Icma.az
close
up
RU
“Əsas hədəfim şans qazanmağa layiq olduğumu sübut etməkdir” (MÜSAHİBƏ)

“Əsas hədəfim şans qazanmağa layiq olduğumu sübut etməkdir” (MÜSAHİBƏ)

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Kəpəz”in qapıçısı Yusif İmanovun “Futbolpress.az“a müsahibəsi:

– Premyer Liqada “Kəpəz” formasıyla debüt etdin. “Karvan-Yevlax”la oyunu necə şərh edərdin?
– Debüt matçı mənim üçün həm çox çətin, həm də məsuliyyətli idi. “Karvan-Yevlax”la oyunda əsas məqsəd komandaya stabilik gətirmək və müdafiə xətti ilə birlikdə inamlı oyun sərgiləmək idi. Bəzi epizodlarda səhvlər etdim, amma özümə inamım tamdır. İnanıram ki, hər matçda daha yaxşı çıxış edəcəyəm və komandanın nəticələrinə daha çox təsir göstərəcəyəm.

– “Sabah”dan ayrıldıqdan sonra Kosovo karyeran qısa çəkdi. Qısa olsa da, “Malişeva”da hansı təcrübəni qazandın?
– Kosovadakı müddət qısa olsa da, mənə həm futbol, həm də həyat baxımından çox önəmli təcrübələr verdi. Ora gedəndə iki ay məşqsiz idim və ilk 1–1.5 ay sırf özümü tam formada bərpa etməyə sərf etdim. Daha sonra klub daxilində maliyyə problemləri yarandı. Buna baxmayaraq, legioner həyatı yeni mühitə uyğunlaşmaq, çətinliklərlə mübarizə aparmaq və xarici liqanın tempini görmək baxımından mənə böyük dəyər qatdı.

– Bir dönəm millinin əsas qapıçısı olmağa namizəd idin. Sonradan az şans qazandın və indi yenidən Azərbaycana qayıtmısan. “Kəpəz”ə gəlməklə hansı hədəfinə nail olmaq istəyirsən?
– Milli komanda təcrübəm mənim üçün çox dəyərlidir və həmin dövr mənə böyük məsuliyyət aşıladı. “Kəpəz”ə gəlməyimin əsas məqsədi oyun praktikasını artırmaq və əvvəlki formama qayıtmaqdır. Hədəflərimdən biri həm də “Kəpəz”ə real şəkildə dəstək olmaq, komandaya xeyir vermək və nəticələrə birbaşa təsir göstərməkdir. Sabit performans göstərərək gələcəkdə yenidən milli komandaya qayıtmaq istəyirəm.

– “Kəpəz” elitanı tərk etməyə üç namizəddən biri kimi göstərilir. Səncə, komandanın potensialı liqada qalmağa kömək edəcək?
– Mən komandanın potensialına inanıram. Bəli, çətin vəziyyətdəyik, amma bu ümidsizlik üçün əsas deyil. “Kəpəz” böyük tarixi olan klubdur və belə çətin dönəmlərdən çıxmağı bacarıb. Hazırda ən vacib məsələ düzgün iş, motivasiya və birlikdir. Komanda daxilində istək var və mən inanıram ki, birlikdə çalışaraq liqada qalmaq üçün lazım olan nəticələri əldə edə bilərik.

– Növbəti turda rəqib “Zirə” olacaq. Xal qazanmaq çətin olmayacaq?
– “Zirə” liqanın ən güclü və oturuşmuş komandalarından biridir. Təbii ki, oyun çətin olacaq, amma mümkünsüz deyil. Hər matç yeni fürsətdir. Düzgün oyun planı, yüksək konsentrasiya və komanda oyunu ilə bu matçdan xal almaq realdır. Biz hər görüşə nəticə üçün çıxırıq və “Zirə” qarşılaşması da istisna olmayacaq.

– Kosovoda olduğun müddətdə Azərbaycandan, millinin məşqçilər korpusundan səninlə əlaqə saxlayan oldu?
– Ümumilikdə vəziyyətimlə maraqlananlar oldu, amma konkret şəkildə dəvət və ya xüsusi bir proseslə bağlı danışıq aparılmadı. Həmçinin başa düşürəm ki, milli komandada qapıçı mövqeyi ümumilikdə çox rəqabətli və çətin bir mövqedir. Bu vəziyyət məni daha da motivasiya edir ki, “Kəpəz”də stabil oyun praktikası qazanım və milli komandanın diqqətinə yenidən düşüm. Əsas hədəfim buradakı çıxışımla özümü göstərmək və şans qazanmağa layiq olduğumu sübut etməkdir.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Noyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri