Dünyada ilin ən yaxşı kişi parataekvondoçusu seçilən İmaməddin Xəlilov: Qala gecəsində adım çəkiləndə çox fərqli hisslər keçirdim
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Soyuq havada məni qarşılamağa gələn hər kəsə təşəkkür edirəm".
Bunu Apasport.az-a açıqlamasında 2024 Paris Yay Paralimpiya Oyunlarının taekvondo üzrə qızıl mükafatçısı İmaməddin Xəlilov deyib.
Dünya Taekvondo Federasiyası tərəfindən ilin ən yaxşı kişi parataekvondoçusu seçilən İmaməddin özü ilə qürur duyduğunu bildirib: "Son Avropa, Dünya və Paralimpiya çempionu idim. Hazırda reytinqdə də liderəm. Öz çəkimdə ən yaxşı olduğumu bilirdim. Çox şükür 2024-cü ildə bu nəticələrlə bütün çəkilər üzrə dünyanın ən güclü kişi idmançısı seçildim. Özümlə qürur duyuram. Hər uğurlu idmançının arxasında öz müəllimi durur. Mən də ilk növbədə Fərid müəllimə təşəkkür edirəm. Həmçinin bizə bu cür şərait yaratdıqlarına görə, prezidentimiz İlham Əliyevə minnətdaram".
Xəlilov mükafatı aldığı zaman keçirdiyi hissləri də bölüşüb: "Orda adım çəkilənda çox başqa abu-hava oldu. Həmişə yarışa gedəndə özümlə taekvondo üçün xüsusi paltarlarımı da götürürdüm. Bu dəfə yalnız kostyum götürməyim özümü qəribə hiss etdirdi. Qala gecəsində adım çəkiləndə çox fərqli hisslər keçirdim. Bəzi hisslər var ki, onları ifadə etmək olmur. Bu da həmin anlardan biri idi".
Qeyd edək ki, idmançımız Honkonqda keçirilən qala gecəsindən bu gün Azərbaycana dönüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 06 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















