Icma.az
close
up
RU
Normalar olsa da, nəzarət yoxdur ARAŞDIRMA

Normalar olsa da, nəzarət yoxdur ARAŞDIRMA

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar yenitikililərdə elektrik xətlərindəki nasazlıqlardan qaynaqlanan yanğınlar artır. Qısaqapanma və digər səbəblərdən yanğın hadisələri baş verir. Hələlik tam təsdiq olunmasa da, Yasamaldakı yanğının da elektrik xətlərindən başladığı barədə məlumat var. Əvvəllər də yenitikililərdə bu cür böyük yanğınlar yaşanıb. Bunlar belə bir sual yaradır: yenitikililərdə elektrik xətlərinin keyfiyyətinə nəzarət edilirmi?

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Boşluq çoxmənzilli binaların idarə olunmasındadır"

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, Azərbaycanda inşaat normativləri mövcuddur. Sadəcə, tikinti şirkətləri çalışırlar ki, tikinti zamanı maliyyəyə qənaət etsinlər: "İnşaat materialları nə qədər standartlara cavab versə də, bəzi xüsusiyyətlərinə görə qüsurlu ola bilər. Nəzərə almalıyıq ki, ölkəmizə keyfiyyəti aşağı məhsullar da ixrac olunur. Hansı ki, bu məhsullar müəyyən müddət istifadə olunduqdan sonra qüsurları üzə çıxır. Nəticədə problemlər yaranır. Ölkəmizdə dəfələrlə yenitikili binalarda kabel şaxtalarında, yaxud texniki avadanlıqların olduğu otaqlarda yanğın hadisəsi baş verib. Səbəblər müxtəlifdir. Materiallar qüsurlu olmasa belə, düzgün istismar edilmədikdə bu kimi hadisələr baş verir. Fikrimcə, boşluq çoxmənzilli binaların idarə olunmasındadır".

E.Azadov bildirdi ki, naqillər nə qədər dözümlü olsa da, kənar müdaxilə zamanı qəza qaçılmazdır: "Qeyri-yaşayış sahələrinin idarə olunması müştərək cəmiyyətin, yaxud MTK-nın səlahiyyətindədir. Bizdə isə bu ərazilər tikinti şirkətinə məxsus olur. Onlar həmin əraziləri icarəyə verir, satırlar. Bu zaman layihədə nəzərdə tutmayan şəkildə fəaliyyət təşkil olunur, bina və texniki avadanlıqlar normadan artıq yüklənir. Texniki yüklənmələr nəticəsində də müxtəlif qəzalar baş verir. Nəzarət mexanizmi üçün binaların idarə edilməsi ilə bağlı qanunların təkmilləşməsi lazımdır. Yerli icra qurumları yerində reydlər keçirməlidir".

"Mənzillərə dair belə yoxlamalar mövcud deyil"

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə qeyd etdi ki, elektrik təsərrüfatı, naqillər üzrə yoxlamalar obyektlər üçün məcburidir, lakin fərdi yaşayış binaları üçün nəzarət məcburi deyil: "Fövqəladə Hallar Nazirliyi elektrik təsərrüfatlarına baxış keçirir. Yanğın risklərinin müəyyən edilməsi üçün obyektlərdən bunu tələb edirlər. Müqavimətə davamlılıq, izolyasiya və s. hər biri yoxlanılır. Lakin mənzillərə dair belə yoxlamalar yoxdur. Fərdi yaşayış müəssisələri də ildə bir dəfə ixtisaslaşmış müəssisəni dəvət edərək elektrik təsərrüfatına baxış keçirə bilər. Hər hansı nasazlıq varsa, elektrik şəbəkəsi normadan artıq yüklənirsə, bu da elektrik təsərrüfatının qızmasına, qısaqapanma, alışma və yanğına gətirib çıxarır. Çünki hazırda mənzillərdə elektriklə işləyən avadanlıqların sayı çoxdur. Daha əvvəl tikilən binalarda bu kimi hallar nəzərə alınmadıqda yüklənmə baş verə bilir. Elektrik naqilləri çəkilərkən binanın həcmi, tutumu, kvadratı, mərtəbə sayı, mənzillərdə nə qədər paylayıcı olması və digər nüanslar nəzərə alınmalıdır. Bütün binalarda standartlar eyni deyil".

Bəs nəzarət hansı qurumdadır?

Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, onlar yanğından mühafizə ilə bağlı yoxlamalar həyata keçirirlər. Lakin bu yoxlamalar sadəcə elektrik naqilləri ilə bağlı olmur. Elektrik xətlərinə aid normalara onlar nəzarət etmirlər.

Yoxlamalar barədə qurumdan bildirildi ki, yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi" haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində həyata keçirilir. Belə ki, yoxlamalar əvvəlcədən növbəti il üçün planlaşdırılır və növbəti il ərzində müəyyən olunmuş dövriliklə yoxlamaların icrası təmin olunur: "Azərbaycan Respublikasında Yanğın təhlükəsizliyi Qaydaları"nın (01-2001) 6.1-ci yarımbəndinin tələblərinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq Qaydalara və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməsi tələb olunur. Sözügedən tələbin həyata keçirilməsinə nəzarət tədbirləri çərçivəsində bu işlərin normalara uyğun olub-olmaması ilə bağlı müvafiq sənədlər istehlakçıdan, yəni yoxlamaya cəlb olunmuş sahibkarlardan tələb olunur. Bu tələblər təqdim olunmadıqda Dövlət yanğın nəzarəti inspektoru tərəfindən cavabdeh şəxs barəsində İnzibati Xəta haqqında Protokol tərtib olunur, eyni zamanda bu pozuntunun aradan qaldırılması üçün müvafiq məzmunlu tələbnamə ona təqdim edilir".

"Azərişıq" ASC-dən isə bildirildi ki, elektrik xəttini hər bir obyekt, yaxud bina özü çəkir. Onlar yalnız sayğac quraşdırır və xətləri şəbəkəyə, yarımstansiyalara birləşdirirlər. Yenitikililərdə elektrik naqillərinin çəkilməsi və bu işə nəzarət edilməsi onların səlahiyyətində deyil.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirildi ki, qurum yalnız tikinti ilə bağlı normativləri müəyyən edir.

Normalar və standartlar nə deyir?

"Yaşayış binaları. Layihələndirmə normaları"na görə yaşayış binalarının elektrik şəbəkələri avtomatik mühafizə sistemləri - qısaqapanma, artıq yüklənmə və sızma cərəyanından qoruma cihazları ilə təchiz olunmalıdır. Bu sistemlər yanğın riskinin qarşısını alan əsas mexanizmlərdir. Elektrik şitləri və kabel avadanlıqlarının yerləşdirilməsi üçün xüsusi qaydalar mövcuddur: onlar vanna otağı, sanitar qovşağı kimi nəmləşmə olan sahələrin altında quraşdırıla bilməz. Eyni zamanda, elektrik lövhələrinə giriş ya birbaşa küçədən, ya da mənzillərdənkənar dəhlizlərdən təmin edilməlidir ki, fövqəladə hallarda müdaxilə imkanları məhdudlaşmasın. Kabel şaxtaları və mühəndis kommunikasiya kanalları yanğına davamlı materiallardan hazırlanmalı və odadavamlılıq tələblərinə uyğun olmalıdır.

"Elektrik təhlükəsizliyi standartı"na əsasən, təhlükəsizlik baxımından elektrik qurğularında cərəyanaparan hissələr mütləq izolyasiya olunmalı, torpaqlama sistemi tətbiq edilməli və avtomatik söndürmə mexanizmləri nəzərdə tutulmalıdır. İstifadə olunacaq xətlərin növləri də normativ sənədlərlə müəyyən edilir. Mis kabellər yaşayış və ictimai binalarda əsas seçimdir, çünki yüksək keçiricilik və yanğın təhlükəsizliyi baxımından etibarlıdır. Alüminium kabellər daha çox sənaye obyektlərində və yüksək gərginlikli xətlərdə istifadə olunur, yaşayış binalarında isə yalnız xüsusi şərtlərlə tətbiq edilir. İzolyasiyalı kabellər (PVC, XLPE) yanmayan və çətin yanan materiallardan olmalı, BCH (STN) 59-88 standartının tələblərinə cavab verməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see446

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see328

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see320

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see304

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see225

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see222

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see203

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see199

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see190

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see186

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see181

Vens: “Razılaşmanın əldə olunmaması məğlubiyyət demək deyil”

12 İyul 2026 11:47see178

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see177

“Neftçi” Portuqaliyadan futbolçu gətirir

12 İyul 2026 01:06see177

ABŞ İrana quru əməliyyatı hazırlaya bilər Ekspert

12 İyul 2026 16:52see167

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see165

İran üçün böyük plan AKTUAL

12 İyul 2026 11:50see163

Maldiniyə İtaliya Futbol Federasiyasında vəzifə verildi

12 İyul 2026 00:19see162

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see160

SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb

12 İyul 2026 03:41see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri