Icma.az
close
up
RU
Dünyanın ən böyük AES ində həyəcan: Bir gün belə işləmədi

Dünyanın ən böyük AES ində həyəcan: Bir gün belə işləmədi

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaponiyada istehsal gücünə görə dünyanın ən böyük nüvə elektrik stansiyası hesab edilən Kaşivazaki-Kariva Atom Elektrik Stansiyası (AES) dünən ilk dəfə bir reaktor istismara verilsə də, reaktor bir gün sonra texniki nasazlıq səbəbindən dayandırılıb.

Qaynarinfo xəbər verir ki, "Kyodo" agentliyinin məlumatına görə, qərbdəki Niiqata prefekturasında yerləşən və "Tokyo Electric Power” (TEPCO) şirkəti tərəfindən idarə olunan Kaşivazaki-Kariva nüvə elektrik stansiyasında problemlər davam edir.

Ölkənin şimal-şərqində yerləşən Tohoku bölgəsində 2011-ci ildə baş verən zəlzələ və nüvə əriməsindən sonra bağlanan stansiyada dünən ilk dəfə 6 nömrəli reaktor "son yoxlamanın tamamlanması ilə” yenidən fəaliyyətə başlayıb.

Son yoxlama zamanı "idarəetmə çubuğu siqnalının işə düşməməsi” problemi aradan qaldırıldıqdan sonra reaktor yenidən işə salınsa da, dünən müəssisədə oxşar texniki nasazlıq qeydə alınıb.

Buna əsasən, idarəetmə çubuqlarını hərəkətə gətirən qurğunun elektrik komponentlərində problem yaranıb. Nasazlıqdan sonra yenidən işə salınan 6 nömrəli reaktor bu dəfə də sıradan çıxaraq dayandırılıb. Problemin mənbəyinin araşdırıldığı bildirilib.

Niiqata prefektura rəhbərliyi nüvə kompleksi ətrafında normadan artıq radioaktivlik aşkar edilmədiyini açıqlayıb. İdarəetmə çubuqları reaktorlarda nüvə parçalanmasının tənzimlənməsi və nəzarətdə saxlanılması üçün istifadə olunur.

Nə baş vermişdi?

Yaponiyada 2011-ci ilin martında baş verən 9 bal gücündə zəlzələnin yaratdığı sunami, TEPCO-ya məxsus "Fukuşima Dai-içi” nüvə elektrik stansiyasında ciddi zədələrə və elektrik təchizatının kəsilməsinə səbəb olmuşdu.

Bu hadisədən sonra TEPCO-nun istehsal gücünə görə dünyanın ən böyük nüvə elektrik stansiyası sayılan Kaşivazaki-Kariva obyektindəki yeddi reaktorun hamısının fəaliyyəti 2012-ci ilin martında dayandırılmışdı.

Niiqata qubernatoru Hanazumi Hideyo 21 noyabr 2025-ci ildə verdiyi açıqlamada stansiyadakı reaktorlardan birinin yenidən istismara verilməsinə razılıq verdiyini bildirmişdi.

Hanazumi bu qərarla siyasi karyerasını riskə atdığını deyərək, onu vəzifədən uzaqlaşdıra biləcək səlahiyyətli qurumlardan qubernator vəzifəsində qalıb-qalmayacağına qərar vermələrini istədiyini qeyd etmişdi.

Niiqata Əyalət Məclisinin 2025-ci ilin dekabrında verdiyi razılıqla "dünyanın ən böyük istehsal gücünə malik” Kaşivazaki-Kariva nüvə elektrik stansiyasının qismən və yenidən fəaliyyətə başlamasının qarşısındakı maneələr aradan qaldırılmışdı.

Təsis

Yapon dənizi (Şərq dənizi) sahilində yerləşən, yeddi reaktorlu bu obyekt 2011-ci ildə "Fukuşima Dai-içi” stansiyasında baş verən nüvə əriməsindən sonra "ictimai təhlükəsizlik və TEPCO-nun idarəçiliyi” ilə bağlı narahatlıqlar səbəbindən 2012-ci ildə bağlanmışdı.

Kaşivazaki-Kariva nüvə elektrik stansiyasında 6 nömrəli reaktorun yenidən işə salınması, Fukuşima fəlakətindən bu yana ölkədəki 33 nüvə reaktorundan 15-cisinin fəaliyyətinin bərpa olunması deməkdir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri