Icma.az
close
up
RU
Dünyanın ən qədim yolu dənizin dibindən çıxdı

Dünyanın ən qədim yolu dənizin dibindən çıxdı

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Arxeoloqlar sensasiyalı kəşf ediblər. 

News24.az xəbər verir ki, alimlər Adriatik dənizinin dibində materiki hazırda su basmış ada ilə birləşdirən sirli, çox qədim yol tapıblar. Alimlərin fikrincə, tapıntının tarixi yaşı təxminən 7000 ildir ki, bu da onun müasir dövrümüzə qədər gəlib çatan ən qədim daş yollardan biri olduğunu sübut edir.

Tədqiqatçılar hesab edirlər ki, su altında qalan bu yol bir daha qədim zamanlarda dəniz səviyyəsinin xeyli aşağı olduğunu göstərir. Elm adamlarının sözlərinə görə, aşkar edilmiş qədim yol neolit dövründə formalaşan, elm aləmində barəsində çox az bilgilərin olduğu Xvar mədəniyyətinin bu ərazilərdə məskunlaşması ehtimalını daha da möhkəmləndirir. Elm adamları belə bir qənaətə gəliblər ki, vaxtı ilə çox münbit, yaşıllıq olan bu quru ərazilərdə zaman keçdikcə hər nə varsa, suya qərq olub. Alimlərin irəli sürdükləri ehtimallara görə, nəzəri baxımdan buralarda savaş və ya zorakılıq izləri görünmədiyindən, belə dəyişiklik ancaq təbii fəlakət nəticəsində mümkün ola bilərdi. Beləliklə də, təbiətdə baş verən iqlim dəyişiklikləri səbəbindən suyun səviyyəsində də qalxma müşahidə olunub və su bu yolu udmaqla, onu sualtı arxeoloji sirrə çevirib.

Yeni tapılan sualı və qədim yol barədə danışan ekspedisiyanın üzvlərindən biri deyib: “Biz sel basan əraziyə aparan və mükəmməl şəkildə döşənmiş çoxlu sayda daş plitələrin şahidi olduq. Bu, heç təbii formasiya da deyil, qədim insanın işidir”.

Nizamlı və tamamilə standartlara uyğun olan bu qədim yola döşənmiş daş bloklar, suyun dərinliyinə çökən Xvar tayfalarının yaşayış məskənlərinin qalıqları, həmçinin keramika parçaları, qədim artefaktlar bir zamanlar burada insanların daimi yurd saldığını, toplum halında yaşadığını sübut edir. Alimlər qeyd ediblər ki, daha bir təəccüb ediləcək fakt min illər boyu su altında qalmasına baxmayaraq bu yolun mükəmməl şəkildə qorunub saxlanılması, daş örtüyünün çökməməsidir.

Tədqiqatçıların fikrincə, yeni tapıntı həm də Balkanlardakı qədim sivilizasiyaların tarixi mənşəyi haqqında indiyədək qəbul edilmiş bütün nəzəri anlayışları tamamilə dəyişir. Əvvəllər elm aləmində belə hesab edirdilər ki, bu bölgələrdə yaşamış neolit xalqları tez-tez köç ediblər və onlar mürəkkəb infrastruktura malik obyektlər tikməyiblər. Ancaq yeni kəşfin sayəsində aydın olur ki, onlar həm bu cür yollar tikiblər, həm də memarlığı gücləndirmək, inkişaf etdirmək üçün çox ustalıqla bir sıra təbii materiallardan istifadə etməyi bacarıblar.

Arxeoloqlar tədqiqatlarını davam etdirir. Tədqiqatçılar bu yolun hara apardığını və Adriatik dənizi sularında daha hansı belə qədim sirlərin gizləndiyini araşdırmaqla bərabər, suyun altında hələ üzə çıxmayan binaların və eləcə də müxtəlif yaşayış məntəqələrinin izlərini axtarırlar.

Alimlərin fikrincə, bu çox qiymətli kəşfdir və artıq bir məsələ də tamamilə aydındır ki, sualtı qədim yol dünya tarixinin, həm də müasir elm aləminin hələlik araşdırıb, aydın dərk etmədiyi bir hissəsi kimi yeni kəşflərə açar olacaq. /medianews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Mart 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri