Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Dünyada hüquq adına heç nə qalmayıb

Dünyada hüquq adına heç nə qalmayıb

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya qarşı keçirdiyi xüsusi əməliyyat dünya hərbi tarixində qısamüddətli, itkisiz, ildırım sürətili və uğurlu döyüş əməliyyatı kimi qalacaq.
Bu gün dünyada hüquq adına onsuz da heç nə qalmayıb. Daha əvvəl bənzər hadisələri Çexoslavakiyada, Macarıstanda, Panamada, Əfqanıstanda müşahidə etmişik. İstənilən halda dünyada həmişə bir aksioma daim işləkdir: kim güclüdürsə, o da haqlıdır.
Əvvəlki bənzər hadisələr barədə mətbuatda kifayət qədər məlumatlar mövcuddur. Son döyüş əməliyyatı barədə isə bəzi təhlillərimi isə qeyd etmək istəyirəm.
ABŞ prezidentinin xəbərdarlıqlarına baxmayaraq Venesuelanın nə quru qoşunları, hə hərbi dəniz qüvvələri, nə hərbi hava və hava hücumlarından müdafiə qoşunları, nə digər güc strukturları, nə xüsusi xidmət orqanları, nə də digər təhlükəsizlik orqanları ABŞ hücumlarının qarşısını almaq üçün hazır olmayib. Prezident Maduronun rəqiblərinə qarşı səsləndirdiyi bəyanatlari boş sözlərdən ibarət olduğu da hamıya məlum oldu.
Əməliyyatın və onun nəticələrinin siyasi aspektlərinə dərindən toxunmaq istəmirəm. Amma bir detal diqqəti cəlb edir. Yerli əhali Maduronun həbsinə etiraz etmədi, əksinə İraq, Liviya, Əfqanlstan və Suriyada olduğu kimi uzun illər alqışladığı ölkə rəhbərinin ABŞ tərəfindən cəzalandırılmasına dəstək verdi, Maduronun şəkili olan plakatları dərhal söküb dağıtdı. Səbəb isə budur: Əhali Maduronun fəaliyyətindən bezmişdi.
Əməliyyatın hərbi aspektinə isə mediada yayılan son videomateriallara və açıq mənbələrdə mövcud olan məlumatlara əsaslanaraq bir qədər dərindən baxaq. İlk olaraq ABŞ aviasiyasının Venesuelanın Rusiyadan əldə etdiyi hava hücumundan müdafiə sistemlərini hədəfə alaraq əvvəlcə onları zərərsizləşdirdiyini deyə bilərik. Venesuela HHM qoşunları üçün Rusiyadan S-300VM “Antey-2500” (SA-23 Gladiator/Giant) uzaqmənzilli, “Buk-M2E” orta mənzilli və “Peçora-2M” (S-125 modernləşdirilməsi) daxil olmaqla, cox esalonlu hava hücumundan müdafiə sistemləri əldə etmisdi. Rusiyalı müşavir və məsləhətçilər sistemin Venesuelada inteqrasiyasını və heyətlərin təlimlərini də həyata keçirmişdi.
Əməliyyatların gedişi onu göstərir ki, paytaxt Karakas səmasını 200-250 kilometr məsafədən qorumalı olan Rusiya istehsalı S-300VM “Antey-2500” hava hücumundan müdafiə sistemi döyüşə hazır vəziyyətə gətirilməyib. Böyük ehtimalla bu zenit raket kompleksinin tərkibinə daxil olan radiolokasiya stansiyasının əvvəlcə ABŞ hərbi hava qüvvələrinin REM vasitələri ilə “kor” edilib, az sonra isə kompleks sıradan çıxarılıb. Venesuelanin S-300 komplekslərinin yerləşdiyi “La Karlota” aviaazasına dəqiq idarə olunan sursatlarla zərbə endirilməsi ehtimalı da boyukdur. Rusiyanın “Pantsir S1” zenit raket kompleksləri də öz funksional vəzifələri çərçivəsində ABŞ HHQ-nin “Chinok” və “Apache” helikopterlərinə atəş açmayıb. Mövcud videomateriallardan paytaxt səmasında ABŞ helikopterlərinin cəzasızlıq mühitində və aşağı hündürlükdə döyüş vəzifələrini asanlıqla icra etdiyi görünür. Maduro və onun həyat yoldaşı ölkədən helikopterlə çıxarılıb.
Bütün bunlar Venesuela HHM qoşunlarının çox qısa müddət ərzində və döyüşə hazırlıq vəziyyətinə keçməzdən əvvəl zərərsizləşdirildiyini iddia etməyə əsas verir. Nəticədə 3 saat ərzində ABŞ tərəfindən Venesuelanın təhlükəsizlik sistemi tamamilə iflic vəziyyətinə salınıb, ölkə rəhbəri və onun həyat yoldaşı yataq otağında əsir götürülərək Amerikaya aparılıb. Amma ölkədə kimsə, o cümlədən vitse prezident Maduronun nə vaxt, hansı vasitə ilə, kim tərəfindən və hara aparılması barədə məlumata malik deyil. Dünyada belə bir səviyyədə, belə bir biabırçılıq olmamışdı.
Rusiyanın HHM sistemlərindən başqa Venesuelada T-72 tankları, “Su-30” qırıcıları, Fransanın AMX-30 tankları, ABŞ istehsalı F-16 qırıcıları da var idi. Paytaxta yaxın ərazidə 5 diviziya, 2 əlahiddə briqada, prezident qvardiyasının 1 alayı yerləşirdi. Venesuela ordusunun quru qoşunlarında 270 orta və yüngül tankı, 320 zirehli personal daşıyıcısı və zirehli texnikası, 350 artilleriya sistemi, 4 zenit-raket kompleksi, hərbi hava qüvvələrinin 110 döyüş və təxminən 140 nəqliyyat/dəstək təyyarəsi və 45 helikopteri, hərbi dəniz qüvvələrinin 15 döyüş gəmisi, 55 qayığı və səkkiz dəstək gəmisi, eləcə də üç dəniz aviasiya eskadrilyası niyə prezidenti Maduronu qoruya bilmədi və ya qorumaq istəmədi?
Venesuelada prezidentinin təhdid dövrundə gücləndirilən şəxsi mühafizəsi və geniş tərkibə malik qvardiyası harda idi? Mən “Global Firepower” reytinqinə tam etibar etmirəm, amma istinad edəcəyim başqa mənbə mövcud deyil. Bu mənbəyə görə 2025-ci ildə 120 minlik şəxsi heyətə malik Venesuela ordusu hərbi güc reytinqində 160 ölkə arasında 50-ci yerdə (Latın Amerikası ölkələri arasında yeddinci yerdə) qərarlaşıb. Lakin bu orduda ölkə ərazisinə qanunsuz olaraq müdaxilə edən ABŞ ordusuna atəş açan bir nəfər tapılmadı. Son 80 ilin tək qalib Azərbaycan Ordusu ilə ərazisinə müdaxilə edən düşmənə bir güllə atmayan Venesuela ordusunu eyni səviyyədə qiymətləndirən “Global Firepower” reytinqinə həm də buna görə etibar etmirəm.
Bütün bunlar bir daha göstərir ki, ölkənin təhlükəsizliyini təmin etmək üçün tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Peşəkar kadrların hazırlığı, onların müxtəlif təlimlərdə ən mürəkkəb və gözlənilməz ssenarilər üzrə döyüş məşqlərinin keçirilməsi, qoşun növləri arasında uzlaşdırmanın və qarşılıqlı əlaqənin təşkili, silahlanmada mövcud olan arsenalın döyüşə hazır vəziyyətdə saxlanılması, təhdid dövründə döyüş növbətçiliyinin gücləndirilməsi nə qədər vacibdir.
Bütün baş verənlər göstərir ki, N.Maduronun ölkənin təhlükəsizliyi üçün verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü xarakterli olub. Venesuela ordusu isə bundan sonra əbədi olaraq bu “qara ləkə” ilə mövcudluğunu davam etdirməli olacaq.
Ədalət Verdiyev, hərbi ekspert
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Yanvar 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri