Dünyanın gözü İrandadır: Tehrandan nüvə gedişi olacaqmı?
Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.
Əsəd rejiminin süqutu ilə müqavimət oxunu daha bir zərbə alan İran nüvə silahına keçə bilərmi?
Son zamanlar ABŞ və İngiltərə mətbuatında bu istiqamətdə yazılar dərc olunub.
Təhlildə Hizbullah və HƏMAS-ın zəifləməsi və Əsəd rejiminin devrilməsi ilə müqavimət oxuna ağır zərbə vurulan İranın İsraildən müdafiə olunmaq üçün nüvə silahı əldə etməyə çalışa biləcəyi qiymətləndirilir.
Bu səbəbdən də İranın nüvə proqramını sürətləndirə biləcəyi iddia edilir.
İngiltərə, Almaniya və Fransadan birgə bəyanat
İngiltərə, Almaniya və Fransa birgə bəyanatla çıxış edərək İranı zənginləşdirilmiş uran ehtiyatını əvvəlkindən daha çox artırmaqda ittiham ediblər.
İranın heç bir mülki əsas olmadan bu ehtiyatı artırdığı iddia edilib.
Onun bu yolla birdən çox nüvə silahı hazırlaya biləcək materialları əldə etdiyi qeyd olunub.
İranın nüvə proqramı da BMT Təhlükəsizlik Şurasının gündəliyində olub.
Şurada 2015-ci ildə İran və Qərb ölkələri arasında imzalanan və BMT-nin 2231 saylı qətnaməsi ilə dəstəklənən nüvə sazişi müzakirə edilib.
Müqavilənin 10 aydan sonra başa çatacağı vurğulanıb.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 20 Dekabr 2024 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















