Icma.az
close
up
RU
Dünyanı taxıl ilə təmin edən ölkədə insanlar çörək tapmırlar

Dünyanı taxıl ilə təmin edən ölkədə insanlar çörək tapmırlar

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna dünyanın ən böyük taxıl istehsalçılarından biri olmasına baxmayaraq, cəbhə bölgələrində yaşayan 700.000 sakin BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP)humanitar karvanları olmadan ərzaq əldə edə bilmir.

"AzPolitika" xəbər verir ki, bu barədə "Politico" ÜƏP-in müvəqqəti direktoru Karl Skauya istinadən məlumat yayıb. Onun sözlərinə görə, ukraynalı fermerlər bu il təxminən 60 milyon ton taxıl yığıblar ki, bu da dünyada yüz milyonlarla insanı doyurmaq üçün kifayət edir. Lakin cəbhə xəttinə yaxın ərazilərdə yaşayan insanlar çörək və digər qida növləri əldə etməkdə çətinlik çəkirlər. Onların çox vaxt qida əldə etməyə və ya mağazalara təhlükəsiz çıxışı olmur.

Humanitar karvanlar Rusiyanın dron hücumlarının daimi təhlükəsi altında fəaliyyət göstərməyə məcburdurlar. Nəqliyyat vasitələri yolların və binaların dron əleyhinə torlarla örtüldüyü və ərzaq təhvilinin cəmi bir neçə dəqiqə çəkdiyi yaşayış məntəqələrindən keçir.

Skaun Xarkov vilayətindən Odessaya qədər cəbhə zonalarını gəzdikdən sonra deyib ki, Rusiya dronları hazırda cəbhə xəttindən 50 km-ə qədər məsafədəki hədəfləri də vurur. Halbuki bu yaxınlara qədər onların əhatə dairəsi cəmi 10-15 km idi. Zərbə zonasının genişlənməsi səbəbindən əhalinin kütləvi təxliyəsi davam edir.

İyun ayı indiyə qədər ən ölümcül ay olub

BMT-nin məlumatına görə, iyun ayı 2022-ci ilin aprel ayından bəri Ukrayna mülki əhalisi üçün ən ölümcül ay olub. Belə ki, ən azı 293 nəfər ölüb, daha 1990 nəfər yaralanıb. FPV dron hücumları və digər qısa mənzilli pilotsuz uçuş aparatları (PUA) nəticəsində itkilərin sayı xüsusilə kəskin şəkildə artır.

Skau Slavyansk yaxınlığındakı tranzit mərkəzinə baş çəkərkən xilasedicilərin bir gün əvvəl vurulmuş evin dağıntıları altından xilas etdiyi 90 yaşlı bir qadın və onun qızı ilə də görüşüb. O bildirib ki, bir çox sakin illərdir evlərini tərk etməkdən imtina edir. Lakin vəziyyət indi o qədər təhlükəli hala gəlib ki, hətta onlar da təxliyə olunmağa məcbur qalıblar.(Publika.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 İyul 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri