Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Dünyada ilin ən yaddaqalan hadisələri

Dünyada ilin ən yaddaqalan hadisələri

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü il dünyada qeyri-adi və qəribə hadisələrlə diqqət çəkib.

"Cebheinfo.az" 2024-cü ildə baş vermiş bir neçə qəribə hadisələri təqdim edir:

– Qəribə hadisələrindən biri yanvar ayında ABŞ-nin Massaçusets ştatında yaşayan Fredrik Norianın başına gəlib. 40 il lotereyada eyni nömrələri oynayan Norian nəhayət bəxti gətirib və 1,74 milyon dollarlıq böyük cekpotu qazanıb.

Uduşları ilə diqqət çəkən Norian lotereya rəsmilərinə verdiyi açıqlamada indi yeni nömrələr müəyyən edəcəyini bildirib.

– Martın ilk günlərində Avstraliyada qəribə quldurluq hadisəsi mətbuatda yer alıb. Ölkənin Melburn şəhərində 44 yaşlı kişi soymağa gəldiyi çörək sexinin qarşısında müxtəlif yoqa hərəkətləri edərkən təhlükəsizlik kameralarına düşüb. Bildirilib ki, “çevik oğru” çörək sexindən bir neçə şirniyyat və planşet oğurlayıb.

– Aprel ayında sosial mediada yayılan videoda Braziliyada bir qadın əmisi olduğunu iddia etdiyi, əslində isə “ölmüş” şəxsi banka gətirərək təxminən 3 min dollar kredit götürməyə çalışıb.

Bank işçiləri əlil arabasında əyləşərək arşısındakı kağıza imza atmağa çalışan kişinin “cavabsız” olduğunu görüblər. Onun vəziyyətindən şübhələnən işçilər daha sonra təcili yardım çağırıb.

Təcili tibbi yardım işçiləri kişinin bir neçə saatdır öldüyünü müəyyən etməzdən əvvəl qadın nəzarətə götürülüb. Polis məmurlarından Fabio Luiz Souza "22 illik karyeramda belə bir hadisə ilə heç vaxt qarşılaşmamışam" - deyib.

– Hindistanın Bihar əyalətində dəmiryol işçisi olan Santoş Lohar iyul ayında Navada şəhərində tikintidə yatarkən onu zəhərli ilan sancıb. Bu vəziyyətdən hiddətlənən 35 yaşlı Lohar dəmir çubuqla tutduğu ilanı iki dəfə dişləyərək öldürüb. Hadisədən sonra dəmiryol işçiləri Loharı müalicə üçün yaxınlıqdakı xəstəxanaya aparıblar.

– Hava limanlarında emosional və uzun müddətli vidalaşmalar adi hal olsa da, Yeni Zelandiyada oktyabr ayında hava limanının eniş zonasında sərnişinlərin qucaqlaşması üç dəqiqə ilə məhdudlaşdırılıb.

Terminalın kənarında asılan lövhələrdə “maksimum qucaqlaşma müddəti üç dəqiqədir” xəbərdarlığı edilsə də, yaxınlarını daha uzun müddət qucaqlamaq istəyənlərə hava limanının dayanacağına getmələri tövsiyə olunur. Bu qadağa hava limanında sərnişinlərin buraxılması sahəsində tıxacın qarşısını almaq məqsədi daşıyır.

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:764
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri