Dünyada milyarderlərin sayı rekord həddə çatdı 3795 nəfər
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünya üzrə dollar milyarderlərinin sayı rekord həddə – 3795 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Altrata” analitik şirkətinin hesabatında öz əksini yayıb.
Məlumata görə, 2025-ci ildə dollar milyarderlərinin sayı 8,2% artıb ki, bu da son beş ildə ən yüksək artım olub.
Hesabatda həmçinin, bunun dünyada rifahın artmasına töhfə verən süni intellekt bumu ilə bağlı olduğu bildirilib.
Milyarderlərin ümumi sərvəti də 12,8% artımla rekord həddə - 15,1 trilyon dollara çatıb.
Dünyada xalis sərvəti 50 milyard dolları keçən 29 ultra-varlı şəxs var və onların ümumi sərvəti təxminən 4,1 trilyon dollardır. Bu, milyarderlərin ümumi xalis sərvətinin 27%-ni təşkil edir.
Müqayisə üçün deyək ki, 2017-ci ildə cəmi 10 belə şəxs var idi ki, bu da ümumi sərvətin yalnız 7,2%-ni təşkil edirdi.
Regionlara görə, Şimali Amerikada milyarderlərin sayı 11,6% artaraq, 1337 nəfərə çatıb ki, bu da bütün regionlar arasında ən sürətli artım tempidir.
Avropada milyarderlərin sayı 7,9% artaraq 1081 nəfərə, Asiyada isə 6,5% artaraq 881 nəfərə çatıb.
Bu mövzuda digər xəbərlər:Dünyada milyarderlərin sayı rekord səviyyəyə çatdı
06 Mart 2026 08:18
Dünyada silahlı münaqişələrin sayı rekord həddə çatdı
09 Sentyabr 2026 12:14
Rusiyada milyarderlərin sayı rekord həddə çatdı
01 Aprel 2025 17:17
Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı
08 Avqust 2026 01:37
Dünyada ət qiymətləri rekord həddə çatdı Səbəb nədir?
05 Sentyabr 2025 18:46
Baxış sayı:167
Bu xəbər 04 Sentyabr 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















