Dünyanın danışdığı “Cyberleek” kimdir? 2 milyardlıq oyunu ələ keçirdi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünyanın səbirsizliklə gözlədiyi GTA VI oyunu ətrafında böyük skandal yaşanıb.
“Qafqazinfo” “WebTekno”ya istinadən xəbər verir ki, “Cyberleek” ləqəbli naməlum şəxs və ya qrup 2 milyard dollar civarında dəyərləndirilən oyunun ən son görüntülərini sızdıraraq “Rockstar Games” şirkətini açıq şəkildə şantaj edib.
Nəşr yazır ki, avqustun 18-dən başlayan sızıntılarda oyunun xəritə detalları, mexanikası, döyüş səhnələri, avtomobil və təyyarələrə aid kadrlar yer alıb. Videolardan birində divara “Leek” sözünün yazılması sızdıran tərəfin oyunun doğrudan da işlək versiyasına çıxış əldə etdiyini göstərir.
Məlumata görə, “Cyberleek” sızdırılan görüntülərə “Fiziki disklər yoxdur? O zaman daha çox sızıntı olacaq!” mesajını əlavə edərək, əsas etirazının oyunların disk şəklində deyil, yalnız rəqəmsal satılmasına olduğunu bəyan edib. Şirkətləri acgözlükdə ittiham edən haker oyun sənayesinə rəqəmsal ön sifarişlərin ləğvi, əsas məzmunların əlavə paket (DLC) kimi satılmaması və təkoyunçulu rejimlər üçün oflayn oynama imkanının məcburi olması tələblərini irəli sürüb.
Paylaşımların vaxtı və internetdəki izlər hakerin kimliyi ilə bağlı bəzi ipucları verir. Mütəxəssislərin araşdırmalarına görə, “Cyberleek” Almaniya və ya İsveçrədən olan, 30 yaşlı bir şəxs ola bilər. İstifadə edilən veb-saytın serverlərinin Almaniyada yerləşməsi bu ehtimalı gücləndirir. Digər tərəfdən, hakerin öz adına kriptovalyuta tokeni çıxarması onun ideoloji bəyanatlarının arxasında maliyyə qazancı əldə etmək niyyətinin durduğu şübhələrini yaradıb.
Qeyd edək ki, “Take-Two” və “Rockstar” şirkətlərinin sərt xəbərdarlıqlarına baxmayaraq, sızıntıların qarşısını almaq hələ ki mümkün olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 27 Avqust 2026 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















