Icma.az
close
up
RU
Dünyanın gözlədiyi atəşkəs və regionda sülh...

Dünyanın gözlədiyi atəşkəs və regionda sülh...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Rusiya-Ukrayna arasında növbəti danışıqlar yenə də İstanbulda baş tutub

Türkiyə növbəti dəfə Ukrayna ilə Rusiya arasındakı danışıqlara ev sahibliyi edib. Belə ki, iyulun 23-də İstanbul şəhərində tərəflər arasında danışıqların  üçüncü raundu baş tutub. Görüşdən əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq tərəfdaşlarla, eləcə də Rusiya nümayəndələri ilə danışıqlar prosesində iştirak edən nümayəndə heyətinin tərkibini təsdiqləyib. Dövlət başçısı Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin tərkibini 12 nəfərdən 14 nəfərə qədər artırıb. Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Rusiya təmsilçilərinə isə Prezidentin köməkçisi Vladimir Medinski başçılıq edib. Görüşdən əvvəl V.Zelenski yeni əsir mübadiləsinə hazırlıq getdiyini, görüşün gündəliyinin və Ukrayna üçün əsas mövzuların razılaşdırıldığını bildirmişdi.

Son 5 ayda 3-cü görüş

Xatırladaq ki, Ukrayna və Rusiya son beş ay ərzində İstanbulda iki tur danışıq keçirib. İyunun 2-də keçirilən ikinci görüşdə isə əsir mübadiləsi mövzusunda mühüm razılaşmaya nail olunmuşdu. Bu dəfə də Zelenski danışıqlar ərəfəsində nümayəndə heyəti ilə görüşərək onları təlimatlandırıb.  R.Umerov Rusiya tərəfi ilə İstanbulda keçirilən ikinci görüşün razılaşmalarının yerinə yetirilməsi haqqında məlumat verib. Prezident Aparatının rəhbəri Andrey Yermak isə dövlət başçısını Avropa və Birləşmiş Ştatlardakı tərəfdaşlarla diplomatik işin koordinasiyası barədə məlumatlandırıb. Prezident Zelenski vurğulayıb ki, Ukrayna əsirlərin azad edilməsi, oğurlanmış uşaqların geri qaytarılması, eləcə də qətllərin dayandırılması və liderlərin görüşü ilə bağlı işləməyə hazırdır: “Bizim mövqeyimiz maksimum şəffafdır. Ukrayna heç vaxt bu müharibəni istəmədi və Rusiya özünün başladığı müharibəni dayandırmalıdır”.

Rusiya nikbin deyil

Rəsmi Moskva isə hesab edir ki, Rusiya və Ukraynanın bir-birinə təqdim etdiyi sülh nizamlanması haqqında memorandum layihələri iki ölkə arasında birbaşa danışıqların üçüncü raundunun əsas mövzusu olmalıdır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüş öncəsi bildirmişdi ki, danışıqların mövzusu kifayət qədər mürəkkəbdir: “Digər məsələlərlə yanaşı, ikinci raund zamanı mübadilə edilmiş həmin memorandum layihələri də müzakirə olunmalıdır”. Onun sözlərinə görə, Rusiya İstanbul danışıqlarından irəliləyişlər gözləmir: “Ukrayna nizamlanması mövzusu o qədər mürəkkəbdir ki, həlak olanların meyitlərinin qaytarılması və ya mübadilələr barədə razılaşmaların əldə edilməsi artıq bir nəticədir. Hər hansı bir irəliləyiş gözləmək üçün heç bir əsas yoxdur. İndiki vəziyyətdə bunun mümkün olması ehtimalı azdır”.

Bütün bunların fonunda Türkiyə Rusiya və Ukrayna arasındakı danışıqların 3-cü raundunun nəticələrinin konstruktiv olacağını və dialoqun davam edəcəyini gözləyir. Türkiyə Prezidentinin administrasiyası “Prezidentin (Ərdoğan - red.) sülh prosesində uduzan tərəf olmayacağı ilə bağlı bəyanatını xatırlatmaq istərdik. Biz nəyə ümid edirik? Atəşkəsə və regionda sülhə... Bütün dünya bunu gözləyir”, -deyə bəyan edib.

Moskva Kiyevə təzyiqləri artırır

Bütövlükdə, görüşün detalları ilə bağlı geniş məlumat verilməsə də, qarşılıqlı olaraq əsir və həlak olanların cəsədlərinin mübadiləsi üçüncü görüşün də nəticələrindən biridir. Rusiyanın israr etdiyi memorandumu isə hər iki tərəfi qane etdiyi halda imzalamaq mümkündür. Nəzərə alaq ki, bu görüş Rusiyanın Ukraynaya qarşı şiddətli hücumlarının davam etdiyi şəraitdə keçirilib. Moskva Kiyevə qarşı bu hücumlarla onu güzəştə getməyə məcbur etmək istəyir. Amma Kiyev Qərb tərəfdaşlarının dəstəyi ilə qarşı tərəfə müqavimətini davam etdirə bilir.

Nəzərə alaq ki, İstanbul görüşü hər nə qədər nəticəsiz olsa da, “təmas qurmamaqdan yaxşıdır” prinsipini reallaşdırır. Diplomatiyada hər bir təmas, xüsusən silahlar danışdığı bir mühitdə potensial dönüş nöqtəsi ola bilər. Tərəflərin belə görüşlərdə humanitar məsələlərdə, əsir mübadiləsində və ya müəyyən texniki razılaşmalarda irəliləyişə nail ola bilməsi də, müəyyən qədər irəliləyiş hesab olunmalıdır.

Niyə məhz Türkiyə?

Digər vacib məqam isə görüş üçün məkan olaraq yenə də Türkiyənin seçilməsidir. Məlumdur ki, müharibə başlayandan rəsmi Ankara sülh təşəbbüsləri ilə çıxış edir. Hələ 2022-ci ildə müharibə yeni başlayanda Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü keçirilmişdi. Eyni zamanda, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüş sülh prosesinə müsbət təkan vermişdi. Rusiyanın Kiyev və Çerniqovda hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmaq qərarı həqiqətən də mühüm addım idi və bu, İstanbul görüşünün nəticəsində baş verdi. Eləcə də, “taxıl sazişi” də məhz Ankaranın vasitəçiliyi ilə reallaşmışdı. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir, eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb.

Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm  Kreml, həm də  Kiyevlə təmasdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  hər iki ölkənin lideri ilə danışıqlar aparır. Türkiyə böyük dövlətdir və bölgədə baş verən proseslərə təsir imkanları var. Son illər Türkiyə regional güc kimi özünü təsdiq edib. Yaxın Şərq böhranı ilə bağlı rəsmi Ankaranın oynadığı rol beynəlxalq birliyə çox yaxşı məlumdur. Hazırda isə Rusiya-Ukrayna müharibəsinin  bitməsi üçün Türkiyənin böyük fəallığı göz önündədir. Bütün bunların nəticəsidir ki, münaqişə tərəfləri danışıqlar üçün məhz bu ölkəni seçir. Bu baxımdan, danışıqların növbəti raundunun İstanbulda keçirilməsi mühüm amildir.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyul 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri