Icma.az
close
up
RU

Dünyanın ən faydalı qidası seçildi: Bir ovuc belə ürəyi qoruyur və insult riskini aradan qaldırır

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir çox araşdırmada faydaları ilə əksər qidaları geridə qoyan badam, xüsusilə ürək-damar sağlamlığına təsirləri ilə ad çıxarır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, elm adamları badamın diabet və piylənmə riskini azaltmaqda çox təsirli bir qida olduğunu deyirlər.

Luiziana Dövlət Universiteti tərəfindən aparılan bir araşdırmada, müntəzəm badam istehlakının diabet, yüksək təzyiq və piylənməyə səbəb olan qarın yağını azaltdığı müəyyən olunub.

Badamın toxluq hissini artıraraq iştahı azaltdığı da müəyyən edilmişdir.

Pensilvaniya Dövlət Universitetində aparılan bir araşdırma, hər gün bir ovuc badam istehlakının pis xolesterini azaltdığını və yaxşı xolesterolu artırdığını ortaya qoydu.

Journal of Nutrition-da dərc olunan araşdırmaya görə, gündəlik qida rasionunuza 43 qram badam əlavə etməklə damarlardakı lövhəni təmizləyə bilərsiniz.

Badam qırmızı qan hüceyrələrində E vitamininin səviyyəsini artırır. Vitamin E və antioksidanlar bədəndə oksidləşdirici zərərin qarşısını almağa kömək edir. Badam ürək sağlamlığı üçün faydalı olan lipid və yağ səviyyələrini də yaxşılaşdırır.

Karbohidratları az olan badam sağlam yağ, zülal və liflə zəngin bir qida variantıdır. Badamda olan maqnezium qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir.

Badam tərkibindəki zülal və lif sayəsində iştahı azaldır və toxluq hissi verir. Bu o deməkdir ki, gündəlik olaraq istehlak edilən kalori miqdarını azaldır.

Badamın həddindən artıq istehlakı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Həddindən artıq badam istehlakı, kilo artımı və həzm problemləri ilə yanaşı, böyrək daşının əmələ gəlməsinə də yol aça bilər.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Noyabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri