Dünyanın ilk asma stadionu tikiləcək 350 metr yüksəkdə... FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün dünyada analoqu olmayan rekord layihəyə hazırlaşır.
Milli.Az xəbər verir ki, ölkə 350 metr hündürlüyündə "Sky Stadium" (Səma Stadionu) adlı unikal idman arenası tikəcək.
Layihə NEOM bölgəsində, ölkənin şimal-qərbində yaradılan "ağıllı şəhər"in mərkəzində həyata keçiriləcək. Stadion həm çempionatın ən müasir idman arenası, həm də turnirin simvolu olacaq.
"Sky Stadium"un 46 min azarkeş tutumuna malik olacağı, yer səviyyəsindən 350 metr yüksəklikdə yerləşəcəyi və tamamilə günəş və külək enerjisi ilə işləyəcəyi bildirilir.
Tikintinin 2027-ci ildə başlanması, 2032-ci ildə - yəni Dünya Çempionatının startından iki il əvvəl tamamlanması planlaşdırılır.
Qeyd edək ki, futbol üzrə 2034-cü il Dünya Çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 29 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















