Icma.az
close
up
RU
Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycanın zəngin musiqi mədəniyyəti, milli alətləri və bəstəkar əsərləri Avropada böyük maraqla qarşılanır. Bu irsin beynəlxalq müstəvidə təbliği, xarici auditoriyaya çatdırılması və Azərbaycan musiqisinin Almaniyada tədris proqramlarına inteqrasiyası fəaliyyətimizin mühüm prioritetlərini təşkil edir.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Almaniyada yaşayan və çalışan bəstəkar Xədicə Zeynalova deyib. O, beynəlxalq fəaliyyəti, yaradıcılıq uğurları və gələcək planları barədə də ətraflı məlumat verib.

Bəstəkarın sözlərinə görə, onun yaratdığı “Bridge of Sound” beynəlxalq orkestrinin repertuarında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun və Xəyyam Mirzəzadənin əsərləri yer alır. Kollektiv Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üvertürasını, “Leyli və Məcnun” operasından parçaları, “Arazbarı” və “Aşıqsayağı” əsərlərini, Qara Qarayevin “Yeddi gözəl” baletindən parçaları və “İldırımlı yollarla” baletini, eləcə də digər Azərbaycan bəstəkarlarının əsərlərini ifa edir. Fikrət Əmirovun bəzi əsərlərini Xədicə Zeynalova kollektiv üçün özü orkestrə uyğunlaşdırıb.

Onun fəaliyyətinin digər istiqaməti Azərbaycan musiqi irsinin Avropanın təhsil müəssisələrində yayılmasıdır. Bəstəkar öz vəsaiti hesabına Almaniyada nəşr olunmuş Qara Qarayevin, Fərəc Qarayevin və Firəngiz Əlizadənin CD albomlarını və partituralarını alaraq bir çox musiqi akademiyası və universitetin kitabxanalarına hədiyyə edib. Bundan əlavə, Azərbaycan xalq rəqsləri və mahnılarını orkestr, solistlər və xor üçün işləyib hazırlayıb.

Xədicə Zeynalova Almaniyada pedaqoji fəaliyyətlə də məşğuldur. Onun sözlərinə görə, 30 illik müəllimlik təcrübəsi ərzində özünəməxsus tədris metodu formalaşıb. Dərslərində tələbələri Azərbaycan bəstəkarlarının əsərləri və ümumilikdə milli musiqimizlə tanış etməyə çalışır: “Lakin ən əsası Azərbaycan musiqisini Almaniyada tədris proqramlarına daxil etməkdir. Müəyyən dərəcədə buna artıq nail olmuşam, amma bu sahədə hələ çox iş görülməlidir”, – deyə o vurğulayıb.

Xədicə Zeynalova 2021-ci ildə Almaniyada təsis etdiyi “Harmony of Sound” festivalı haqqında danışarkən qeyd edib ki, festivalın ilk buraxılışı Azərbaycanın Zəfər gününə həsr olunub və “Vom Land des Feuers” (“Odlar ölkəsindən”) adı ilə keçirilib. Üç gün davam edən proqramda Azərbaycandan dəvət olunmuş tarzən Sahib Paşazadə, kamança ifaçısı Toğrul Əsədullayev və zərb alətləri ifaçısı Kamran Kərimov iştirak ediblər. Bütün qonaqlara, musiqiçilərə və dinləyicilərə Xarıbülbül təsviri olan döş nişanları təqdim edilib.

Bəstəkarın sözlərinə görə, milli musiqi alətlərimizin səslənməsi almaniyalı dinləyicilərdə böyük təəssürat yaradıb. Konsertlərdən sonra dinləyicilər ondan musiqi alətləri və ifaçılar haqqında ətraflı məlumat alır, sonralar isə bir çoxu Azərbaycan musiqi mədəniyyəti ilə tanış olmaq imkanı yaratdığına görə minnətdarlığını bildirirdi.

Öz yaradıcılığından danışan Xədicə Zeynalova milli musiqi ənənələrinin xüsusi rolunu vurğulayıb: “Azərbaycan musiqisi qanımdadır, ruhumun bir parçasıdır. Yeni əsər yazarkən onun melodiyasında mütləq Azərbaycan xalq musiqisinin, muğamlarımızın intonasiyalarını eşitmək mümkündür. Musiqimiz çox zəngin və çoxşaxəlidir: muğam və aşıq musiqisi nəsillərin yaddaşında həkk olunaraq sanki əsrlərin süzgəcindən keçib bizə gəlib çatır”, – deyə o bildirib.

2026-cı il bəstəkarın peşəkar fəaliyyəti üçün ən yaddaqalan illərdən biri olub. Yanvarın 7-də Azərbaycan Respublikasının Prezidenti xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə onu “Tərəqqi” medalı ilə təltif edib.

İl ərzində Xədicə Zeynalovanın əsərləri Almaniya, İsveçrə, Yunanıstan və Yaponiyada ifa olunub. Əsas hadisələrdən biri fevralın 21-də İsveçrənin Vetsikon şəhərində keçirilən beynəlxalq “Klavierfestival” festivalı çərçivəsində “Diabelli” layihəsində “Diabelli valsı” əsərinin dünya premyerası olub. Əsəri tanınmış britaniyalı pianoçu Melvin Tan ifa edib.

Digər əlamətdar hadisələr sırasında onun əsərlərinin Nürnberqdə keçirilən Qadın Bəstəkarların Görüşündə alman musiqiçilər Uta Valter və Sofi Şults tərəfindən ifa olunması, alman violonçel ifaçısı Mixael Hoypelin Yunanıstanın Patra şəhərində çıxışı, eləcə də pianoçu Gülnarə Səfərova-Azumanın Yaponiyanın “Meguro Persimmon Hall” konsert zalında “Tovuz quşunun nəğməsi” (“The Song of the Peafowl”) süitasını ifa etməsi olub.

Bundan başqa, fortepiano üçün 6 nömrəli prelüd “Bayerischer Rundfunk” (BR) və “Universal Edition” nəşriyyatının iştirakı ilə həyata keçirilən “Qadın bəstəkarlar dərslərdə” (“Komponistinnen im Unterricht”) beynəlxalq layihəsi çərçivəsində nəşr olunub. Oktyabrın 4-də isə bəstəkar Leypsiqdə keçirilən “chor.com 2026” beynəlxalq xor forumu çərçivəsində “Mədəniyyətlərarası körpülər quran qadınlar” (“Interkulturelle Brückenbauerinnen”) adlı ustad dərsi keçib.

Hazırda həyata keçirilən layihələrdən danışan bəstəkar ABŞ-də Yuta Universitetinin professoru Ceyran Həsənin hazırladığı CD layihəsini də xüsusi qeyd edib. Xədicə Zeynalovanın solo fleyta üçün bəstələdiyi “Muğamsayağı” əsəri həmin albom üçün yazılıb və diskin əsas (başlıq) əsəri kimi təsdiqlənib.

Gələcək planlarından danışan bəstəkar bildirib ki, onun təsis etdiyi “Bridge of Sound” beynəlxalq orkestri 2027-ci ildə fəaliyyətinin 10 illiyini qeyd edəcək. Kollektiv yubiley münasibətilə bir sıra yaradıcılıq layihələri və tədbirlər hazırlayır.

Müxbir – Lalə Minasazova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri