Icma.az
close
up
RU
Dünyanın gözü Türkiyədə: Putin yeni silah ı işə saldı, 3 tələb var

Dünyanın gözü Türkiyədə: Putin yeni silah ı işə saldı, 3 tələb var

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi,  Türkiyənin İstanbul şəhərində Ukrayna ilə Rusiya arasındakı danışıqların üçüncü turu keçirilir. Görüşlərin gündəliyində əsirlərin azad edilməsi, qaçırılan uşaqların geri qaytarılması və qətllərin dayandırılması kimi məsələlər var.

Ukrayna və Rusiya son beş ay ərzində İstanbulda iki tur danışıq keçirib. İyunun 2-də baş tutan son görüşdə əsir mübadiləsi mövzusunda bir sıra sazişlərə nail olunub.

Digərilərindən fərqli olaraq, bu görüşdə mühüm nəticə əldə ediləcəkmi?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, əvvəlki görüşlərdə sülhlə bağlı ciddi nəticələr əldə olunmayıb:

“Sadəcə əsir və cəsədlərin mübadiləsi həyata keçirilib. İstanbul görüşündən bu günə qədər tərəflər arasında səkkiz dəfə əsir mübadiləsi baş tutub. İyun ayından etibarən isə həlak olmuş hərbçilərin cəsədləri qarşılıqlı şəkildə qaytarılıb. Hazırda atəşkəsin əldə olunması real görünmür. Bu, Rusiya və Ukrayna rəsmilərinin son açıqlamalarında da öz əksini tapır. Kremlin sözçüsü Dmitri Peskovun son çıxışında da bu görüşdən möcüzə gözləməyə dəymədiyi mesajı verildi. Rusiya ciddi nəticələrin əldə olunacağına inanmır. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün baş tutması da mümkün görünmür. Çünki Zelenski Ukraynanın legitim rəhbəri hesab edilmir”.

Həmçinin oxuyun:

Zelenski Putinlə görüşə hazırlıq barədə DANIŞDI

S.Zahidovun sözlərinə görə, Kiyev bu danışıqlarda bir neçə əsas məqsəd güdür:

“Birinci məqsəd əsirlərin mübadiləsinin davam etdirilməsidir. İkinci əsas məsələ Rusiya tərəfindən zorla aparılmış ukraynalı uşaqların geri qaytarılmasıdır. Üçüncü isə Putinlə Zelenski arasında birbaşa görüşün təşkilidir. Lakin bu, baş versə belə, hansısa razılaşma və ya güzəşt ehtimalı çox zəifdir. Çünki Rusiya prezidentinin mövqeyi aydındır. İyun ayında Rusiya tərəfindən təqdim olunan sənədlər faktiki kapitulyasiya şərtləri idi. Burada Ukraynanın neytrallığı, hərbi gücünün məhdudlaşdırılması və dörd bölgədən çıxarılması tələbi yer alırdı. Rusiya həmin memorandumla sözügedən əraziləri öz qanuni torpaqları kimi göstərir və bu əsasla rəsmi Kiyevi işğalçı kimi təqdim edirdi”.


Sultan Zahidov

Politoloq bildirib ki, Rusiya atəşkəslə maraqlanmasa da, danışıqlarda iştirak etməyə məcburdur:

“Əvvəla, ABŞ tərəfindən təzyiq var. Ağ Ev lideri Donald Tramp Rusiyaya 50 gün vaxt verib və əgər bu müddətdə nəticə olmasa, sanksiyalarla hədələyib. İkincisi, Rusiya beynəlxalq ictimaiyyətə sülhdən qaçmadığını göstərməyə çalışır. Üçüncüsü, əsir mübadilələri vasitəsilə Putin öz legitimliyini gücləndirir. Dördüncüsü isə bəzi mənbələrin iddiasına görə, Rusiya Ukraynaya qəsdən çox sayda cəsəd təhvil verərək həm psixoloji, həm də maliyyə yükü yaratmağa çalışır. İyun ayından bu günə qədər Moskva Kiyevə 7 min cəsəd qaytarıb. Bu rəqəmlər Ukraynanın rəsmi itkilərinin təsdiqi deməkdir. Sayın yüksək olması isə ictimaiyyətdə psixoloji gərginlik yaradır. Üstəlik, Ukrayna həlak olmuş hərbçilərin ailələrinə böyük məbləğdə kompensasiya ayırır ki, bu da iqtisadi baxımdan əlavə yükdür”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri