Icma.az
close
up
RU
Dünyada ciddi dəyişikliklər baş verir MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ AÇIQLADI

Dünyada ciddi dəyişikliklər baş verir MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ AÇIQLADI

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Dünyada ciddi dəyişikliklər baş verir. Texnoloji, siyasi və hərbi transformasiyalar, keçidlər dünya tarixinin yeni bir mərhələsinin artıq başladığından xəbər verir. Bu yeni mərhələ ayrı-ayrı ölkələrə, onların həyata keçirdiyi milli siyasətlərə bu və ya digər dərəcədə təsir göstərir və milli siyasətləri bu yenilikləri, dəyişiklikləri, təhdidləri nəzərə almağa məcbur edir". SİA-nın verdiyi məlumata görə, “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu gün həyata keçirilən xarici siyasətinin üç əsas istiqamətini diqqətə çatdırıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə dünyanın, bəşəriyyətin üzləşdiyi təhdidlər, çağırışlar nəzərə alınıb, bununla əlaqədar olaraq lazımi tədbirlər görülüb və bundan sonra da görüləcək. Azərbaycanın bu gün həyata keçirilən xarici siyasətinin üç əsas istiqamətini vurğulaya bilərəm ki, bu istiqamətin birincisi Ermənistanla olan münaqişənin aradan qaldırılmasından sonra Azərbaycanın xarici siyasətində sülh gündəliyinin mərkəzi məsələyə çevrilməsidir. Sülh gündəliyinin əsas hədəfi isə Ermənistanla davamlı, etibarlı sülh müqaviləsinin hazırlanmasıdır. İnanıram ki, yaxın zamanlarda ölkələrimiz arasında belə bir sülh müqaviləsinin imzalanması yeni mərhələnin əsasının qoyulması üçün ciddi vəsilə olacaq. İkinci istiqamət əməkdaşlıq və təhlükəsizlik xəttidir ki, bu xəttin də başlıca hədəfi Azərbaycanın bütün ölkələrlə, o cümlədən bölgəmizdəki ölkələrlə hərtərəfli və etibarlı əməkdaşlığının həyata keçirilməsi və bunun milli maraqlara uyğunlaşdırılması ilə əlaqədardır. Ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasətin başlıca hədəfi əməkdaşlığın etibarlı zəmin üzərində qurulmasını təmin edə biləcək kommunikasiya strategiyasının, digər formada ifadə olunan Zəngəzur dəhlizinin açılması ilə əlaqədardır ki, güman edirəm, bu da mümkün olan yaxın zamanlarda Azərbaycanın əməkdaşlıq strategiyasının daha geniş ərazidə həyata keçirilməsini təmin etmək baxımından reallığa çevriləcək. Üçüncü istiqamət isə təbii olaraq, bütövlükdə bəşəriyyətin üzləşdiyi təhdidlər və çağırışlara, hər bir milli siyasətin, o cümlədən də Azərbaycanın milli siyasətinin, milli immunitetinin hazırlanması ilə əlaqədardır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyun 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri