Dünyanın ən güclü telefonları açıqlandı
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
İyun ayının ən güclü “Android” smartfonlarını açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, reytinqə əsasən, ən yüksək məhsuldarlıq göstərən telefon “iQOO 15 Ultra” olub. “Snapdragon 8 Elite Gen 5” prosessoru ilə təchiz edilən smartfon testdə orta hesabla 4,14 milyon xal toplayıb.
İlk üçlükdə həmçinin “Red Magic 11S Pro+” (4,10 milyon xal) və “iQOO 15” (4,05 milyon xal) qərarlaşıb.
Hər iki model “Snapdragon 8 Elite Gen 5” çipi ilə işləyir.
Reytinqin növbəti pillələrində “Vivo X300 Ultra”, ”realme GT 8 Pro”, “Honor WIN”, “OPPO Find X9 Ultra” və “Honor Magic 8 Pro” yer alıb.
İlk onluqda “MediaTek Dimensity 9500” prosessoru ilə təchiz olunan yeganə model “iQOO 15T” olub və 3,8 milyon xal toplayıb.
Siyahını isə “Honor Magic 8” (3,79 milyon xal) tamamlayıb.
Qeyd edək ki, reytinq yalnız Çin bazarında satışda olan modellər əsasında hazırlanıb və nəticələr smartfonların “AnTuTu” testində topladığı orta göstəricilərə əsaslanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 02 İyul 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















