Icma.az
close
up
RU
Dünyada baş verənlər TDT nin vahid güc kimi çıxış etməsini zəruri edir Şərh

Dünyada baş verənlər TDT nin vahid güc kimi çıxış etməsini zəruri edir Şərh

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

“Hazırda dünya qlobal idarəetmə sisteminin zəiflədiyi, çoxtərəfli əməkdaşlıq anlayışının dəyərini itirdiyi, beynəlxalq münaqişələrin daha da dərinləşdiyi çətin bir dövr yaşamaqdadır. Beynəlxalq təşkilatlar isə sülh, təhlükəsizlik və rifah yaratmaq sahəsində üzərlərinə götürdükləri missiyanı effektiv şəkildə həyata keçirə bilmir və bu da öz növbəsində onların beynəlxalq aləmdə nüfuzdan düşməsi ilə nəticələnməkdədir. Beynəlxalq təşkilatların fəaliyyətindəki böhran da qlobal miqyasda artan gərginliklərin regional problemləri daha da mürəkkəbləşdirməsinə səbəb olur. Yaranmış durum yeni reallıqları diktə edir ki, bu da dünya ölkələri qarşısında əlavə çağırışlar və hədəflər qoyur”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünü şərh edərkən deyib.

Deputat bildirib ki, belə bir mürəkkəb şərait Türk Dövlətləri Təşkilatının (TDT) vahid güc kimi çıxış etməsini zəruri edir: “Yeni beynəlxalq nizamın formalaşmaqda olduğu hazırkı şəraitdə müştərək hədəflər əsasında qarşılıqlı faydalı fəaliyyətin davam etdirilməsi, türkdilli dövlətlər arasında tərəfdaşlığın gücləndirilməsi müstəsna əhəmiyyət kəsb edir. Biz yeni reallıqlar fonunda həmrəylik nümayiş etdirərək dünyada bərabərsizlik, təcridetmə və haqsız rəqabət kimi problemlərin əhəmiyyətli dərəcədə həllinə nail olmaqla bəşəriyyətin sağlam və xoşbəxt gələcəyi üçün etibarlı zəmin formalaşdıra bilərik.

TDT yarandığı 16 il ərzində “dildə, fikirdə, işdə birlik” şüarına əsaslanaraq çox böyük uğurlara imza atıb və əminəm ki, türk dövlətlərinin liderlərinin siyasi iradəsi nəticəsində təşkilat yaxın gələcəkdə beynəlxalq aləmə özünü vahid siyasi, iqtisadi və hərbi güc kimi təqdim edə biləcək.

TDT-nin vahid güc kimi formalaşması Azərbaycanın həyata keçirdiyi xarici siyasətin prioritetlərindən birini təşkil edir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev 2024-cü ilin fevralında növbəti müddətə prezident seçilərkən andiçmə mərasimində qeyd etmişdi ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur. Qəbələdə keçirilən Zirvə görüşü bir daha bunu sübut etdi.

Bugünkü reallıqda regional sülh və təhlükəsizlik mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, sülh və təhlükəsizlik olmadan ölkələrin inkişafı qeyri-mümkündür. Qəbələdə keçirilən Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

Bu gün Azərbaycan Cənubi Qafqazda təkcə sülhün təminatçısı deyil, eyni zamanda təhlükəsizliyin və dayanıqlı sabitliyə xidmət edən əməkdaşlıq formatlarının yaranmasında müstəsna rola malik dövlətdir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji, nəqliyyat və digər logistik layihələr bölgədə sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edir ki, bu da öz növbəsində türk dövlətləri arasında sıx inteqrasiya olunmuş əməkdaşlığa töhfə verir.

Azərbaycanın Ermənistanla sülh sazişini paraflaması təkcə bölgədə sülhün təminatına deyil, eyni zamanda Türk dünyası arasında sıx əlaqələrin qurulmasına xidmət edir. Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə edilən razılaşma Türk dünyasının vahid güc kimi formalaşmasına və daha sıx inteqrasiyasına mühüm töhfə verəcək.

Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal–Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və alternativ marşrut kimi böyük əhəmiyyətə malikdir. Bu isə, öz növbəsində, sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət – enerji təhlükəsizliyi ilə sıx bağlıdır. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq.

Hazırda biz Orta Asiya–Azərbaycan–Türkiyə–Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik ki, bu da əlaqələrin inkişafına və türk dünyasının vahid güc kimi formalaşmasına öz töhfəsini verəcək.

Əminəm ki, yürüdülən məqsədyönlü siyasət nəticəsində TDT-nin beynəlxalq aləmdə qlobal və regional vahid güc kimi çıxış etməsinin şahidi olacağıq”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Oktyabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri