Icma.az
close
up
RU
Dünyanı sarsıdan hava fəlakətləri son 10 ilin ən ölümcül təyyarə qəzaları

Dünyanı sarsıdan hava fəlakətləri son 10 ilin ən ölümcül təyyarə qəzaları

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son illərdə dünyanın müxtəlif bölgələrində baş vermiş ölümcül təyyarə qəzaları aviasiya təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Globalinfo.az xəbər verir ki, “Reuters” son illərdə baş verən dəhşətli təyyarə qəzalarının siyahısını təqdim edib.

2014-cü il iyulun 17-də “Malaysian Airlines”a məxsus MH17 reysi Amsterdamdan Kuala Lumpur istiqamətində uçarkən Ukraynanın şərqində döyüşlərin getdiyi ərazidə vurulub. 298 nəfər həyatını itirib. Eyni ildə MH370 reysi Kuala Lumpurdan Pekinə uçarkən gözlənilmədən itkin düşüb. 239 nəfərdən və təyyarədən hələ də heç bir iz yoxdur.

2018-ci il oktyabrın 29-da “Lion Air”ə məxsus “Boeing 737 MAX” təyyarəsi Cakarta şəhərindən havaya qalxdıqdan sonra Yava dənizinə düşüb. 189 nəfər həlak olub.

2019-cu il martın 19-da “Ethiopian Airlines”a məxsus “Boeing 737 MAX 8” tipli təyyarə Əddis Əbəbədən havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. 157 nəfər həyatını itirib. Bu qəza və ondan əvvəlki “Lion Air” qəzası səbəbindən “Boeing 737 MAX” seriyası dünya üzrə uçuşlardan çıxarılıb.

2020-ci il yanvarın 8-də İran İslam İnqilabı Keşikçiləri Ukraynaya məxsus beynəlxalq reysi səhvən vurub. “Ukraine International Airlines”ə məxsus “Boeing 737-800” təyyarəsi Tehrandan havaya qalxdıqdan dərhal sonra vurulub. Nəticədə 176 nəfər həlak olub. İran rəsmiləri hadisəni radar uyğunsuzluğu və hava hücum müdafiəsi operatorunun səhvi ilə izah edib.

Həmçinin oxuyun:

Hindistanın ən dəhşətli təyyarə qəzaları – XRONOLOGİYA

2022-ci il martın 21-də “China Eastern Airlines”ə məxsus “Boeing 737-800” tipli təyyarə Çinin cənub-qərbində yerləşən Quanhi regionunda dağlıq əraziyə çırpılıb. Qəza nəticəsində 132 nəfər ölüb. Bu, Çinin son 28 ildəki ən dəhşətli hava qəzası olub.

2024-cü il yanvarın 2-də “Japan Airlines”a məxsus sərnişin təyyarəsi Tokionun Haneda hava limanında kiçik Sahil Mühafizə təyyarəsi ilə toqquşub. JAL təyyarəsindəki 379 nəfər sağ-salamat təxliyə olunsa da, kiçik təyyarədəki 6 ekipaj üzvündən 5-i həlak olub.

2025-ci il yanvarın 29-da “American Airlines”a məxsus regional sərnişin təyyarəsi ABŞ Ordusunun “Black Hawk” helikopteri ilə toqquşaraq Ronald Reyqan adına Vaşinqton Milli Hava Limanı yaxınlığında Potomak çayına çırpılıb. Qəzada 60-dan çox insan həyatını itirib.

2024 -cü il dekabrın 29-da “Jeju Air”ə məxsus 7C2216 saylı beynəlxalq reys Muan Beynəlxalq Hava Limanında qəzaya uğrayıb. Hadisə nəticəsində 175 sərnişin və 4 ekipaj üzvü olmaqla, ümumilikdə 179 nəfər həlak olub. Bu, Cənubi Koreya tarixində ən dəhşətli hava qəzası kimi qeydə alınıb.

2024-cü ilin dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus J2-8243 saylı beynəlxalq reys Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayıb. 38 nəfər həyatını itirib. Azərbaycan təyyarənin Rusiyadan təsadüfən açılmış atəş nəticəsində zədələndiyini bildirib. Moskva bu məlumatı təsdiqləməyib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 İyun 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri