Icma.az
close
up
RU
Dünyanın ən ölümcül otağı olan Fil ayağı nədir? Saniyələr... VİDEO

Dünyanın ən ölümcül otağı olan Fil ayağı nədir? Saniyələr... VİDEO

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında 4 nömrəli reaktorun partlamasından sonra əriyən nüvə yanacağı beton və poladla birləşərək son dərəcə sıx və ölümcül kütlə əmələ gətirib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu ərimiş material reaktorun dibinə sızıraraq 2.2 tonluq nəhəng bir qalağa dönür və bu kütləyə “Fil Ayağı” adı verilir.

“Fil ayağı” əvvəlcə saatda 10.000 rentgen (R/h) radiasiya yayırdı. Bu doza səviyyəsi bir insanı 30 saniyə ərzində öldürəcək qədər güclü idi. Bu gün onun radioaktivliyi azalsa da, hələ də təhlükəlidir.

“Fil Ayağı” əsasən uran oksidi, qrafit qalıntıları, beton və poladdan ibarətdir. Son dərəcə sərt və şüşə kimi bir quruluşa malikdir. İlk kəşf edildiyi zaman ona yaxınlaşan cihazlar belə həddindən artıq radiasiya səbəbindən tez xarab olurdu.

On il sonra, Çernobılın yüzlərlə şəklini toplayan ABŞ Enerji Departamentinin Beynəlxalq Nüvə Təhlükəsizliyi Layihəsi "Fil Ayağı"nın bir neçə şəklini əldə edib.

"Fil Ayağı" çox radioaktiv olduğu üçün o zaman elm adamları onun şəklini çəkmək üçün təkərdəki kameradan istifadə edirdilər. Bir neçə tədqiqatçı analiz üçün nümunə götürmək üçün kifayət qədər yaxınlaşıb. Araşdırmaçıların dediyinə görə, "Fil Ayağı" nüvə yanacağının qalıqları deyil.

Nüvə mütəxəssisləri izah edirlər ki, "Fil Ayağı" nüvə qəzası zamanı nüvə yanacağı və reaktorun nüvə strukturlarının hissələrinin həddən artıq qızıb əriyərək qarışıq əmələ gələn "korium" adlı nadir maddədən ibarətdir. "Korium" tarixdə cəmi 5 dəfə təbii şəkildə - bir dəfə 1979-cu ildə Pensilvaniya ştatında baş vermiş "Three Mile Island" qəzası zamanı, bir dəfə Çernobılda və üç dəfə 2011-ci ildə Yaponiyada Fukusima Daiiçi zavodunda qəza zamanı əmələ gəlib.

Qeyd olunur ki, əgər nüvə əriməsi dayandırılmasa, nəticədə ərimiş kütlə reaktor qabının dibinə doğru axır və əriyərək (əlavə ərinmiş materialların qatqısı ilə) döşəməyə tökülür. Daha sonra isti ərinmiş kütlə beton döşəmə ilə reaksiya girir və ərimiş maddənin tərkibi dəyişir. Ərimə kifayət qədər soyuduqda isə sərtləşir və qayaya bənzər sərt minerala çevrilir.

Bu gün Çernobılın nəzarət edilən ərazisində yerləşməsinə baxmayaraq, o, radiasiya yaymaqda davam edir və nüvə fəlakətinin ən hiss olunan qalıqlarından biri kimi tarixə düşüb. Bura eyni zamanda dünyanın ən radioaktiv otağıdır.

Məlumata görə, bu otaq növbəti 100 min il ərzində belə qalacaq və 300 saniyə radiasiyaya məruz qalmaq insanın 2 gün ərzində ölümünə səbəb ola bilər.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Fevral 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri