Icma.az
close
up
RU
Dünyanın sonu belə yaxınlaşır Planet hər tərəfdən mühasirədədir KONKRET

Dünyanın sonu belə yaxınlaşır Planet hər tərəfdən mühasirədədir KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Son dövrlər dünyada baş verən müharibələr və onların yaratdığı ekoloji fəsadlar fonunda iqlim fəallarının mövqeyi ilə bağlı mövzu gündəmə gəlib. Xüsusilə müharibələrin səbəb olduğu hava və su çirklənməsi, meşələrin məhv olması, neft sızmaları və digər ekoloji fəsadların iqlim gündəliyində nə dərəcədə əks olunması müzakirə edilir.

İqlim dəyişikliyi adı altında bu gün nə baş verir? Müharibələrin yaratdığı ekoloji fəsadlar niyə iqlim gündəliyində əvvəlki qədər geniş müzakirə olunmur və burada siyasi amillərin rolu nə dərəcədədir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, müharibələrin iqlim dəyişikliyinə təsiri heç də birbaşa müharibələrin özündən ibarət deyil:

“Son dövrlərdəki müharibələrin əksəriyyəti lokal xarakter daşıyır. Burada əsas məsələ müharibələri qidalandıran sənaye sahələrinin, xüsusilə silah və hərbi texnika istehsalının ətraf mühitə vurduğu zərərdir. Ekologiyanı çirkləndirən əsas amillərdən biri müharibə sənayesidir. Silahların, tankların, hərbi texnikanın istehsalı, onların istifadəsi, bombardmanlar və partlayışlar atmosferə və ətraf mühitə ciddi ziyan vurur. Nüvə silahlarının təsiri isə daha ağır və uzunmüddətli xarakter daşıyır. Məsələn, Naqasakiyə atom bombasının atılmasından uzun illər keçməsinə baxmayaraq, həmin hadisənin fəsadları bu gün də xatırlanır”.

Ekoloq bildirib ki, iqlim dəyişikliklərinə həm antropogen, həm də təbii amillər təsir göstərir:

“Vulkanlar, zəlzələlər, ildırımlar və onların səbəb olduğu meşə yanğınları da təbiətə ciddi təsir edir. Lakin insan fəaliyyəti ilə bağlı amillər xüsusilə böyük əhəmiyyət daşıyır. Kömür istehsalı və istifadəsi, neft, qaz, dizel və mazut kimi fosil yanacaqların yandırılması atmosferə böyük həcmdə istixana qazlarının buraxılmasına səbəb olur. Ağır sənaye də ətraf mühitin çirklənməsində mühüm rol oynayır. Digər tərəfdən, kənd təsərrüfatında saxlanılan milyardlarla iri və xırdabuynuzlu heyvanın buraxdığı metan qazı da iqlim dəyişikliyinə təsir edən amillərdəndir”.

Q.İbrahimlinin sözlərinə görə, insan sivilizasiyasının inkişafı ilə əlaqədar sənayenin formalaşması və müxtəlif texnologiyaların meydana çıxması da ekoloji proseslərə təsir göstərib:

“Son dövrlərdə isə müharibələr zamanı istifadə olunan tanklar, hərbi texnika, raketlər, bombalar və digər silahlar ətraf mühitə əlavə yük yaradır. Bununla yanaşı, meşə yanğınları, xüsusilə qəsdən törədilən yanğınlar da ekosistemlərə ciddi zərər vurur. Bütün bu amillərin hər biri ayrı-ayrılıqda iqlimə və ekologiyaya təsir göstərir”.

Müsahibimiz təəssüf hissi ilə deyib ki, ekoloqların illərdir səsləndirdiyi həyəcan təbilinə lazımi səviyyədə qulaq asılmır:

“Doğrudur, böyük ekoloji konfranslar keçirilir, müxtəlif tədbirlər həyata keçirilir. Lakin əsas sənaye dövlətlərinin bu məsələdə xüsusi məsuliyyəti var. ABŞ, Rusiya, Çin kimi böyük dövlətlərin atacağı addımlar iqlim dəyişikliklərinin sürətinin azaldılmasında mühüm rol oynaya bilər. Əslində, böyük dövlətlər istəsələr, birgə səylərlə iqlim dəyişikliklərinin mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Bunun üçün ilk növbədə ağır sənayedən və fosil yanacaqlardan asılılığın azaldılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində daha ciddi addımlar atılmalıdır. İqlim dəyişikliklərinin fəsadları isə artıq müxtəlif sahələrdə özünü göstərir. Bu proses insanların sağlamlığına, heyvanların yaşayış areallarının kiçilməsinə, təbiətin dəyişməsinə, meşələrin məhv olmasına və buzlaqların əriməsinə səbəb olur. Bu mənada iqlim dəyişikliyi artıq gələcəyin deyil, bu günün ciddi ekoloji problemlərindən biridir”.

Böyük dövlətlərin və beynəlxalq qurumların təşkilatçılığı ilə hər il iqlim dəyişikliyi adı altında tədbirlər keçirirlər. Bununla da ekologiyanın qayışına qaldıqları görüntüsü yaradılır. Yaşıl enerjiyə keçidlər bağlı təkliflər səsləndirilir. Amma həmin dövlətlər planetin müxtəlif yerlərində müharibələr aparır, təbii sərvətləri, mineral ehtiyatları, yaşıllığı, məhv edən işlər görür. Çaylar, dənizlər, okeanlar toksikləşdirilir, hava çirkləndirilir. Beynəlxalq təşkilatlar da bu faciəvi proseslərə seyrçi qalır. Görüntü xatirinə verilən bəyanatlar isə heç bir təsir gücünə malik olmur.

Bəşəriyyətin üzləşdiyi mənzərə isə deməyə əsas verir ki, dünyanın sonu yaxınlaşır. Planet hər tərəfdən mühasirəyə alınmış vəziyyətə gətirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Avqust 2026 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri