Icma.az
close
up
RU
Dünyada baş verən ən güclü zəlzələlər SİYAHI

Dünyada baş verən ən güclü zəlzələlər SİYAHI

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Tailandda və Myanmada güclü zəlzələlər baş verib.

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Myanmada isə güclü zəlzələ 1600 nəfərin ölümünə, 3400-dən çox insanın yaralanmasına səbəb olub.

Publika.az tarixin ən güclü, dağıdıcı və öldürücü zəlzələlərinin siyahısını təqdim edir:

Sumatra (İndoneziya) müasir tarixdə ən çox can alan zəlzələ olub. Hind okeanında 26 dekabr 2004-cü ildə baş vermiş sualtı zəlzələnin gücü müxtəlif cür qiymətləndirilir. Lakin əksər ekspertlər onun maqnitudasının 9,1-9,3 bal arasında dəyişdiyini bildirirlər. Buna görə də Hind okeanındakı zəlzələ tarixində ən güclü üç zəlzələdən biridir.

Seysmik hadisənin episentri Sumatra adası yaxınlığında olub. Zəlzələnin gücü coğrafi mənada görünməmiş bir hadisə idi. Litosfer tavaları təxminən 1600 kilometr ərazi üzərində hərəkət edərək Hindistan Tavası Hind-Çin yarımadası ilə toqquşdu.

Zəlzələnin yaratdığı 15 metrlik sunami Tailand, İndoneziya, Şri-Lanka, Hindistanın cənubu sahillərinə çatdı. Bu güclü dalğa çox böyük ziyan vurdu və çoxlu sayda insanın ölümünə səbəb oldu. Ölənlərin çoxu sadəcə Tailand, İndoneziya və Şri-Lanka kurortlarında dincələn, ölüm təhlükəsindən xəbərsiz olan insanlar idi. Çimərlikdə istirahət edən insanları dalğa bir anda yuyub apardı və 300 mindən çox insanın həyatına son qoyub.

Növbəti güclü zəlzələ 2010-cu il yanvarın 12-də Haiti Respublikasında baş verib. İlk təkanın gücü 7 bal olub. Teorik olaraq, seysmik cəhətdən təhlükəli hesab edilən bölgələrdə evlər zəlzələyə tab gətirmək üçün xüsusi olaraq tikilir. Ancaq Haitidə bu fərqli olub, burada bir çox ev bir zərbə üçün belə, nəzərdə tutulmayıbmış. Nəticədə bu fəlakət zamanı 222 570 nəfərin öldüyü rəsmən açıqlandı.

22 may 1960-cı ildə Çilidə baş vermiş Böyük Çili zəlzələsi (və ya Valdiv zəlzələsi) bəşəriyyət tarixində ən güclü zəlzələ hesab olunur.

Seysmik hadisənin maqnitudası 9,5 bal olub. Zəlzələnin episentri Valdivia (Santyaqonun cənubunda yerləşən Çili şəhəri) yaxınlığında olub. Əsas zərbə 6000-ə yaxın insanın həyatına son qoyub və 100 min çililini didərgin salıb.

Son 100 ilin ən güclü zəlzələlərindən biri 2011-ci il mayın 11-də Yaponiya sahillərində baş verən silsilə təkanlar hesab olunur. Onlardan ən güclüsü arxipelaqın sahilindən 72 km aralıda, 30 km dərinlikdə qeydə alınan 9 bal gücündə olub. Təxminən 6 dəqiqə davam edib və hündürlüyü 40 metrdən çox olan sunamiyə səbəb olub.

Ən dağıdıcı üçüncü zəlzələ də Asiya-Sakit okean regionunda - Çində baş verib.

2008-ci il mayın 12-nə keçən gecə mərkəzi Sıçuan əyalətində 19 kilometr dərinlikdə 8 bal gücündə zəlzələ baş verib. Fəlakət nəticəsində, müxtəlif mənbələrə görə, 5 milyondan 11 milyona qədər çinli evsiz qalıb. 69 195 nəfər ölüb, 374 643 nəfər yaralanıb, 18 mindən çox insan itkin düşmüş hesab olunur.

Türkiyədə baş verən və əsrin fəlakəti adlandırılan Kahramanmaraş zəlzələsində 53 mindən çox insan həyatını itirib.

2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verdi. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olundu. Türkiyə hakimiyyəti zəlzələni "əsrin fəlakəti" adlandırır. Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak oldu, 107 213 nəfər isə müxtəlif xəsarətlər aldı. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi.

Azərbaycanda ən dəhşətli zəlzələlərdən biri də Gəncədə olub. Tarixçilərin yazdığına görə, yeraltı təkanlar o qədər güclü olub ki, nəticədə Kəpəz dağı uçub, Ağsu çayının məcrasını kəsib. Nəticədə burada 8 göl yaranıb. Bu faciə 30 sentyabr 1139-cu ildə baş verib, 230 minə yaxın insanın həyatına son qoyub.

(Musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see297

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see291

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see264

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see249

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see243

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see240

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see234

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see232

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see227

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see226

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see222

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see221

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see220

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see220

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see219

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see219

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see191

“Biz və bizim dağlar”: Sənət əsəri, yoxsa separatizmin simvolu?

19 Sentyabr 2026 20:47see183

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see181

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri