Icma.az
close
up
RU
Dünyanın böyük yolları “Odlar yurdu”ndan keçir

Dünyanın böyük yolları “Odlar yurdu”ndan keçir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avtomobil yolları və dəmir yolu xətlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması, paytaxtda və regionlarda beynəlxalq aeroportların, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynayıb, ölkəmizin tranzit potensialını daha da gücləndirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Cənub – Qərb Nəqliyyat Dəhlizi (Fars körfəzi/Hindistan–İran–Azərbaycan–Gürcüstan–Ukrayna–Avropa (və ya Türkiyə–Avropa) marşrutu ilə daşınan yüklərin həcmi 394,2 min ton (2023-cü illə müqayisədə 141,3 min ton və ya 55,9 faiz çox) təşkil edib. 2023-cü ildə isə bu nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 252,9 min tona çatıb.

Hesabat ilində Şimal – Qərb Nəqliyyat dəhlizi (bu marşrutun yaradılması Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi ilə gerçəkləşib) ilə yükdaşıma 5 milyon 984,9 min ton (əvvəlki illə müqayisədə 86,3 min ton və ya 1,5faiz çox) olub. Xatırladaq ki, 2023-cü ildə Şimal-Qərb marşrutu ilə daşınmış yüklərin həcmi 5 milyon 898,6 min tona yüksəlib.

Ötən il Şimal-Cənub Nəqliyyat Dəhlizi (Əsasən Hindistan və Fars körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasını təmin edir) ilə daşınmış yüklərin həcmi isə 9 milyon 896,5 min ton (əvvəlki illə müqayisədə 625,4 min ton və ya 6,7 faiz çox) olub.

Beləliklə, 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi 33 milyon 258 min ton olub. Yüklərin 15 milyon 277,6 min tonu və ya 46 faizi dəmir yolu, 10 milyon 90 min tonu və ya 30,3 faizi avtomobil, 7 milyon 890,4 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınıb. Dəhlizlər vasitəsilə daşınan yüklərin 56,6 faizini və ya 18 milyon 840 min tonunu tranzit yüklər təşkil edib.

Bütün bu müsbət göstəricilərin əldə edilməsində respublikamızın fəaliyyəti də xüsusi diqqət çəkib. Belə ki, tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də ötən dövrdə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı şərait yaradıb, yüklərin daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasını şərtləndirib.

Ölkəmizin tranzit potensialının güclənməsi və Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində son illər müəyyən addımlar atılıb, genişmiqyaslı layihələr gerçəkləşdirilib. Bunun nəticəsində iqtisadiyyatda nəqliyyat sahəsinin rolu yüksək dərəcədə artaraq sektorun ÜDM-dəki payı 6,5 faizə yüksəlib.

Dəmiryolu sistemində həyata keçirilən layihələrin icrası da diqqət mərkəzində saxlanılıb. Ələt–Astara dəmiryolu xəttinin 2027-ci ilədək tamamlanacağı planlaşdırılıb, Orta Dəhlizin müəyyən hissəsinin dəyişən cərəyanla fəaliyyət göstərdiyi gerçəkləşdirilib, yaxın vaxtlarda isə dəhlizin Hacıqabul – Ucar hissəsinin dəyişən cərəyana keçəcəyi nəzərdə tutulub. Horadiz – Ağbənd dəmiryolu layihəsi üzrə indiyədək 80 kilometrə yaxın yol çəkilib, Ağdam – Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanılıb.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ölkəmizin tranzit potensialının güclənməsinə mühüm töhfə vermək qarşıda mühüm vəzifə kimi durur. QSC-nin hava gəmisi parkının orta yaşının 14 il olduğu, belə vəziyyətin müştəri məmnuniyyətinin azalmasına, təyyarələrin istismar xərclərinin artmasına gətirib çıxardığı nəzərə alınsa, nəticədə bu yöndə ciddi addımlar atıldığı zəruridir. “Airbus” və “Boeing” şirkətləri ilə 2023-cü ildə 20-dən çox təyyarənin alışı ilə bağlı müqavilələrin imzalanması, yeni təyyarələrin isə 2032-ci ilədək AZAL-ın gəmi parkına daxil edilməsinin planlaşdırıldığı da bunun bariz ifadəsidir.

Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla yanaşı, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ərzində nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur qurulub, özəl investisiyalar çoxalıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub. Yazının əvvəlində vurğulandığı kimi, nəqliyyat sektorunun ÜDM-dəki payının 6,5 faizə çatması kimi müsbət göstərici əldə edilib.

Xatırladılan bu göstəriciləri isə bir sıra amillər şərtləndirib. Xüsusilə respublikamızın tranzit potensialının reallaşdırılması üçün icra olunan layihələr bu məsələdə son dərəcə əhəmiyyətli rol oynayıb. Belə ki, ölkəmizin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı gerçəkləşdirilən layihələr, habelə qlobal miqyaslı təşəbbüslər Azərbaycanı sosial-iqtisadi inkişafı sürətləndirməklə ölkəmizi mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib.

Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ərzində nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur qurulub, özəl investisiyalar artıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 May 2025 03:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri