Icma.az
close
up
RU
Dünyada ən sürətli heyvan hansıdır?

Dünyada ən sürətli heyvan hansıdır?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Bir çox insanı Yer üzündə ən sürətli heyvanın hansısı olduğu maraqlandırır. 

Qaynarinfo "IFLScience” jurnalına istinadən xəbər verir ki, bu suala cavab verərkən heyvanların yaşadığı mühiti nəzərə almaq lazımdır. Buna görə nəşr quru, dəniz və səma kateqoriyalarını ayırıb.

Quruda ən sürətli heyvan

Bəbir dünyada ən sürətli quru məməlisi hesab olunur və 120 km/saatadək sürət yığa bilir. Axıcı və incə bədəni, güclü əzələləri sayəsində bu heyvan ovunu təqib edərkən 0-dan 60 km/saat sürətə cəmi üç saniyəyə çatır. Hesab edilir ki, bəbirlər hər addımda sürətlərini saatda təxminən 10 kilometr artıra bilirlər.

Materialda qeyd olunur ki, bu heyvanların ovları da sürətli qaçış qabiliyyətinə malikdir. Məsələn, springbok antilopu 88 km/saat sürət yığa bilir. Həmçinin həşəratları da unutmaq olmaz, xüsusilə Avstraliya pələng böcəyini. Onun maksimal sürəti cəmi 9 km/saat kimi görünsə də, bu, həmin kiçik həşəratın saniyədə bədən uzunluğunun 125 qatını qət etməsi deməkdir ki, bu da ona milçəkləri saniyələr içində tutmağa imkan verir.

Dənizdə ən sürətli heyvan

Dənizdə ən sürətli heyvan mövzusunda müəyyən mübahisələr var. Bu səbəbdən adətən iki növ qeyd olunur: qara marlin və yelkənbalığı.

"Ümumi razılaşmaya görə, qara marlin saatda 128 kilometr sürət yığaraq yelkənbalığını qabaqlaya bilir, halbuki yelkənbalığının maksimal sürəti 109 kilometrdir”, deyə "IFLScience” izah edir.

Səmada ən sürətli heyvan

Dünyanın ən sürətli quşu şahin-sapsandır. Üfüqi uçuş zamanı 88 km/saat sürətlə hərəkət edən bu quş kifayət qədər sürətlidir. Lakin onun əsl möhtəşəmliyi şığıma zamanı üzə çıxır. Ov zamanı şığıyaraq 320 km/saatdan artıq sürət yığmaq qabiliyyəti rekordlar kitabına layiqdir, nəşr əlavə edir.

Materialda bildirilir ki, bu dəfə "fəxri qeyd” ağboğaz sivişənə verilir. O, üfüqi uçuşda rahatlıqla 170 km/saat sürət yığa bilir. Qızıl qartal isə şahin-sapsandan sonra ikinci yeri tutur və şığıma zamanı 240 km/saat sürətə çata bilir.

Bundan əlavə, dünyada ən sürətli uçan həşəratın Avstraliya iynəcəyi olduğu məlumdur. O, 58 km/saat sürətə çata bilir ki, bu da onu həşəratlar arasında ən sürətli növ edir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Dekabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri