Icma.az
close
up
RU
DÜNYANIN DİQQƏTİ MÜNHENDƏDİR Əsas gündəm Ukrayna, Yaxın Şərq müharibələri, Qrelandiya mövzularıdır

DÜNYANIN DİQQƏTİ MÜNHENDƏDİR Əsas gündəm Ukrayna, Yaxın Şərq müharibələri, Qrelandiya mövzularıdır

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən Münhenin “Bayerischer Hof” otelində Beynəlxalq Təhlükəsizlik Konfransı öz işinə başlayıb. 60 ildən artıqdır ki, onlarla ölkədən liderlər, siyasətçilər və ekspertlər dünya təhlükəsizliyini təhdid edən əsas məsələləri müzakirə etmək üçün buraya toplaşırlar.

Konfrans Ukraynada təxminən üç ildir davam edən müharibənin həlledici mərhələsində keçirilir, çünki ABŞ-nin yeni Prezidenti onu dayandırmaq üçün addımlar atır. Sammit ərəfəsində Donald Trampın Rusiya Prezidenti Putinlə saat yarımlıq telefon danışığı Rusiyanın Ukraynaya təcavüzündən sonra iki ölkə liderləri arasında ilk birbaşa təmas olub.

İndi Münhen Konfransında həm Ukrayna, həm də onun müttəfiqləri Tramp administrasiyasının problemin həllini necə nəzərdə tutduğuna dair ABŞ-dən açıqlamalar eşidəcəklərini gözləyirlər. Ən əsası isə Vaşinqton bunun üçün nə etməyə hazırdır və qırmızı xətlər hansılardır?

Konfransdan əvvəl Pentaqonun yeni rəhbəri artıq Brüsseldə müttəfiqləri ilə görüşündə bəyan etmişdi ki, Ukraynanın 2014-cü ildən sonra itirdiyi əraziləri qaytara və ya NATO-ya üzv ola biləcəyinə ümid bəsləməyə ehtiyac yoxdur. ABŞ-nin müdafiə naziri Pit Heqset də qeyd edib ki, Amerika Ukraynada mümkün sülhməramlı missiyada iştirak etməyəcək və NATO Nizamnaməsinin 5-ci maddəsi bu missiyaya şamil edilməməlidir, yəni sülhməramlılarla ruslar arasında mümkün münaqişə yaranarsa, ABŞ və ya hər hansı NATO üzvü onların köməyinə gəlmək məcburiyyətində qalmayacaq.

"Avropa ölkələri sülhməramlılarını yerləşdirmək istəyirlərsə, bunun üçün pul ödəməlidirlər" - deyən nazir, əlavə edib: "Birləşmiş Ştatların daxildə çətinlikləri var, biz diqqətimizi sərhədlərimizin təhlükəsizliyinə yönəltməliyik və bunu edəcəyik".

Bu bəyanatlardan sonra Ukrayna Prezidenti Münhendə ilk görüşünü Tramp administrasiyasının vitse-prezidenti J.D.Vens, eləcə də Putin-Tramp telefon danışığından sonra Ukrayna və Rusiya üzrə baş elçisi Keyt Kelloq ilə keçirəcək. O, Avropanın da Ukraynanın nizamlanması prosesində iştirak etməli olduğunu bildirib.

Münhendə Ukrayna ilə yanaşı, Yaxın Şərqdəki hadisələr də dünya liderlərinin diqqət mərkəzində olacaq. Fevralın 15-i günortadan sonra, konfransın ikinci günü HƏMAS-ın əsir götürdüyü israilli girovların geri qaytarılması üçün verilən müddət başa çatır. ABŞ Prezidenti xəbərdarlıq edib ki, girovlar o vaxta qədər azad edilməsələr, "cəhənnəm" gələcək.

ABŞ Prezidentinin dünyanın ən böyük adası olan və təbii sərvətlərlə zəngin olan Qrenlandiyanın Amerikaya birləşdirilməsi ilə bağlı son açıqlamaları Avropada böyük narahatlıq və hiddət doğurub. Təkcə adanın daxil olduğu Danimarka deyil, digər Avropa ölkələri də onu tənqid edib. Ekspertlərin fikrincə, vitse-prezident J.D.Vens başda olmaqla Amerika nümayəndə heyəti Münhendə bu niyyətini bir daha təsdiqləsə, çox güman ki, ciddi müqavimətlə üzləşəcək.

Trampın bəyanatlarına cavab olaraq Avropa liderləri ABŞ-nin beynəlxalq hüquqa riayət etməli olduğu barədə xəbərdarlıq ediblər.

Münhen Təhlükəsizlik Konfransına ev sahibliyi edən Almaniyanın kansleri Olaf Şolts "Sərhədlərin bütövlüyü beynəlxalq hüququn əsas prinsipidir. Bu prinsip hər kəsə şamil edilməlidir" deyib.

Bəlkə də təsadüfi deyil ki, konfrans ərəfəsində etdiyi çıxışlarda konfransın sədri Heusgen “BMT Nizamnaməsi ilə müəyyən edilmiş qaydaya daha yaxşı alternativin olmadığını” daim vurğulamağı lazım bilib.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Fevral 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri