Icma.az
close
up
RU

Dünyanın 4 beynəlxalq investisiya bankında işləyən Yusif Əfəndizadə: “Şirkət öz professional işçilərini yetişdirmək üçün gənclərə şans verməlidir”

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Vaxtaşırı gənclərin işsizlikdən və yaxud da şirkət, banklar tərəfindən təcrübəçi kimi  işə götürüldükdən üç ay sonra  işdən çıxarıldığı ilə bağlı şikayətlər eşidirik.

“State Street Bank”, “Citibank”, “Goldman Sachs” və “JP Morgan” kimi nəhəng banklarda  işləyən Yusif Əfəndizadə bu barədə Moderator.az-a açıqlama verərkən  qeyd edir ki, şirkət öz professional işçilərini yetişdirmək üçün gənclərə  şans verməlidir. Bu şans da haradan başlayır? Əlbəttə ki, təcrübə proqramlarından başlayır:

“Avropada təcrübəsi olanlarla yanaşı, təcrübəsi olmayanlara da işləmək üçün hər cür şərait yaradılır. Təəssüf ki, Azərbaycanda əmək bazarında  təcrübə proqramına   bir o qədər də önəm verilmir. Ümumilikdə, Azərbaycanla Avropanı və  yaxud da Amerikanı müqayisə edəndə belə bir nəticəyə gəlmək olur ki, Azərbaycanda təcrübəçiyə ehtiyac yoxdur.Təcrübəçi şirkətlər üçün xərc sayılır. Avropada isə hər zaman təcrübəçiyə ehtiyac var və o gələcəyin işçisidir. Şirkətin əsas hədəfi həmin işçini öz şirkətində saxlamaq, yetişdirməkdir. Bu gün Azərbaycanda  böyük şirkətlərin əksəriyyətində təcrübə proqramlarına yer verilməməsinin səbəbi sırf maddi imkanlarla bağlıdır. Şirkət rəhbərləri hesab edirlər ki, təcrübə proqramları əlavə xərcdir və onsuz da istədiyimiz kadrı tapa bilirik. Çünki Azərbaycanda   əmək bazarı dardır, kifayət qədər  iş imkanları yoxdu və rəqabətli mühit çox olduğuna görə şirkət istədiyi işçini tezliklə tapa bilir. Amma xarici ölkələrdə əmək bazarı  geniş olduğundan  şirkətlər və işəgötürənlər  iş təklif etsələr də, bazarda professional işçi tapa bilmirlər. Ona görə də belə şirkətlər gələcək əmək bazarını formalaşdırmaq üçün təcrübə proqramına önəm verirlər”.

Y.Əfəndizadənin sözlərinə görə, Azərbaycanda  əmək qanunvericiliyində boşluqlar olduğu üçün işçi ilə müdriyyət arasındakı münasibətlər müdriyyətin istədiyi şəkildə baş verə bilir:

 “Avropada  isə qanunvericiliyin tələbləri əsasında müdriyyət öz davranışlarını tənzimləyir. Məsələn, Azərbaycanda istənilən şirkət istənilən bir işçini qısa müddət ərzində işdən rahatlıqla çıxara bilər. Amma Avropada mümkünatı yoxdu ki, şirkət  rəhbəri işçini rahat şəkildə işdən çıxara bilsin. İşçi o vaxt işdən çıxarıla bilər ki, fəaliyyətində, hərəkətlərində ciddi şəkildə boşluqlar, narazılıqlar var və bu da səbəb yaradır ki, işdən çıxarılsın.  Əgər işçi rəhbərlik tərəfindən səbəbsiz yerə işdən çıxarılarsa,  onun qarşılığında  şirkət kompensasiya ödəməli olur. Ona görə də şirkətlər bunlardan həmişə ehtiyat edir. Avropada dövlət qanunvericiliyi  icazə vermir ki, şirkətlər işçini rahat şəkildə işdən çıxarsın”.

Yusif Əfəndizadə qeyd edir ki, işlədiyi “Citybank”, “Goldman Sachs” kimi böyük şirkətlərdə vaxtaşırı təcrübə proqramları elan olunur:

 “ “Goldman Sachs” da  işlədiyim müddətdə 70 nəfər təcrübəçi işə götürülürdü. Şirkət təcrübəçiləri işə götürür, yetişdirir və onlarda da  həvəs, maraq yaranır ki, şirkətdə qalsın, işləsin. Şirkətlərin böyük əksəriyyəti həmin təcrübəçilərin orada qalıb davam etməsini arzulayırlar. Ona görə də , Avropadakı şirkətlər təcrübəçiyə motivasiya olsun deyə əmək haqqı verməkdə maraqlıdırlar”. 

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri