Icma.az
close
up
RU
Dünyanın yeni insanları Autizmlər KONKRET

Dünyanın yeni insanları Autizmlər KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Bütün cəmiyyətlərin özünə xas keyfiyyətləri mövcuddur. Amma elə məsələlər var ki, bütün bəşəriyyət üçün aktualdır. Müxtəlif xəstəliklərin  qarşısında aciz qalan müasir tibb elmi hələ də bəzilərinə əlac tapmaqda acizdir. Autizm də belə xəstəliklərdəndir və hələlik bunu yaradan  səbəblər tam bəlli deyil.

Mövzu ilə bağlı psixoloq Samirə Bağırovadan KONKRET.az üçün  müsahibə almışıq.

-Samirə xanım, autizm əməlli-başlı sosial bəlaya çevrilib. Günü-gündən artan autizm nədir və  valideynlər bunu necə müəyyən edə bilərlər?

-Autizm spektor pozuntuları adətən 2,5 – 3 yaşlarından, uşaq nevropotoloqu tərəfindən aşkarlanır. Amma gənc valideyn bir az diqqətli davransa, lap 12 – 18 aylığından da aşkarlamaq mümkündür. Zamanında aşkarlanmadıqda, daha doğrusu valideyn soyuqluğu, yaxud təcrübəsizliyi nəticəsində gec yaşlarda aşkarlandıqda, 7-9 yaşlarında autizmlə çalışmaq, müəyyən bilik və bacarıqları inkişaf etdirmək bir qədər çətinləşir. Autizmin yaranma və yayılma səbəbi hələ də tam məlum deyil. Bir çoxları buna peyvəndlərin səbəb olduğunu desə də, peyvənd olunmayan uşaqlarda da autizm sindromu  ortaya çıxır. Bəzi alimlər isə mobil telefonların yaydığı şüaların, radiasiyaların səbəb olduğunu vurğulayır. Digər bir qism isə ananın çətin hamiləliyini, qəbul olunan dərman preparatlarını, keçirdiyi infeksional xəstəlikləri, hətta qidaları və ekologiyanı da səbəb gətirir.

-Autizmin əlamətləri müxtəlifdir. Məsələn, uşaq öz adına reaksiya vermir, mən əvəzliyindən  istifadə etmir. Daha hansı əlamətlər mövcuddur?

– Burada çoxlu incəliklər var və bunu diqqətdə saxlamaq lazımdır. Göz təmasının olmaması, eyni qidalara üstünlük, təkrarlanan obsessiv davranışlar, iyrənmə, isterik davranış ( qışqırma, özünü yerə atmaq), şəxsi istək və fikrinin olmaması, saatlarla eyni oyuncaqla oynamaq və sair. Nəzərə alın ki, uşaq bir oyuncaqla maksimum yarım saat oynayıb digər oyuncağa keçid etməlidir.

Digər incəlilklər də nəzərdən qaçmamalıdır. Uşağın rənglərdə ilişib qalması, telefon yaxud tv- də göstərilən hər hansısa təsvirlərin rənglərində fokuslanıb qalması da autizmin əlamətidir. Valideyn düşünə bilər ki, uşaq hər hansısa cizgi filmi, yaxud proqramı maraqla izləyir, əslində isə autist uşaq izlədiyi təsvirlərdən heç nə anlamadan, sadəcə  rəngləri seyr etməkdən zövq alır.  Uzun müddət dairəvi və ya fırlanan predmetlərə fokuslanma halları ( saat, təkər, dairə fiqurları) da autizminin əlamətləridir. Dayandığı yerdə dairəvi fırlanma, təkliyə meyillilik, sosiallaşmaqda çətinlik çəkməsinə də, valideyn fikir verməlidir. Motorika zəifliyi və səlis nitqin olmaması, yaxud ümumiyyətlə nitqin olmaması da autizm əlaməti hesab olunur.

-Bu cür uşaqların cəmiyyətə adaptasiya olunması bir qədər çətindir. Autizmdən əziyyət çəkən uşaqlar adətən aqressiv, eyni zamanda həssas  olurlar.  Autistlərin cəmiyyətə adaptasiyası mümkündürmü? 

-Bu sindrom nə qədər tez yaşda aşkarlanarsa, mütəxəssislərin dəstəyi ilə  uşağın əz azından sosiallaşması, cəmiyyətə adaptəsi mümkün olur. Əslində uşağın intellektinə uyğun xüsusi təhsil seçilməlidir. Belə ki, autizm sindromlu uşaqlar xüsusi diqqət və qayğı tələb edirlər. Autizmin daha yüngül forması asperger adlanır. Belə ki, bəzi hallarda  onlar sosial kommunukasiya defisitinə malik olsalar da, mürəkkəb bir elmi sahə üzrə daha dərrakəli olurlar.

-Bəzi tarixi şəxsiyyətlər autizmin müxtəlif sindromlarından əziyyət çəkiblər. Dünya şöhrətli İssak Nyuton, məhşur yazıçı Kafka, Qoqol, ölməz musiqiçi Motsartın da autizmdən əziyyət çəkdiyi bəllidir. Bu keyfiyyətlər təkcə asperger sindomlu autistlərə  aiddir?

– Asperger sindromu ilə Albert Eynşteyn, İlon Mask və siz qeyd etdiyiniz  dahiləri də misal çəkmək mümkündür. Onların bilik və bacarıqları məhdud olaraq, konkret bir sahəyə yönəlir. Normalda bir insan musiqi dinləyərək, telefonla danışa, yaxud yemək hazırlaya, mütaliə edə  bildiyi halda, asperger sindromlular yalnız bir işə fokuslanır. Onlar diqqətini bir işə cəmlədikdə kimsəni duymur, reaksiya vermir. Diqqətə aldığı işin ən mükəmməlini yaradır. Önəmli olan valideyn uşaq yaşlardan uşağın şəxsi istedadını, hər hansısa bacarığını diqqətə almalı və məhz o bacarığını inkişaf etdirməlidir. Bir çox hallarda rəqəmlərə, saylara meyilli olduqlarından İT sahəsində çox uğurlu addımları olur. Eləcə də yaradıcılığa meyillidirlər.

-Autizmdən əziyyət çəkən uşaqlarda yeri gəldi-gəlmədi qorxu müşahidə olunur. Bu nəylə bağlıdır?

 Autizmlərdə apatiya, yəni vecsizlik, ətrafa reaksiya verməmək səbəbi beyin kökündə amiqdala adlanan  vəzdə səbəbsiz həyəcan siqnalının yaranması və qorxu hissinin hədsiz yüksək səviyyədə olmasıdır.  Qorxudan başını itirmək ,  qorxudan lal olmaq  kimi cümlələr və ya hisslər  yəqin ki, hər birinizə tanışdır. Məhz autizm birinin o halda olmasıdır. Qorxu güc gəldiyi təqdirdə instinkt zəifləyir, müdafiə mexanizmi itir.

-Bu gün autizm xəstələri qədər autizm mərkəzlərinin sayı da çoxalıb. Əlinə sertifikat keçirən dərhal autizm mərkəzi açır və sanki cəmiyyətin həssas yerini tuta bilirlər.

-Bunların çoxu  sadəcə pul qazanmaq məqsədi ilə çalışır. Demək olar ki, bütün mərkəzlər eyni proqramlarla fəaliyyət göstərir. Bir autizm uşaqla peşəkar psixoloq, defektoloq loqoped, bəzi hallarda refleksoterapevt məşğul olur. Deməli, 3 mütəxəssisin çalışması yetərlidir.

– Son vaxtlar autizmli uşaqların sayı çoxalıb. Alimlər bunu müxtəlif cür izah edirlər. Hətta onları yeni növ insanlar adlandıranlar da var. Siz necə fikirləşirdiniz?

– Mənim də şəxsi fikrimə görə autizm yeni növ insanlardır. Bunu ilk dəfə mən özümün “Hu” romanımda da qeyd etmişəm. Tamamilə fərqli bir mövqedən baxış etsək görəcəyik ki, autist uşaqlar əsasən 7  rəngə meyl edir. Onalrın mənəm- mənəmlikdən kənar olmasını, dairələrdə  dövrə vurmasını  Nirvana ilə müqayisə edək. Nirvana- arzulardan, iztirablardan, eqodan azad olmaq, şüur axınlarının sakitləşdirdiyi vəziyyətdir. Sufilikdə səmavi, ya səma rəqsinə baxsaq, autist kimi yerində dairəvi fırlandığını görəcəyik. Bu rəqs bir  növ mənəvi transa girməkdir. Rənglərə gəldikdə isə təbiətdə əslində 7 rəngin mövcudluğunu bilirik. Uzun illər yoqa və meditasiya ilə məşqul olan ruhanilər, yaxud dağlara çəkilən “ oyanmışlar “ bütün duyğulara qalib gəlmək, mənəvi dünyaya açılmaq üçün, cəmiyyətdən tədric olunurlar, autistlər kimi eyni qida ilə qidalanırlar. Onlar günlərlə, aylarla susqun vəziyyətdə transda qala bilirlər. Qısası sağlam bir insan mənəvi dünyaya açılmaq, gizli biliklərini oyatmaq üçün, autizm vəziyyətinə gəlir, cəmiyyət isə autizm birinə  mən deməyi, eqo yaratmağa  çalışır. Bu səbəbdən deyə bilərəm ki, autizmlər sağlam bildiyimiz insanlardan daha üst növ insanlardır. Çünki alimlər sübut ediblər ki, beyin şüurun rolu olmadan belə, bəzən özü- özündən qərarlar verə bilir. Əgər autizm  qorxu hissindən apatiya halındadırsa, demək ki, birbaşa beynin əmrinə tabedir. Bu səbəbdən autizm uşaqlara standart uşaqlar kimi deyil, tamamilə fərqli tərzdə yanaşma olmalıdır. Elmdə “ Ali mən “,  “ yüksək öz “ termini də mənəvi dünya deməkdir. Autizmlərlə əlavə olaraq, mənəvi metodlarla çalışılsa heç bir ziyanı olmaz.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Yanvar 2025 01:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri