Icma.az
close
up
RU
Dünyanı sarsıdan təyyarə qəzası: SSRİ sərnişin təyyarəsini niyə vurub? ŞOK DETALLAR

Dünyanı sarsıdan təyyarə qəzası: SSRİ sərnişin təyyarəsini niyə vurub? ŞOK DETALLAR

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Aviasiya tarixində ən böyük faciələrdən biri hesab edilən təyyarə qəzaları yüzlərlə insan həyatını itirməsi ilə nəticələnir, ailələrə və cəmiyyətlərə böyük təsir göstərir.

Baş vermə səbəbləri müxtəlif olan təyyarə qəzalarından biri də sentyabr 1983-cü ilin 1-də 1983-cü ildə baş verib.

Dünyanı az qala nüvə müharibəsinə aparan bu qəzada bütün sərnişinlər və ekipaj üzvləri ölmüşdü.

Gununsesi.info həmin gündə baş verənləri yenidən xatırladır.

Öncə qeyd edək ki, SSR-nin qırıcısı tərəfindən Saxalin səmasında vurulan “Boeing 747-230B” təyyarəsi Koreya Hava Yollarına məxsus olub.

“Koreya Air Lines” aviaşirkətinə məxsus “Boeing 747-230B” təyyarəsi plan üzrə Nyu-York-Ankoric-Seul marşrutu üzrə qitələrarası reys (KE 007) həyata keçirərkən Seula çatana qədər Sakit okeanın neytral suları üzərindən uçmalı idi.

Lakin pilotun səhvi ucbatından təyyarə öz kursundan çıxaraq, Kamçatka və Saxalin üzərində SSR-nin qapalı hava məkanına daxil olub.

O zaman Qərblə Şərq arasında “soyuq müharibə” gedirdi. Üstəlik, 1979-cu ildə Sovet İttifaqı Əfqanıstana öz qoşunlarını göndərmişdi ki, bu da iki supergüc arasında münasibətlərdəkı gərginliyi daha da artırmışdı.

1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Ankoric hava limanından Seula istiqamət alan təyyarə havaya qalxandan dərhal sonra öz kursundan yayınmağa başlayıb.

“Boeing” kursundan yayındıqdan sonra Kamçatka bölgəsindəki sovet hərbi bazaları üzərindən uçub.

SSRİ hava hücumundan müdafiə qüvvələri onu tutmağa vaxt edə bilməsə də, SSRİ Hərbi Hava Qüvvələrinin zabiti, pilot Gennadi Osipoviç təyyarəni axtarmaq üçün havaya qalxıb.

Əvvəlcə onlar xüsusi siqnallardan istifadə edərək Koreyanın “Boeing” şirkəti ilə əlaqə yaratmağa çalışıblar, Osipoviç isə təyyarəyə doğru xəbərdarlıq atəşi açıb, lakin cavab olmayıb. Bunu Osipoviçlə yerdəki sovet komandanlığı arasındakı söhbətin audio dinləməsi sübut edir. Söhbət Yaponiya və Amerika dispetçerləri tərəfindən qeydə alınıb.

Bildirilir ki, təyyarə naviqasiya işıqları olmadan uçub, sorğulara cavab verməyib və radio idarəetmə xidməti ilə əlaqə saxlamayıb.

Pilot həmçinin bildirib ki, o, təyyarənin yan işıqlarını görüb. Bu da təyyarənin sərnişin təyyarəsi olduğundan xəbər verir.

KAL-007-nin Sovet hava məkanını tərk etməsinə bir neçə dəqiqə qalmış Osipoviç hədəfi məhv etmək əmri alır və təyyarəyə iki raket atılır.

Raketin biri keçsə də, digəri təyyarənin quyruq hissəsini partladır və idarəetmə vasitələri tamamilə sıradan çıxır.

Hücumdan 12 dəqiqə sonra təyyarə Saxalindən 37 km cənub-qərbdə “La Perouse” boğazına, suya düşüb və göyərtədə olan 269 nəfərin hamısı həlak olub. Bildirilib ki, onların arasında amerikalı siyasətçi Larri Makdonald da olub.

Təsssüf ki, qəzaya uğramış Koreya təyyarəsinin pilotları yoldan çıxdıqlarını tam olaraq bilməyiblər. Raket laynerə dəyəndə belə, düzgün marşrutla uçduqlarına inanaraq davam ediblər.

Faciə haqqında məlumat isə yalnız sentyabrın 2-də sovet mətbuatında çıxıb.

Fəlakətdən sonra ABŞ və Koreyada  antisovet etirazları başlayıb. İnsanlar etiraz yürüşləri keçirərək, SSRİ bayraqlarını yandırıblar.

1983-cü ilin sentyabrın 5-də televiziyada çıxışı zamanı ABŞ-nin eks prezidenti Ronald Reyqan baş verən fəlakətə görə SSRİ-ni günahlandırıb. Hadisəni “heç vaxt unudulmamalı olan insanlığa qarşı cinayət” və “barbarlıq və qeyri-insani qəddarlıq” olaraq adlandırıb.

O, çıxışlarında Osipoviçlə Sovet komandanlığı arasında olan danışıqlara da toxunub.

Həmin səs yazılarında Osipoviç raketi atdığını bildirib: “Hədəf məhv edildi, hücumu bitirirəm”.

Onu da qeyd edək ki, Osipoviç 2015-ci ildə vəfat edib. 2003-cü ildə isə o, “Komsomolskaya Pravda”ya müsahibəsində deyib ki, mülki təyyarə ABŞ tərəfindən vurulub.

Qəzadan bir həftə sonra, sentyabrın 9-da isə SSRİ Müdafiə və Xarici İşlər nazirlikləri yerli və xarici jurnalistlər üçün mətbuat konfransı təşkil edib.

Konfransda Baş Qərargah rəisi Nikolay Ogarkov uçuş sxemində və faciə bölgəsinin xəritəsində Koreya “Boeing” inin əslində mülki təyyarə deyil, kəşfiyyatçı olduğunu sübut etməyə çalışıb.

Əldə olunan məlumatlara əsasən, təyyarənin məhv edilməsi əmrini Ukrayna vətəndaşları olan, 40-cı Qırıcı Aviasiya Diviziyasının komandiri Anatoli Kornukov və Uzaq Şərq Hərbi Dairəsinin komandiri İvan Tretyak verib.

“Boinq”in məhv edilməsi əmrini verən A. Kornukov. 1998-2002-ci illərdə Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı vəzifəsində çalışıb.

O zaman verdiyi qərardan, dəfələrlə danışan Kornukov Koreya təyyarəsinin uçuşunu amerikalıların təxribatı hesab edərək beynəlxalq və sovet hüquq normalarına arxalandığını həmişə vurğulayırdı. O 2014-cü ildə dünyasını dəyişib.

Koreyaya məxsus təyyarənin komandiri isə əvvəllər Cənubi Koreya Hərbi Hava Qüvvələrində xidmət etmiş təcrübəli pilot, 45 yaşlı Çunq Benin olub. O, 11 il mülki aviasiyada işləyib (1972-ci ildən – “Apostrof”), 10627 saat uçuş edib, bunun 6619-u “Boeing-747”-də olub.

Sovet hakimiyyəti öncə mülki təyyarənin məhv edilməsi faktını tanımasa da, lakin sonra SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Oqarkov mətbuat konfransı keçirərək təyyarənin guya “casus missiyası”nı yerinə yetirdiyini bildirib.

Təyyarənin “qara qutuları”nın taleyi isə uzun müddət naməlum qalıb. Yalnız 1992-ci ildə SSRİ-nin dağılmasından sonra o vaxtkı prezident Boris Yeltsinin qərarı ilə Rusiya araşdırmalara icazə verib. Daha sonra isə Beynəlxalq Mülki Aviasiya Təşkilatının mütəxəssisləri pilotların söhbətinin yazılarını tədqiq ediblər.

Bu fəlakət SSRİ, ABŞ və Yaponiyanın Şimali Sakit okean üzərində hava nəqliyyatının hərəkətini izləmək üçün vahid bir sistem yaratmasına səbəb oldu. Bundan sonra hər üç ölkənin dispetçer xidmətləri arasında birbaşa əlaqələr quruldu.

Hazırladı: Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Yanvar 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri