Icma.az
close
up
RU
Dünyanın qəbul etdiyi etibarlı tərəfdaş

Dünyanın qəbul etdiyi etibarlı tərəfdaş

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanın, xüsusilə son illərdə əldə etdiyi nailiyyətlər, Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlar onu təkcə bölgədə deyil, qlobal arenada da nüfuz sahibinə çevirib. Rəsmi Bakı fərqli coğrafiyalarda yerləşən dövlətlərlə münasibətlərini inkişaf etdirir, əməkdaşlıq çərçivəsini genişləndirir. Eyni zamanda, beynəlxalq təşkilatlara da əlaqələrini gücləndirir. Bir müddət əvvəl Azərbaycana qarşı siyasət aparan bəzi dövlətlər və beynəlxalq strukturlar bu gün artıq öz yanaşmalarını dəyişib, Bakının əhəmiyyətini qəbul etməyə başlayıblar. Məsələn, ABŞ-ın sabiq administrasiyası, Avropa İttifaqının bəzi keçmiş rəsmiləri, Fransa rəhbərliyi və s. qeyd etmək olar. Hazırda həm ABŞ, həm Avropa İttifaqı ilə münasibətlər çox yaxşı səviyyədə davam edir. Tramp administrasiyası Azərbaycana və onun liderinə dərin rəğbətini, əməkdaşlığın gücləndirilməsi istəyini dəfələrlə ifadə edib. Bu mənada 8 avqust görüşü və imzalanmış sənədlər mühüm əhəmiyyətə malikdir. Fransaya gəlincə, Azərbaycan hər zaman bu ölkə ilə münasibətlərin inkişafının tərəfdarı olub. Amma Parisin Cənubi Qafqaza yönəlik siyasəti, Azərbaycan əleyhinə fəaliyyəti istər-istəməz münasibətləri pisləşdirdi.

Son təmaslar, oktyabrın 1-2-də Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitində Prezident İlham Əliyevlə Prezident Emmanuel Makronun görüşü, 12 oktyabrda Misirdə baş tutan Yaxın Şərq Sülh Sammitində liderlərin təması artıq əlaqələrdə yeni dönəmin başlaya biləcəyini deməyə əsas verir. Parisdə anlayırlar ki, 8 avqust üçtərəfli Vaşinqton sammitindən sonra prosesə mane olacaq hər hansı addımı atmaq mümkün olmayacaq.

Bir ilə yaxın davam edən Rusiya ilə gərginliyin də artıq aradan qalxmağa başladığını deyə bilərik.

Tacikistanda 9-10 oktyabr tarixlərində keçirilən MDB Dövlət Başçılarının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirildi. Görüşü münasibətlərdə dönüş nöqtəsi adlandırmaq olar. Rusiya lideri öz çıxışına AZAL təyyarəsinin qəzaya uğramasından başlayıb və bildirib ki, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Moskva tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.

Görünən odur ki, beynəlxalq miqyasda Azərbaycanla hesablaşırlar. Bu gün beynəlxalq və regional məsələlərdə Azərbaycanın rolu danılmazdır. Yaxın Şərq Sülh Sammiti də bunu bir daha nümayiş etdirdi. ABŞ lideri Donald Tramp və digər iştirakçı ölkələrin liderləri Azərbaycan Prezidentinə dərin ehtiram və xüsusi hörmət göstərdilər.

Bu gün dünyanın müxtəlif nöqtələrində qarşıdurmalar, gərginiklər davam edir. İki il davam edən Qəzzadakı müharibəni dayandırmaq mümkün olsa da, prosesin necə inkişaf edəcəyini, atəşkəsin qorunacağını əminliklə söyləmək mümkün deyil. Belə təlatümlü bir zamanda Azərbaycan Cənubi Qafqazda sülhü təmin etdi və onun qorunması üçün səylərini davam etdirir. Ölkəmiz Cənubi Qafqazda sabitliyin, təhlükəsiziyin əsas qarantıdır. Bu gün dünyada Bakının sabitləşdirici, sülh təşəbbüskarı kimi rolu yüksək qiymətləndirilir.

Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə bağlı “525”ə deyib ki, Azərbaycanın xarici siyasəti əməkdaşlıq, qarşılıqlı maraq əsasında qurulub. Ölkəmizin çoxşaxəli xarici siyasəti demək olar ki, bir sıra dövlətləri, təşkilatları əhatə etməklə daha da möhkəmlənir. Deputat bildirib ki, Azərbaycanın etibarlı tərəfdaş olduğu dünyada artıq qəbul olunur:

“Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli münasibətlərdə Azərbaycana dəstək daha da artıb. Hesab edirəm ki, bu, dünyada ölkəmizin nüfuzunun artmasına səbəb olan əsas amildir. Yəni ölkəmiz hər zaman səmimi tərəfdaşlıqla özünə daha çox dost qazanır”.

Azərbaycanın Yaxın Şərq siyasətinə toxunan deputat bildirib ki, ölkəmizin hər zaman bu region ilə münasibətləri olub: “Artıq bu istiqamətdə Azərbaycana dost və tərəfdaş ölkələr var. Bizim əməkdaşlığımız həm enerji sahəsində, həm də digər sahələrdə güclənməkdədir. Bununla yanaşı, Azərbaycana böyük həcmdə investisiya qoyuluşu da artır”.

A.Mollazadə hesab edir ki, Prezident İlham Əliyevin Qəzza ilə bağlı sülh sammitində iştirakı Azərbaycanın nüfuzu, ölkəmizin sülh siyasəti və sülh siyasətindən əldə etdiyi təcrübəsi ilə bağlıdır: “Bununla yanaşı, Azərbaycan bütün ölkələrlə normal münasibət, əməkdaşlıq qura bildiyinə görə bu bölgədə nüfuzu çox yüksəkdir. Azərbaycan müəyyən danışıqlar və müharibə aparan tərəflərin barışması istiqamətində təcrübəyə malikdir, dəfələrlə ölkəmizdə qarşıdurmada olan dövlətlər danışıqlar aparıb. Bu, bizim sülh təcrübəmizdir. Əminəm ki, bu məqam da Azərbaycana olan hörmətin səbəblərindən biridir”. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu “525”ə deyib ki, bu gün dünya siyasətində müxtəlif qütblərdə yerləşən və müxtəlif əməkdaşlıq, rəqabət səviyyəsində münasibətləri olan güc mərkəzləri var. Amma bəzən bu güc mərkəzləri arasında rəqabət müharibə səviyyəsinə qədər gəlib çatır və hazırda biz dünya siyasətində həm də rəqabətin müharibə və münaqişə mərhələsinə keçməsi dövrünü yaşamaqdayıq.

Deputat hesab edir ki, buna baxmayaraq, Azərbaycan istər Qərb, istər Qlobal Cənub, istər şimal, istərsə də, cənub mərkəzli beynəlxalq aktorlarla öz maraqları lehinə strateji münasibətlər qurmağı bacarıb: “Bu, xarici siyasətdə unikal strateji hadisə hesab oluna bilər və heç şübhəsiz ki, Azərbaycanın bu mövqeyinin və öz lehinə şərtlər təminetmə strategiyasının memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Məsələ ondadır ki, Azərbaycan özünün geostrateji çatışmazlıqlarını həyata keçirdiyi böyük layihələrlə geostrateji üstünlüyə çevirməyi bacarıb. Beynəlxalq münasibətlərdə ədaləti, sülhü, beynəlxalq hüququ bərqərar edən mühüm aktor kimi tanınıb. Bu isə Azərbaycana münasibətdə rəğbət yaradır. Eyni zamanda, Azərbaycan heç vaxt iqtisadi, humanitar və mədəni əməkdaşlıq məsələlərini siyasi proseslərdə alətə çevirməyib. Bu da əlbəttə ki, Azərbaycana münasibətdə bir etibarlı tərəfdaş obrazı formalaşdırıb”.

Deputat əlavə edib ki, son bir ayın təcrübəsində biz Azərbaycan Prezidentinin həm Şanxay Əməkdaşlıq Təşkilatında iştirakını və çıxışını, həm MDB Dövət Başçıları Şurasının iclasında, həm Avropa Siyasi Birliyində, həm də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirakını və çıxışlarını izlədik. Eyni zamanda, dövlət başçısı Misirdə Yaxın Şərq Sülh Sammitində iştirak etdi. Gördük ki, bütün tədbirlərdə Azərbaycan Prezidenti ən arzuolunan qonaqdır, ən etibarlı və ən çox diqqətçəkən siyasi liderdir. Bütün bunlar Azərbaycanın yuxarıda sadaladığımız mövqeyindən irəli gəlir. Çünki hazırda beynəlxalq münasibətlər sistemində Azərbaycan kimi ədalətli, qətiyyətli və cəsarətli davranan aktor tapmaq bir qədər çətindir. Bu isə əlbəttə ki, xalqımız, dövlətimiz üçün yeni imkanlar və yeni perspektivlər yaradır, Azərbaycanın əldə etdiyi yeni reallığı daha da möhkəmləndirir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see270

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see259

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see251

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see215

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see204

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see200

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see177

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see176

AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

25 İyun 2026 12:27see176

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

25 İyun 2026 12:26see175

Kreml Duma deputatlarının köməyi ilə səfərbərlik hazırlayır

25 İyun 2026 11:34see175

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see174

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see173

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see172

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see171

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see170

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see169

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see164

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see155

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri