Icma.az
close
up
RU
Dünyanın ən qədim qəbiristanlığı aşkarlandı FOTO

Dünyanın ən qədim qəbiristanlığı aşkarlandı FOTO

Icma.az, Sfera.az saytına istinadən bildirir.

İsrailin mərkəzində yerləşən “Tinshmet” mağarasında aparılan arxeoloji qazıntılar zamanı ən azı 100 000 il əvvələ aid insan qalıqları tapılıb. Bu kəşf dünyanın ən qədim dəfn məkanı kimi qiymətləndirilir.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, mağarada iki bütöv skelet, üç kəllə sümüyü və müxtəlif insan sümükləri aşkarlanıb.

Tədqiqatçılar bildirirlər ki, qalıqlar xüsusi qazılmış məzarlara yerləşdirilib. Qəbrin ətrafında 500-dən çox bazalt daşı, heyvan sümükləri və qırmızı-turuncu piqmentlər tapılıb. Bu əşyaların gündəlik istifadə üçün nəzərdə tutulmadığı, rituallar zamanı istifadə edildiyi güman olunur. Kəşf, dəfn mərasimlərinin və dəfn rituallarının ən azı 100 000 il əvvəl mövcud olduğunu göstərir.

Alimlər bildirirlər ki, bu, “Homo sapiens” və “Neandertalabənzər” insanabənzərlərin bir dövrdə yaşadığını və sosial davranışlarının formalaşmağa başladığını sübut edir. Qazıntılara rəhbərlik edən Qüds İvrit Universitetinin arxeologiya professoru Yossi Zaidner bunu “növümüz üçün inqilabi yenilik” adlandıraraq bildirib:

“Bu, insanların ilk dəfə dəfn mədəniyyəti və simvolik düşüncə formalaşdırdığı dövrə işarə edir”.

Araşdırmalar göstərir ki, tapılan əşyalar uzaq bölgələrdən gətirilib və onların rituallarda istifadə olunması erkən insan toplumlarında ruhani inancların formalaşdığını göstərir. Amerikalı arxeoloq və "Smithsonian" İnstitutunun tədqiqatçısı Kristian Tryon isə qeyd edib ki, bu kəşf insanın ölü ilə münasibətində mühüm bir dönüş nöqtəsidir:

“Tinshemet mağarasındakı tapıntılar, İsrailin şimalındakı Skhul və Qafzeh mağaralarında əvvəllər aşkarlanan dəfn izlərini də dəstəkləyir”.

Tədqiqatın nəticələri “Nature Human Behavior” elmi jurnalında dərc olunub.

Bəsti Rəfizadə

Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri