Icma.az
close
up
RU
Dünyada silah satışından ən çox gəlir əldə edən şirkətlər: “Baykar” da var Siyahı

Dünyada silah satışından ən çox gəlir əldə edən şirkətlər: “Baykar” da var Siyahı

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


2023-cü ildə silah istehsalı və əlaqəli xidmətlərlə məşğul olan dünyanın 100 ən böyük şirkətinin gəlirləri 2022-ci ilə nisbətən 4,2% artaraq 632 milyard dollar olub. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) qlobal silah ticarəti ilə bağlı son hesabatında məlumat verib.
Məlumata görə, silah satışından əldə edilən gəlirlərin artımı bütün regionlarda artıb. Ən böyük artım isə Rusiya (+40%) və Yaxın Şərqdə (+18%) müşahidə olunub.
Hesabatda deyilir ki, 100 ən yaxşı şirkət artan tələbata cavab olaraq 2023-cü ildə istehsalını artırıb və gəlirlər 2022-ci ildə azaldıqdan sonra yenidən artıb. Şirkətlərin təxminən dörddə üçü illik gəlirlərini artırıb. Maraqlıdır ki, onların əksəriyyəti ilk 100-lük reytinqində sonda olan şirkətlər olub.
Rusiya şirkətləri, o cümlədən “Rostex” və Birləşmiş Gəmiqayırma Korporasiyası Ukraynadakı münaqişə fonunda hava hücumundan müdafiə sistemləri, raketlər, PUA-lar və digər hərbi texnikanın istehsalını artırıb. Bu korporasiyaların ümumi gəlirləri 25,5 milyard dollar təşkil edib.
ABŞ və Kanadanı təmsil edən Şimali Amerika şirkətlərinin gəlirləri 2,4% artaraq, 318 milyard dollara çatıb. Bunlardan 41 ABŞ şirkəti ümumilikdə 317 milyard dollar (+2,5%) qazanıb ki, bu da qlobal silah satışından əldə olunan gəlirin 50%-ni təşkil edir.
Bununla belə, ilk iki şirkət olan “Lockheed Martin” və RTX-in gəlirləri müvafiq olaraq 1,6% və 1,3% azalıb. Çünki təchizat zənciri problemləri (xüsusilə də, aviasiya və raketdən müdafiə sahəsində) istehsal gücünü artırmaqda çətinliklərə səbəb olub.
Avropada 27 şirkət öz gəlirlərini 0,2% artıraraq 133 milyard dollara (qlobal həcmin 21%-i) çatdırıb. Onların arasında Böyük Britaniyadan ümumi gəliri 47,7 milyard dollar olan yeddi şirkət var. “BAE Systems” şirkəti isə qitənin ən böyük müdafiə korporasiyası olaraq qalır. Ən böyük artım nüvə başlıqları istehsal edən “Atomic Weapons Estabment”də (+16%) müşahidə olunub. Dörd Alman şirkəti – “Rheinmetall”, “ThyssenKrupp”, “Hensoldt” və “Diehl” - keçən illə müqayisədə gəlirlərini 7,5% artıraraq, 10,7 milyard dollar qazanıblar.
Siyahıda yer alan Ukraynanın yeganə “JSC Ukrainian Defense Industry” (keçmiş “Ukroboronprom”) şirkəti 69% gəlir artımı göstərərək, 2,2 milyard dollar qazanıb.
Çin 103 milyard dollarlıq ümumi gəlirlə ABŞ-dən sonra ikinci yerdə qərarlaşıb. Ölkədə iqtisadi tənəzzül fonunda doqquz korporasiyadan beşinin gəlirlərində azalma müşahidə olunub. Hindistan, Yaponiya və Cənubi Koreya şirkətlərində də artım qeydə alınıb.
Eyni zamanda, beş fransız şirkətinin ümumi gəliri “Dassault Aviation Group” aerokosmik şirkətinin dövriyyəsinin azalması ilə əlaqədar 8,5% azalaraq, 25,5 milyard dollara düşüb.
“Rafale” döyüş təyyarələrinin satışı 60% azaldığı üçün gəlirində 41% azalma baş verib. 2023-cü ildə 21 milyard dollar qazanan üç trans-Avropa şirkətinin - MBDA, “Airbus” və KNDS-in də gəliri əvvəlki ilə nisbətən 1,5% azalıb. İki italyan şirkəti “Leonardo” və “Fincantieri”nin də gəlirləri 10% azalıb və bu iki şirkət birlikdə 12,4 milyard dollar qazanıb.
Həmçinin, üç türk şirkəti gəlirlərini 24% artıraraq, 6 milyard dollara çatdırıb. Beləliklə, “Baykar” PUA şirkətinin məhsullarının satışı 2023-cü ildə hərbi satış gəlirlərinin təxminən 90%-ni təşkil edib ki, bu da şirkətin gəlirlərinin 25% artaraq 1,9 milyard dollara çatmasına səbəb olub.
Ekspertlər bu artımın 2024-cü ildə də davam edəcəyini istisna etməyiblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:305
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Dekabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri