Icma.az
close
up
RU
Dünyanın ən güclü superkompüterlərinin yenilənmiş TOP500 reytinqi açıqlanıb

Dünyanın ən güclü superkompüterlərinin yenilənmiş TOP500 reytinqi açıqlanıb

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın ən güclü superkompüterlərinin yenilənmiş reytinqi olan TOP500 dərc edilib. Nüfuzlu reytinqin noyabr buraxılışında dörd eksaflops sistemi yer alıb ki, onlardan üçü ABŞ-də (Lourens adına Livermor milli laboratoriyasında "El Capitan", Ouk Ridj Milli laboratoriyasında "Frontier" sistemi və "Argonne Leadership Computing Facility"də "Aurora"), biri isə Avropada (Almaniyadakı "EuroHPC/Jülich" superkompüter mərkəzində quraşdırılmış "JUPITER Booster") yerləşir.

Superkompüter siyahısının davamlı təkamülü sürətli memarlıq innovasiyalarını, qarışıq dəqiqlikli hesablamalara artan marağı və sahənin eksaflops səmərəlilik səviyyəsinə doğru davamlı irəliləyişini əks etdirir.

"Lenovo" şirkəti siyahıda olan maşınların sayına görə (143 ədəd*) birinci yeri tutaraq dünyanın aparıcı superkompüter istehsalçılarından biri kimi mövqeyini qoruyub saxlayıb. Hazırda bazar payına görə liderlər üçlüyünə "Lenovo"( 28%), HPE (25.2%) və "Eviden" (11.4%.) şirkətləri daxildir. Qeyd edək ki, "Lenovo ThinkSystem" əsaslı 33 superkompüter Avropada yerləşir.

Mənbə: top500.org

Həmçinin ekoloji cəhətdən ən yaxşı superkompüterləri ehtiva edən GREEN500 siyahısı da yenilənib. O, TOP500 sistemləri enerji səmərəliliyi üzrə sıralayır. Bunun üçün sistemin sərf edilən hər vatt enerji üçün neçə flops (saniyədə üzən nöqtəli əməliyyat) həyata keçirə biləcəyini ölçən xüsusi test metodologiyasından istifadə edilir. Bu, giqaflops/vatt ilə ölçülən enerji səmərəliliyi metrikasıdır.

Enerji səmərəliliyi tərəqqinin əsas göstəricisi olaraq qalır. Green500 reytinqi ilk üç yerdə qərarlaşan "NVIDIA Grace Hopper" əsaslı sistemlərin artan populyarlığını vurğulayır:

CALMIP/Tuluza Universitetində (Fransa) KAIROS - 3.05 PFLOPS məhsuldarlıq göstəricisi ilə 73.28 GFLOPS/Vt. ROMEO HPC Center-də (Fransa) ROMEO-2025 - 9.86 PFLOPS göstəricisi ilə 70.9 GFLOPS/Vt. DKRZ-də (Almaniya) Levante GPU Extension - 6.75 PFLOPS göstəricisi ilə 69.43 GFLOPS/Vt.

Ən çox enerjiyə qənaət edən superkompüterlərin reytinqinin 5-ci və 6-cı yerlərini "Lenovo ThinkSystem" serverlərində işləyən sistemlər tutur. Bu, Almaniyanın Paderborn Universitetindəki "Otus" və Drezden Texniki Universitetində "MEGWARE" şirkəti tərəfindən quraşdırılmış "Capella" sistemləridir. Bundan əlavə, Hollandiya, Kanada və digər ölkələrdə ekoloji cəhətdən ən yaxşı superkompüterlərin əsasında da "ThinkSystem"in İT infrastrukturu dayanır.

"Lenovo" şirkətinin Top500 və Green500 reytinqlərində yer alması onun bəşəriyyətin ən aktual problemlərini həll etmək üçün innovasiyaları əlçatan etmək, eləcə də dayanıqlı texnologiyalardan istifadə edərək yeni nəsil hesablama səmərəliliyinə nail olmaq üçün yeni yanaşmalar hazırlamaq səylərini əks etdirir.

* 3 halda istehsalçılar olaraq "MEGWARE" və "Fujitsu"/"Lenovo" qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Noyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri