Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Dünyanın ən xoşbəxt məşqçisiyəm” Dambrauskas

“Dünyanın ən xoşbəxt məşqçisiyəm” Dambrauskas

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Çempionlar Liqasının pley-off mərhələsinin “Sabah” – “Hapoel” (Beer-Şeva) oyunundan (5:2) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Möhtəşəm atmosfer idi. Futbolçularım mükəmməl oynadılar. Uşaqlar özlərinə inandırdılar. Bu, karyeramın ən yaxşı komandasıdır. Bəlkə də, son anda ümidləriniz bitmişdi, amma futbolçularım inandılar. Artıq biz dünyanın ən yaxşı liqasına vəsiqə qazanmışıq. Güclü komandalarla oynayacağıq. Dünyanın ən xoşbəxt baş məşqçisiyəm.

– “Sabah” bu heyətlə Çempionlar Liqasına hazırdırmı?
– Çempionlar Liqası üçün 17 legioner sifariş etmişdim. İndi kimi heyətdən çıxarım? Sizcə, transferə ehtiyac var? İndiki komandadan hansısa oyunçu heyətdən çıxarılmağa layiqdirmi? ÇL-ə vəsiqə qazanmışıq və müxtəlif ölkələrin komandaları ilə qarşılaşmışıq. Statistikaya baxsanız, Avropanın ən yaxşı pressinq edən komandası “Hapoel”dir. Buraxdığımız qollar da məhz bu təzyiqin nəticəsidir. Bütün futbolçular qrupda oynamağa layiqdir.

– Xüsusi qarşılaşmaq istədiyiniz rəqib varmı?
– Arzularım işə yaramaz. Kim gəlsə, ona qarşı oynayacağıq. Böyük stadionlarda meydana çıxacağıq. Nə baş verəcəyini görəcəyik.

– Tellur “Sabah” ilk dəfə kubok qazananda son dəqiqələrdə qələbə qolunu vurmuşdu. Bu gün isə ümid qoluna imza atdı. Onun haqqında fikirləriniz necədir?
– Tellur gözəl xatirələrlə yadda qalacaq. Ona güvənirik. Gələcəkdə övladlarına, nəvələrinə deyəcək ki, vacib qollar vurmuşam. Tellur və digər oyunçular meydanda bütün güclərini qoyur, bir-birilərinə hörmət edirlər. Mütəllimov gözəl xarakterə sahibdir. Nə zaman ehtiyac olarsa, hazırdır. Onunla qürur duyuram.

– Aleksey İsayevin oyuna ehtiyatda başlaması rəqib baş məşqçiyə sürpriz idi?
– Sürprizlər etməyə çalışdıq. Niyə? Çünki ev oyunlarında müəyyən üstünlüklərimiz olur. Qalib heyəti dəyişmirlər və buna görə rəqiblər daha çox hazır olur. Buxarestdəki matçdan sonra öz-özümə dedim ki, nələrisə dəyişməli, sürprizlər etməliyəm. İsayev də ehtiyatda başladı və bu, həmkarım üçün sürpriz oldu. Rəqib önə keçəndə hesabı qorumağa çalışdı. Düşündük ki, bunu lehimizə çevirə bilərik. Bütün dəyişikliklər əvvəldən düşünülmüşdü. “Hapoel”in də bir az bəxti gətirdi. İki dəfə topumuz dirəkdən qayıtdı, amma həvəsdən düşmədik. Tellurun qolu bunların əvəzini çıxdı.

– Oyunun son dəqiqələrində nə düşünürsünüz?
– Heç vaxt “heç vaxt” deməyin. Ümidimi itirmirəm. Hesabı bərabərləşdirəndə də inanırdım ki, qarşıda vaxtımız var. Son dəqiqələrdə də bu fikirdə idim. İnam çox vacibdir. Bəzən bəxt gətirir, bəzən yox.

– Üç cəbhədə mübarizə aparacaqsınız. Transferlərə ehtiyac var?
– Görəcəyik, bəlkə hə, bəlkə yox. Doğrudur, qarşıda çətin qrafik var. Transferə “yox” demərəm.

– Çempionlar Liqasında daha güclü komandalar olacaq. Onların da təzyiqinə hazır ola biləcəksiniz?
– İşləyəcəyik. Daim istəyirik ki, oyuna hakim olaq. Futbolçularımla fəxr edirəm. Qapıçımız səhvlər etdi, amma buna qədər etdiyi kritik seyvlərlə bizi yaxşı yerlərə aparıb. Səhvlər normaldır. Bunlardan dərs çıxaracağıq.

– Qollar vurdunuz, amma kifayət qədər də şansı boşa verdiniz. Bunlar sizi narahat etmir?
– Kədərliyəm, yoxsa sevincli? Bu gün ən xoşbəxt məşqçiyəm. Nə səhv olursa olsun, gözəl nəticə əldə etmişik. Başa düşün, Azərbaycan tarixində Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan ikinci komandayıq. İndi səhvlər bizi qayğılandırmır. Başa düşürəm, səhvlər var, işləməliyik və təhlillər aparacağıq. Bu gün ancaq qələbədən zövq almalıyıq. Bu gün səhvləri kənara qoyaq.

– “Orhus”la matçdan sonra demişdiniz ki, qələbəni xüsusi qeyd etmirəm. Bəs bu gün necə?
– Bəli, mütləq edəcəyəm. Alkoqol qəbul edən deyiləm, amma bu gün qələbəni xüsusi qeyd edəcəyimə əminəm.

– Bu gün rəqibə təzyiq edən zaman dayaq yarımmüdafiəçiniz müdafiəyə daha yaxın oynadı. Bu, sizin tapşırığınız idi?
– Təzyiq varsa, risk də olacaq. Bu gün bu risklər bizə qələbə qazandırdı.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Avqust 2026 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri