri" statusuna layiqdir. Bura romantik qaçışlar üçün inanılmaz dərəcədə atmosferik və rotantik bir məkandır.
Birlikdə nə etməli: Yüzlərlə fənərin sayrışan işığı altında Thubon çayında kruizə çıxın və şəhərin gecə bazarında yerli təamların dadına baxın. Buradakı lüks otellər yataqda şampan şərabı ilə səhər yeməyi və açıq səma altında tropik duşu olan villalar təklif edir.
5. Puket (Tayland)


Klassik tropik cənnət xəyal edən cütlüklər Taylandın bu ən böyük adasını seçirlər. Puket sakit çimərlik istirahəti ilə zəngin ekskursiya proqramı arasında ideal balans yaradır.
Birlikdə nə etməli: Qüsursuz çimərliklərin dadını çıxarın, cəngəlliklərdə gizlənmiş şəlalələrə doğru trekinqə yollanın, əzəmətli buddist məbədlərini ziyarət edin və mütləq məşhur Phi Phi adalarına qayıq turu sifariş edin.

Bizim.Media
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 İyun 2026 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri