Icma.az
close
up
RU
Dünyanın ən yaxşı “stand up”ı səninkidir, Gülməmməd!

Dünyanın ən yaxşı “stand up”ı səninkidir, Gülməmməd!

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Qayıdış həyatdır... Xüsusən də həsrəti ilə dastanlar yazılan, vüsalı ilə dilləri lal edən Qarabağa qayıdış!

Azərbaycan Qarabağı 28 il hər anında yaşatdı; növbəti ad gününü Qarabağda keçirmək istəyənlərin sağlığında, kəndi azad olunan kimi sümüklərinin yurduna aparılmağını istəyənlərin vəsiyyətində, süd qoxan bəyaz ibtidai sinif otaqlarında...

Bu gün sizə təqdim edəcəyimiz tribuna tamam fərqlidir. Bu tribunanın adı “no comment” də ola bilər. Top-tüfəng səsini eşitməsə də, dəhşətləri görən, yaşayan, danışa bilməyən Gülməmmədin öz doğma yurdunda, Cəbrayılın Tatar kəndində etdiyi “stand-up”.

Eşitmədən danışan adam halını, yanğısını, sevincini elə ifadə edir ki, insanda əminlik yaranır: 

Gülməmmmədin daşları sığallaya-sığallaya qığıldaması insanı əmin edir ki, əvvəl söz yox, əvvəl yurd var idi.

Sevgini ifadənin Gülməmməd forması varsa, heç zəhmət çəkib kitablar yazmağa ehtiyac qalmırdı. İki qığıltı, iki jest, bir ah, bir tısbağa 33 illik Cəbrayılsızlığı iliyinə kimi ifadə edirmiş.

Bir Gülməmməd, bir xaraba, bir tısbağa, bir də yenicə çiçəkləyən ağac təmsili... Gülməmməd burada bir azərbaycanlı deyil, sökülmüş divarının daşına, sınıq çarpayıya, sürünən tısbağaya və illər sonra çiçəkləyən ərik ağacına çevrilmiş təmsil qəhrəmanıdır. Dünyanın bütün insanları rahatlıqla özlərini Gülməmmədin yerinə qoya bilərlər.

Gülməmməd kişi, onsuz da hamımız Şuşanı, Ağdamı, Cəbrayılı görəndə heyrətdən lal oluruq. Elə aramızda ən yaxşı danışan sən oldun. Əslində özünü çəkdiyin bu videonun üstünə “Nitq məhdudiyyətli azərbaycanlı 33 il sonra işğaldan azad olunan evini tapır” yazsaq, dünya bizim yurd həsrətimizi canında, damarında hiss edər. Bəlkə də, müharibə, işğal, qayıdış mövzusunda ən yaxşı filmi elə sən çəkmisən. Baş rolda özün, rejissor özün...

Filmini heç bir dilə tərcümə etməyə ehtiyac yoxdur, axı danışmamaq, həm də dünyanın bütün dillərində danışmaqdır. Sən Qarabağsızlığı, 33 illik həsrəti dünya dilində danışdın. Zərrə pafossuz, uşaq saflığı ilə...

Ramiz Qusarçaylının illər əvvəl şuşalı qızcığazın xəstəxanada gördüyü yuxuya həsr etdiyi şeirdən iki bəndi xatırlayıram. Bu şeir həmin qızcığazın hövlnak oyanaraq dediyi bir cümləyə yazılıb: “Şuşanı gördüm. Ərik ağacımız çiçək açmışdı”.

Oyatma, qoy yatsın yatan dərdləri,

Köz-köz ürəyimi çatan dərdləri,

Gördüm çiçəyini atam, dərdlərin…

Bu yaz çiçəkləmə, ərik ağacım.

Bu dərd qaya-qaya, daş-daş güllənir,

Daş-qaya üstündə savaş güllənir,

Yiyəsiz yurd yeri yavaş güllənir,

Bu yaz çiçəkləmə, ərik ağacım…

İndi rahat çiçəklə, ərik ağacım. Gülməmməd qayıtdı...

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Aprel 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri