Icma.az
close
up
RU
İqtisadçı: Dünyada quru sərhədləri bağlı olan ölkə qalmayıb

İqtisadçı: Dünyada quru sərhədləri bağlı olan ölkə qalmayıb

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda da bu məsələ birdəfəlik həll olunmalıdır

Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev hökumətə sərhədlərin açılması ilə bağlı müraciət edib. O bildirib ki, sərhədlərin açılması məsələsinə bir daha baxılmalıdır: “Ölkənin daxilində ictimai təhlükəsizlik, dövlət təhlükəsizliyi yüksək səviyyədə qorunur, təmin olunur, müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. Ona görə heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Ona görə də biz sərhədləri açmalıyıq ki, ən azı Gürcüstandan olan azərbaycanlılar, İranda yaşayan azərbaycanlılar öz vətənlərinə gələ bilsinlər”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sherg.az-a açıqlamasında bildirib ki, sərhədlərin yaxın zamanda açılıb-açılmayacağı barədə qəti fikir söyləmək hələlik mümkün deyil:

“Azərbaycan artıq dünyada bu mövzu ilə bağlı müzakirə obyektinə çevrilib. Dünyada quru sərhədləri bağlı olan ölkə qalmayıb. Azərbaycanda da bu məsələ birdəfəlik həll olunmalıdır. Azərbaycan bütün qonşu ölkələrlə -Gürcüstan, İran, Rusiya və Türkiyə ilə quru sərhədlərini açmalıdır. Quru sərhədlərin bağlı qalması təkcə iqtisadiyyata deyil, turizm sektoruna və insanların psixoloji durumuna belə mənfi təsir göstərir. Düşünürəm ki, bu, artıq sonuncu il olmalıdır. Beş ildir quru sərhədlər bağlı saxlanılır. Bu da kifayət qədər psixoloji təsir göstərir və iqtisadiyyata mənfi təsirləri var”.

N.Cəfərlinin sözlərinə görə, sərhədlərin açılması həm iqtisadi fəallığın artmasına, həm də regionda əməkdaşlıq imkanlarının genişlənməsinə gətirib çıxara bilər:

“Ən azından deputatın da qeyd etdiyi kimi qonşu ölkələrdə ailə üzvləri, yaxın qohum-əqrəbası olan vətəndaşlara müəyyən güzəştlər tətbiq edilə bilər. İnsanlar üçün maddi baxımdan çətindir hava nəqliyyatı ilə hərəkət etmək. Başqa bir ölkədən öz ölkəmizə quru yolla qayıtmağa icazə varsa, çıxışa da icazə verilə bilər. Gəlişə icazə var, gedişə yox. Hazırda müasir texnologiyalar, yoxlama aparatları, elektron məlumat bankı kimi sistemlər gömrük və hüquq-mühafizə orqanlarına, sərhəd xidmətinə vətəndaşlar barədə ətraflı məlumat əldə etmək imkanı verir. Vətəndaş niyə, hara gedir, həqiqətən ailə üzvləri varmı qonşu ölkədə və sair bu kimi məlumatlara malik olan dövlət orqanları üçün adi bir vətəndaşın ölkə xaricinə gömrük-keçid postundan keçərək getməsi problem olmamalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri